Məhkəmə qərarları › İş №6(3-6)-431/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-431/2026

23.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-431/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədov Habil Çingiz oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış yaddaş diskinin müstəntiq Yusif Yusifov tərəfindən cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin yoxlanılması və müstəntiq barədə xüsusi qərar çıxarılması barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin olunmamasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət vermiş şəxs Şikayət verən şəxs ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış yaddaş diskinin müstəntiq Yusif Yusifov tərəfindən cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin yoxlanılması və müstəntiq barədə xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış yaddaş diskinin müstəntiq Yusif Yusifov tərəfindən cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin yoxlanılması və müstəntiq barədə xüsusi qərar çıxarılması barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxan hakim həmin şikayətdə göstərilmiş və şikayətinin əsasını təşkil edən faktın, yəni iş üzrə maddi sübut kimi tanınmış yaddaş diskinin müstəntiq Yusif Yusifov tərəfindən cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin araşdırılması və həqiqətin müəyyən edilməsi üçün heç bir cəhd göstərməmiş, sözügedən yaddaş diskinə birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində baxış keçirilməməsini və müdafiəçilərinə tanış olmaq üçün təqdim edilməməsini nəzərə almamışdır. Həmçinin müdafiəçisi Nümayəndə kassasiya şikayəti vermək üçün sözügedən yaddaş diski ilə tanış olmaq zərurəti yarandığını bildirsə də, şikayətinə baxan hakim Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmdə, eləcə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən çıxarılmış ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarda müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilmiş ## ######## 2023-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokola istintad edildiyini əsas gətirərək, müstəntiq Yusif Yusifov tərəfindən sözügedən yaddaş diskinin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsini nəzərə almamış və şikayətini əsassız olaraq təmin etməmişdir. Sözügedən yaddaş diskindəki videogörüntülərin DİN-in Təhlükəsiz Şəhər Xidmətindən və DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən tələb edilməsinə dair vəsatəti əsassız olaraq təmin edilməmişdir. Müdafiəçisi Nümayəndə cinayət işi materiallarında sözegedən yaddaş diskinin mövcud olub-olmamadığını yoxlamağı hakim Xaildə Əlisoydan xahiş etsə də, qeyd edilən hakim bundan imtina etmişdir. Şikayətə baxan hakim şikayət vermiş şəxs Şikayət verən şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktının olduğunu əsas gətirərək faktın yoxlanılmasından əsassız olaraq imtina etmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından CPM-in 442, 443, 444, 445, 447 və 449-cu madələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2024-cü il tarixli Qərarının kobud pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Şikayət verən şəxs və onun müdafiəçisi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və həmin şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, şikayət vermiş şəxs Şikayət verən şəxs və onun müdafiəçisi Nümayəndə dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli. *(***)-***/**** nömrəli hökmündən görünür ki, ##.##.2023-cü il tarixli videogörüntülərə baxış keçirilmiş, DİN-in Təhlükəsiz Şəhər Xidmətinə aid Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın 12-## #### 2023-cü il tarixlərdə saat 13:00-dan saat 16:00-dək olan müddət ərzində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın 16-## #### 2023-cü il tarixlərdə saat 15:30-dan saat 18:30-dək olan müddət ərzində və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın 17-## #### 2023-cü il tarixlərdə saat 11:30-dan saat 14:30-dək olan müddət ərzində görüntüləri götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın ## #### 2023-cü il tarixli qeydə aldığı yaddaş qurğusunda “1-2023-07- 17-17h30 min” kimi adlandırılan videogörüntüyə daxil olduqda saat 17:37:00-dan etibarən İbadoğlu Qubad İbad oğlunun Bakı şəhəri Həbib Mahmudbəyov adına * nömrəli liseyin yanından gəlib ordan yuxarı tərəfdə yerləşən avtomobil dayanacağına tərəf əlində çanta olmaqla getdiyi, özünə məxsus qara rəngli sedan avtomobilinə əyləşən zaman X2 ona yaxınlaşdığı və saat 17:38:51-dək, yəni təxminən 01 dəq 50 saniyə ərzində əvvəldən bir-birilərini tanıyan şəxs kimi söhbətləşib ayrıldıqları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardan görünür ki, “Videogörüntülərə baxış keçirilməsi haqqında” ## ######## 2023-cü il tarixli protokolda iş üzrə götürülüb cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respubliksı Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinə aid olan, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın 12-## #### 2023-cü il tarixlərdə saat 13:00-dan saat 16:00dək olan müddət ərzində, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın 16-## #### 2023-cü il tarixlərdə saat 15:30-dan saat 18:30-dək olan müddət ərzində və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən TŞ*-*** nömrəli kameranın 17-## #### 2023-cü il tarixlərdə saat 11:30-dan saat 14:30-dək olan müddət ərzində qeydə aldığı videogörüntülərə baxış keçirilərkən, TŞ*-*** nömrəli kameranın ## #### 2023-cü il tarixdə qeydə aldığı yaddaş qurğusunda “1-2023-07-17-17h30 min” kimi adlandırılan videogörüntüdə saat 17:37:00-dan etibarən Qubad İbadoğlunun Bakı şəhəri, Həbib Mahmudbəyov adına * nömrəli liseyin yanına gəlib oradan yuxarı tərəfdə yerləşən avtomobil dayanacağına tərəf gedərkən əlində çanta olması, özünə məxsus qara rəngli sedan avtomobilinə əyləşən zaman X2 ona yaxınlaşması və saat 17:38:51-dək, yəni təxminən 01 dəq 50 saniyə ərzində əvvəldən biri-birilərini tanıyan şəxs kimi söhbətləşib ayrıldıqlarının əks olunmasının göstərilməsi ilə tam sübut edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, maddi sübut – Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş videogörüntülərin qeydə alındığı yaddaş daşıyıcısında olan məlumatlar cinayət işi üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş və onlara hüquqi qiymət verilmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycar Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 28.4.4-ci maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, «Şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; -həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; -məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir» Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi cinayət-prosessual qanunvericiliyin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində cinayət prosesini həyata keçirən orqanın məhkəməyə şikayət verilə bilən hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətində ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış yaddaş diskinin müstəntiq Yusif Yusifov tərəfindən cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin yoxlanılmasını xahiş etsə də, iş materialından görünür ki, həmin cinayət işi üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuniliyi yoxlanılmış hökmü var. Məhkəmə kollegiyası cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarının həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verməməsini, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqini tapmış sübutların məhkəmə üçün məcburi olmasını, eyni zamanda verilmiş şikayətin artıq məhkum edilmiş şəxslə əlaqədar olmasını nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə qeyd edilməlidir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında mübahisələndirdiyi məsələ onun barəsində olan cinayət işi üzrə maddi sübut kimi tanınmış yaddaş diski ilə bağlı olsa da, istinad etdiyi həmin cinayət işi üzrə barəsində ittiham hökmü çıxarıldığından, həmin ittiham hökmü apellyasiya qaydasında yoxlanılaraq qanuni və əsaslı hesab edilməklə qanuni qüvvəsini aldığından, başqa sözlə, Şikayət verən şəxs istinad etdiyi maddi sübutla bağlı məsələyə qanuni qüvvəsini almış məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, Şikayət verən şəxs maddi sübutla bağlı mübahisələndirdiyi məsələ kassasiya qaydasında verilməsi mümkün olan şikayət əsasında baxılıb həll edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı iş üzrə” ## ####### 1999-cu il tarixli Qərarda göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Habelə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismində göstərilmiş hallar birinci instansiya məhkəməsinin mübahisələndirlən qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğuna görə təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün hazırki vəziyyətdə əsaslar, eləcə də cinayət-prosessual qanunvericiliyinin və digər qanunların tələblərinin pozulması halları müəyyən edilmədiyindən məhkəmənin həmin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 451-454-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış yaddaş diskinin müstəntiq Yusif Yusifov tərəfindən cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin yoxlanılması və müstəntiq barədə xüsusi qərar çıxarılması barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin olunmamasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar