Məhkəmə qərarları › İş №6(3-6)-445/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-445/2026

03.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-445/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlunun iştirakı ilə, Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu tərəfindən verilmiş verilmiş Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin üzərinə vəsatətin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli və Şikayət verən şəxs ittiham və axtarış elan edilməsi barədə qərarların ləğv edilməsi vəzifələrinin qoyulmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim olunmuş materialdan görünür ki, Şikayətçi Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu məhkəmə nəzarəti qaydasında müraciət edərək, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin üzərinə Binəqədi rayon prokurorunun vəsatətinin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli və Şikayət verən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham və axtarış elan edilməsi barədə qərarların ləğv edilməsi vəzifələrinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli (hakim A.Sadıqova) qərarına əsasən Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu tərəfindən verilmiş verilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin üzərinə vəsatətin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli və Şikayət verən şəxs ittiham və axtarış elan edilməsi barədə qərarların ləğv edilməsi vəzifələrinin qoyulmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətiə mahiyyəti üzrə baxılması, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin üzərinə vəsatətin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli qərarının hüquqi qiymətləndirilməsi üçün materiallar birinci instansiya məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, hazırki apellyasiya şikayəti baxışdan çıxarılmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi məqsədi ilə məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453-cü maddəsinin tələblərinə əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 3 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Hazırki məhkəmə nəzarəti qaydasında materialdan görünür ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı elan olunduqdan 04 (dörd) gün müddət keçdikdən sonra, yəni apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə imzalanaraq poct xidmətinə verilmiş və apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə poçt vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu müvafiq qərardan apellyasiya şikayətini vermək üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş 3 (üç) günlük müddəti ötürmüş və ötürülmüş müddətin bərpası ilə bağlı vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən vəsatətin verilməsi və müddətin ötürülməsi məsələsinin həlli üçün apellyasiya şikayəti baxışdan çıxarılaraq məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti baxışdan çıxarılsın və məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılsın. Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi İsmayılov Ülvi Zahid oğluna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair vəsatət vermək hüquqlarının olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar