Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-447/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Şikayət verən şəxs nümayəndəsi - “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın hissəvi ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Şikayət verən şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs nümayəndəsi - “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın hissəvi ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs nümayəndəsi - “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın hissəvi ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardan Şikayət verən şəxs müdafiəçisi Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra 3 (üç) gün müddətində verilə bilər. Həmin Məcəllənin 453-cü maddəsinin tələblərinə əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 03 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. İşin materiallarından göründüyü kimi, şikayətçi Şikayət verən şəxs müdafiəçisi məhkəmə nəzarəti qaydasında şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində ##.##.2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, Şikayət verən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə ## #### 2026-cı il tarixdə tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Şikayət verən şəxs apellyasiya şikayəti vermə müddətini ötürmüş, ərizə ilə müraciət edərək şikayət vermə müddətinin bərpa edilməsini xahiş etməmişdir. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından Şikayət verən şəxs müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs izah olunmalıdır ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə qərarı qəbul etmiş birinci instansiya məhkəməsinə müraciət edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublkası Cinayət-Prosessual Məcəlləsinin 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Şikayət verən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyi üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan kassasiya şikayəti və protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-447/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-447/2026
03.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver