Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-434/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə və məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Şikayətçi «xxxx” MMC-nin direktoru Muradov Fərhad İlham oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə Sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və İnzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ## #### 2026-cı il tarixdə Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) böyük müstəntiqi, R X2 ********* nömrəli cinayət işi üzrə araşdırma apararaq həmin cinayət işi ## ###### 2022-ci il tarixdə X3 ölməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 314,2-ci maddəsi ilə başlanılmış və istintaq aparılmışdır. Cinayət işinin başlanılmasma əsas və səbəb ## #### 2021 -cı il tarixdə saat 15 radələrində "xxxx" MMCdə fəhlə işləyən X3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi ** nömrəli ünvanda yerləşən "Qurman" restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış vəziyyətdə olan optik kabelin dartılıb bərkidilməsi zamanı başı üzərindən keçən 6 kV-luq elektrik cərəyanı xəttinə dəyməsi və nəticədə aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. İşlə bağlı müvafiq ittiham aktr əsasmda Hökm çıxarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra 3 (üç) gün müddətində verilə bilər. Həmin Məcəllənin 453-cü maddəsinin tələblərinə əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 03 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. İşin materiallarından göründüyü kimi, şikayətçi Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlunun məhkəmə nəzarəti qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində ##.##.2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə ## #### 2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu apellyasiya şikayəti vermə müddətini ötürmüş, ərizə ilə müraciət edərək şikayət vermə müddətinin bərpa edilməsini xahiş etməmişdir. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğluna izah olunmalıdır ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə qərarı qəbul etmiş birinci instansiya məhkəməsinə müraciət edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyi üçün material Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan kassasiya şikayəti və protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-434/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-434/2026
30.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver