Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑6(3-6)-439/2026 31.07.2026 BAKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyev Elnur Aləm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq‑Şöbəsinin‑müstəntiqi‑X1‑iştirakları‑ilə, M‑Ü‑Ə‑Y‑Y‑Ə‑N E‑T‑D‑İ: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi və iş üzrə‑yenidən‑araşdırma‑aparılmasına‑dair‑qərar‑qəbul‑edilməsini‑xahiş‑etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan Şikayət verən şəxs ## ####### 1993-cü ildə X2 ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 32-ci məhəllə sahə 7/8-də X11 məxsus 600 kv metr torpaq sahəsində yaşayış evi tikmişlər. Manaf Ələskərov 1998-ci ilin aprel ayında Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinə müraciət edərək ona ev tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Sabunçu Rayon Icra Hakimiyyətinin Başçısının ## ##### 1998-ci il tarixli, *** nömrəli Sərəncamı ilə ona Sabunçu rayonu II Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7/8-də 1200 kv metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə yol tərəflərin birgə nikah dövründə tikdikləri yaşayış evinin altında olan X11 adına olan 600 kv metr torpaq sahəsinin yanından keçir. ## ###### 2007-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş, Şikayət verən şəxs yaşayış evini Əminə Əliyevaya və onunla birgə nikahdan doğulmuş 3 qızına verərək evdən çıxmışdır. Bundan istifadə edən X2 Ələsgərova ayrılmış 1.200 kv metr torpaq sahəsinə gedən yolu zəbt etmiş və bağlamışdır. Yolda qanunsuz tikinti-quraşdırma işləri aparmışdır. Uzun müddət yolun açılması üçün məhkəmə çəkişmələri olmuş yolun açılması məsələsi həllini tapmamışdır. ## ######## 2025-ci il tarixdə X3 Ələsgərovun həyat yoldaşı X10 ilə telefon danışıqları aparmış, ona bildirmişdir ki, 15 000 manat versələr yolu açar, əks təqdirdə yolu açmayacaqdır. Bununla bağlı Şikayət verən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin rəisi cənab Cavid Muradova ## ##### 2026-cı il tarixdə şikayət ərizəsi vermiş və vəkil ilə birlikdə qəbulda olmuşlar. Şikayətdə də göstərilmişdir ki, Əminə Əliyeva yolu qanunsuz zəbt etmiş, qanunsuz tikinti işləri aparmışdır, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin əlamətləri vardır. Bunlardan əlavə X8 Ələsgərovadan hədə-qorxu ilə 15 000 manat tələb etməsi barədə səs yazısı polisə təqdim edilmişdir. Şikayət ərizəsi polis idarəsində HK-245 nömrə ilə qeydə alınmış və istintaq şöbəsinin müstəntiqi, R Rauf Məmmədovun icraatına verilmişdir. Hörmətli müstəntiq Rauf Məmmədov ərizədə göstərilən faktların heç birini araşdırmamışdır. Yəni mübahisəli sahəyə mütəxəssisin iştirakı ilə baxış keçirməmiş, Əminə Əliyeva tərəfindən Şikayət verən şəxs sahibliyində olan 1.200 kv metr torpaq sahəsinə giriş yolunun zəbt olunubolunmamasını araşdırmamış, həmin torpaq sahəsində Əminə Əliyeva tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin aparılıb- aparılmamasını yoxlamamış, bundan sonra onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin olmasına hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Bundan əlavə X9 Ələsgərovun həyat yoldaşı Fatma Ələsgərova ilə telefon danışığına qəsdən Əminə Əliyevanın xeyrinə qiymət verərək onun 15.000 manat pulu guya yolu açmaq üçün yox, uşaqlarına baxmaq üçün istədiyini həqiqət kimi qəbul etmişdir. X6 açıq-aşkar 15.000 manat pulu hədə ilə tələb edir ki, həmin pulu verməsələr yolu açmayacaqdır. Uşaqlar üçün pul istəməsindən söhbət belə getmir. Belə ki, onların birgə nikahdan olan qızlarının üçü də ərdədir, ailəlidirlər. Müstəntiq şikayətçinin ərizədə göstərdiyi yeni hallara aid olmayan köhnə məhkəmə aktlarına istinad edərək həqiqətdən yayınmış, material üzrə cinayət işi başlamağı ## ##### 2026-cı il tarixli qərarla qanunsuz rədd etmişdir. Qərarı ## #### 2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin dəftərxanasına müraciət edərək əldə etmişdir. Hörmətli Azərbaycan Respublikası X4 cənab Vilayət Eyvazov ## #### 2026-cı ildə Polis günü münasibəti ilə çıxışında qəti olaraq göstərdi ki, vətəndaşların şikayət və müraciətlərinə həddindən artıq həssaslıqla yanaşılmalıdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi və materialın əlavə araşdırma aparılmasının təmin edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora göndərilməsi barədə‑qərar‑qəbul‑edilməsi‑məhkəmədən‑xahiş‑edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərardan Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin‑edilməmişdir.‑ Məhkəmənin həmin qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi apellyasiya şikayəti verərək, ilkin şikayətin dəlillərini əsaslandıraraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının və cinayət‑işinin‑başlanmasının‑rədd‑edilməsi‑haqqında‑qərarın‑ləğv‑edilməsini‑xahiş‑etmişdir.‑‑ Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini‑xahiş‑etdi.‑ Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöəsinin‑müstəntiqi‑X1‑şikayətə‑etiraz‑edərək‑təmin‑edilməməsini‑xahiş‑etdi. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənərək, işdə iştirak edən şəxslərin çıxışını dinləyərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.‑ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1‑ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində‑iştirak‑edən‑digər‑şəxslər‑tərəfindən‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını‑həyata‑keçirən‑məhkəməyə‑verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi‑üçün‑əhəmiyyət‑kəsb‑edən‑digər‑hallar‑yalnız‑sübutlar‑vasitəsilə‑müəyyən‑edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu‑cinayət‑təqibi‑üzrə‑icraat‑zamanı‑yalnız‑sübutlara‑əsasən‑müəyyən‑edilir. Həmin Məcəllənin 146.1-cı maddəsində müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və‑yekun‑nəticəyə‑gəlməyə‑imkan‑versin. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən‑prokurora,‑yuxarı‑prokurora,‑yaxud‑məhkəməyə‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən‑saxlayır. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya‑prosessual‑rəhbərliyi‑həyata‑keçirən‑prokurorun. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti‑qaydasında‑şikayət‑vermək‑hüququ‑vardır. Həmin Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə‑449.2.3). Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə‑şikayət‑vermək‑hüququna‑malikdirlər. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs şikayəti əsasında toplanmış ***/** saylı rədd materialı üzrə‑cinayət‑işinin‑başlanmasının‑rədd‑edilməsi‑qərara‑alınmışdır.‑ ***/** saylı rədd materialında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2014 cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Şikayət verən şəxs cavabdeh X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək onun və uşaqlarının istifadə hüquqları tanınmaqla ünvan 2 ünvanına köçürülmələri barədə qətnamə çıxanlmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## #### 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Iddiaçı Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## #### 2014-cü il tarixli qətnaməsi‑dəyişdirilmədən‑saxlanılmışdır. ***/** saylı rədd materialında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ## #### 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şikayət verən şəxs cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması və bunun üçün cavabdeh tərəfindən həmin torpaq sahəsinin öz hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə sahə 7-8-də fərdi ev tikintisi üçün Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti Başçısının ## ##### 1998-ci il tarixli *** saylı sərəncamı ilə ona 1200 kv metr torpaq sahəsi aynlmışdır. Həmin torpaq sahəsinə yol cavabdehin həyətindən keçir. Cavabdeh onun keçmiş arvadıdır, həmin yol onun tərəfindən zəbt edilmişdir, bu barədə cavabdehlə dəfələrlə danışsada ondan imtina cavabı almışdır. Yolun açılması ilə bağlı Icra Hakimiyyətinə, Rayon Polis Idarəsinə müraciətlər etmiş, lakin müsbət nəticə olmamışdır. Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş cavabdeh Əminə Əliyevanın istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması, həmin yolun açılması üçün torpaq sahəsinin boşaldılmasının iddiaçının öz vəsaiti hesabına təmin edilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/*** saylı ## #### 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçı Şikayət verən şəxs cavabdeh X2 qarşı “yolun açılması tələbinə dair” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/*** saylı ## #### 2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, “cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılmasına etiraz edir. Hazırkı iş üzrə təqdim edilmiş plan-sxemdən isə görünür ki, iddiaçının torpaq sahəsinə giriş-çıxış üçün yol mövcuddur (sxemdə daxili yol kimi qeyd olunmuşdur), ona görə də cavabdehin istifadəsində olan sahədən yolun açılmasına zərurət yoxdur”. ***/** saylı rədd materialında olan X2 izahatında bildirmişdir ki, Şikayət verən şəxs ilə ## ####### 1993-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından üç qız övladları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2007-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Şikayət verən şəxs barəsində yazdıqları yalan və böhtandan ibarətdir. O, torpaq sahəsini zəbt etməmiş, bununla bağlı mübahisə olduğu halda Şikayət‑verən‑şəxs‑məhkəməyə‑müraciət‑etməli‑olduğunu‑qeyd‑etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 lazımi araşdırmanı aparmış, yəni şikayətdə göstərilən halların müəyyən edilməsi üçün zəruri materialları toplamış, X2 izahatı alınmış, şikayətdə göstərilən mübahisəyə dair məhkəmə aktları əldə edilmişdir. Təqdim edilmiş ***/** saylı rədd materialını öyrənərkən məlum olmuşdur ki, şikayətdə göstərilən mübahisəli torpaq sahəsinə giriş yolunun zəbt olunması əvvəllər məhkəmə mübahisəsi olmuş, məhkəmə həmin‑mübahisəni‑araşdıraraq‑hüquqi‑nəticə‑vermişdir.‑ Məhkəmə həmçinin torpaq sahəsinin Zabrat Bələdiyyəsinə məxsus olması ehtimalına münasibət bildirərək qeyd etmişdir ki, araşdırma zamanı torpaq sahəsinin digər şəxsə, Zabrat Bələdiyyəsinə məxsus olmasının müəyyən ediləcəyi halda Şikayət verən şəxs subyektiv hüququnun olmaması əsası ilə qanuni maraqlarına toxunmayacağından bu halın araşdırılmasının‑zərurəti‑yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və istintaq orqanının qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə və istintaq orqanı tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış,‑iş‑üçün‑mühüm‑əhəmiyyət‑kəsb‑edən‑hallara‑düzgün‑hüquqi‑qiymət‑verilmişdir.‑ Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini‑yoxlayarkən‑düzgün,‑əsaslı‑və‑qanuni‑nəticəyə‑gəlmişdir.‑ Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən‑saxlanılmalıdır.‑‑ Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual‑Məcəlləsinin‑449-451, 452-454-cü‑maddələrini‑rəhbər‑tutaraq, Q‑Ə‑R‑A‑R‑A‑ A‑L‑D‑İ: Şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya‑şikayəti‑təmin‑edilməsin. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi və iş üzrə yenidən araşdırma aparılmasına dair Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə‑dəyişdirilmədən‑saxlanılsın.‑ Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik‑edən:‑Habil‑Məmmədov Hakimlər:‑‑‑‑‑‑‑Cavid‑Hüseyn Elnur Nuriyev
Məhkəmə qərarları › İş №6(3-6)-439/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-439/2026
31.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver