Məhkəmə qərarları › İş №6(3-6)-450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-450/2026

05.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑6(3-6)-450/2026 05.08.2026 BAKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimov Anar Firdovsi oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Bakı şəhəri Nizami Rayon‑Prokurorluğunun‑köməkçisi‑X1‑iştirakları‑ilə, Müəyyən e t d i: Şikayət verən şəxs Istehsalat Birliyi Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK-*-**** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 tərəfindən HK-*-**** saylı material üzrə "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" qəbul edilmiş ## ### 2026-cı il tarixli qərarın qanunsuz hesab edilməsi ve həmin qərarm ləğv edilməsi haqqında qərar qəbul edilməsini, qəbul ediləcək qərarda illər öncə ölmüş X9 adından imza edilməklə sənədin saxtalaşdırılmasında və X4 ( Şəxsiyyət vəsiqəsinin seriya və nömrəi: A Al 195286; OWRAMPN) adına saxta müqavilə tərtib edilməklə qanunsuz əməliyyatın həyata keçirilməsi məqsədi ilə həqiqətə uyğun olmayan məlumatların daxil edildiyi müraciətin hazırlanaraq Şikayət verən şəxs Istehsalat Birliyinə göndərilməsində iştirak edən şəxslərin dairəsinin müəyyən edilməsinin zəruriliyi təhqiqat orqanı qarşısında qəti tələb olaraq müəyyən edilməsini, verdikləri şikayət üzrə dəfələrlə qanunsuz və əsassız qərar qəbuletmiş Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 barəsində xüsusi qərar qəbul edərək Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərilməsi haqqmda qərar qəbul edilmsəsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şikayət verən şəxs Istehsalat Birliyinin səlahiyyətli nümayəndəsi X6 tərəfindən ##.##.2025-cı il tarixdə 102 XZM-nə zəng edilərək şikayət verilmiş, ünvan 1 ünvanı üzrə istehlakçı Svetlana Tomkina ilə (fərdi hesab: 101303905100330) təbii qazın alqı-satqısı haqqında bağlanmış müqavilə əsasında ##.##.2020-ci il tarixdə quraşdırılmış G-4 markalı, ******** nömrəli qaz sayğacının həmin ünvandan oğurlanaraq Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi ev 19, mənzil 21 ünvanında qeyri-qanuni quraşdınlmasını həyata keçirmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edilmişdir. Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK-*-**** saylı material üzrə ##.##.2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan tərəflərindən aidiyyəti qurumlara, həmçinin də ##.##.2026-cı il tarixində məhkəmə nəzarəti qaydasında Nizami Rayon Məhkəməsində şikayət verilmişdir. Iş məhkəmənin icraatında olduğu dövrdə yəni ## ### 2026-cı il tarixdə Bakı şəhəri Nizami rayon prokurorunun müavini, R Gülüstan Abdullayevə tərəfindən "Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlamasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərar ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilən hal nəzərə alınmaqla Nizami Rayon Məhkəməsinin icraatında olan şikayətlə bağlı *(*-**)-**/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərarla verdikləri şikayət təmin edilməmişdir. Bakı şəhər Nizami rayon prokurorunun müavini, R Gülüstan Abdullayevə tərəfindən ## ### 2026-cı il tarixdə qəbul edilmiş "Cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın ləğv olunması və maretialın əlavə araşdırma ararılması üçün qaytarılması haqqında" qərarın 2-ci vərəqinin 1, 2 və 4-cü abzaslarında aydın şəkildə hansı halların araşdırılıb qiymət verilməsi göstərilmişdir. Buna baxmayaraq Bakı Şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 prokurorluğunun qərarında qeyd edilmiş halların heç birinə dair araşdırma aparmadan əvvəlki qərarını olduğu kimi təkrarlamış, ## ### 2026-cı il tarixdə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qərarın 4-cü abzasının 3-cü cümləsində qeyd edilmişdir ki, əlavə araşdırma zamanı Ixtiyar Isparovun izahatı alınmış, həmin izahata istinadən cinayət işinin başlanması yenidən rədd edilmişdir. Sonrakı tarixdə Bakı Regional Qaz Istismarı Idarəsində X15 qeyd olunan halla bağlı izahatı alınmışdır. O izahatında bildirmişdir ki, ** saylı Polis Şöbəsində cəmi bir dəfə, təxmini bir il əvvəl, sayğacla bağlı araşdırma aparılan zaman olmuş, daha sonrakı tarixdə heş bir izahat verməmişdir. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 tərəfindən heç bir araşdırma aparılmadan, prokurorluğun tapşırıqlarına məhəl qoyulmadan yenidən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Qeyd olunan ## ### 2026-cı il tarixli qərarı qanunsuz hesab edirlər. Belə ki, şikayət üzrə heç bir əlavə araşdırma aparılmamışdır. Işin faktiki hallarının obyektiv müəyyən edilməsi üçün heç bir prossesual tədbir görülməmişdir. Halbuki iş üzrə bir neçə şəxsin əlbir olaraq dövlət əmlakını qeyriqanuni şəkildə ələ keçirmə faktı mövcuddur. Addəyişmə əməliyyatının həyata keçirilməsi üçün tərtib edilmiş ##.##.2025-ci il tarixli MA-****-*-**-****** saylı müayinə aktnda qeyd olunan hərəkətlərin aparılmasında iştirak etmiş şəxslərdən biri olaraq qeyd edilmiş X9 illər öncə ölmüş olmasına baxmayaraq akta əvvəlcədən bilərəkdən məhz onun adı və saxtalaşdırılmış imzası daxil edlmişdir. Həmçinin də X4 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA1195286; OWRAMPN) adına saxta müqavilə tərtib edilmiş, qanunsuz əməliyyatın həyata keçirilməsi məqsədi ilə həqiqətə uyğun olmayan məlumatların daxil edildiyi müraciət hazırlanaraq Şikayət verən şəxs Istehsalat Birliyinə göndərilmişdir. Bütün bunlara baxmayaraq qeyd olunan faktların heç biri araşdırılmamış, həmçinin də ünvan 1 ünvanı ilə Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi ev 19, mənzil 21 ünvanı arasında hər hansı bir bağlılığın olub-olmaması faktı da araşdırılmamış və qiymətləndirilməmişdir. Toplanmış materiallar cinayət işinin başlanmasına kifayət qədər əsas versə də, 23-cü Polis Şöbəsi əsassız və qanunazidd qərar qəbul etmişdir. Barəsində şikayət verilən qərarın ləğv edilməsi ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət verilsə də, heç bir icraat aparılmamış və heç bir məlumat verilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Istehsalat Birliyinin Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK-*-**** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv olunmasının nəzərə alınması‑qərara‑alınmışdır.‑‑ Məhkəmənin həmin qərarından Şikayət verən şəxs Istehsalat Birliyi apellyasiya şikayəti verərək, ilkin şikayətin dəlillərini əsaslandıraraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- **/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini, Şikayət verən şəxs Istehsalat Birliyinin Nizami Rayon Məhkəməsinə müraciətində qeyd etdiyi əlavə hallara – ölmüş şəxs Svetlana Tomkinanın adından saxta imza atılması və Hüseynov Elnurun adına saxta müqavilə tərtib edilməsi faktlarına hüquqi münasibət bildirilməsini, təhqiqat orqanı qarşısında bu saxta sənəd tərkibli halların hərtərəfli‑və‑obyektiv‑araşdırılması‑barədə‑qəti‑tələbin‑müəyyən‑edilməsini‑xahiş‑etmişdir.‑‑ Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nizami Rayon Prokurorluğunun köməkçisi X1 şikayətə‑etiraz‑edərək,‑şikayətin‑təmin‑edilməməsini‑‑xahiş‑etdi.‑ Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Şikayət verən şəxs Istehsalat Birliyinin və Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir.‑ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə‑qeyd‑olunan‑şəxslərin‑iştirakı‑olmadan‑baxılması‑mümkün‑hesab‑edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı‑dəyişdirilmədən‑saxlanılmalıdır.‑ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1‑ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində‑iştirak‑edən‑digər‑şəxslər‑tərəfindən‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən‑məhkəməyə‑verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət‑kəsb‑edən‑digər‑hallar‑yalnız‑sübutlar‑vasitəsilə‑müəyyən‑edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət‑təqibi‑üzrə‑icraat‑zamanı‑yalnız‑sübutlara‑əsasən‑müəyyən‑edilir. Həmin Məcəllənin 146.1-cı maddəsində müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə‑imkan‑versin. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən‑prokurora,‑yuxarı‑prokurora,‑yaxud‑məhkəməyə‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin‑başlanmasının‑rədd‑edilməsi‑haqqında‑çıxarılmış‑qərarı‑dəyişdirilmədən‑saxlayır. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi‑həyata‑keçirən‑prokurorun. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında‑şikayət‑vermək‑hüququ‑vardır. Həmin Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin‑aparılması‑nəticəsində‑hüquq‑və‑azadlıqları‑pozulan‑digər‑şəxslər‑(maddə‑449.2.3). Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə şikayət vermək‑hüququna‑malikdirlər. Işdə olan Daxili Işlər Nazirliynin Bakı Şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK-*-**** saylı material üzrə ## ####### 2025-ci il tarixli qərarı ilə toplanmış‑material‑üzrə‑cinayət‑işinin‑başlanması‑rədd‑edilmişdir.‑ Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq hesab etmişdir ki, şikayətə baxılmasının nəticəsində Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK- *-**** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarının Cinayət Prosessual Məcəlləsinin 451-ci maddəsinin tələbinə uyğun olaraq qanuni hesab edilməsi və ya qərarın qanunsuz hesab edilərək ləğv olunması barədə qərarlardan biri qəbul olunmalı idi. Lakin şikayətə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, barəsində şikayət verilən ##.##.2026-cı il tarixli qərar qüvvədə deyil, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müavini Gülüstan Abdullayeva tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli qərarla ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinə göndərilmişdir. Şikayət verən şəxs Istehsalat Birliyi isə qüvvədə olmayan qərardan şikayət vermişdir, belə olan halda, qüvvədə olmayan qərarın qanuni və ya qanunsuz‑olmasının‑yoxlanılması,‑müzakirəsi‑üçün‑əsaslar‑qalmır.‑ Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK-*-**** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs Istehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv olunması nəzərə‑alınmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı‑il‑tarixli‑qərarı‑verilmiş‑apellyasiya‑şikayətinə‑münasibətdə‑dəyişdirilmədən‑saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual‑Məcəlləsinin‑449-451, 452-454-cü‑maddələrini‑rəhbər‑tutaraq, Q ə r a r a a l d i: Şikayət‑verən‑şəxs‑Istehsalat‑Birliyi‑tərəfindən‑verilmiş‑apellyasiya‑şikayəti‑təmin‑edilməsin. Şikayət verən şəxs Istehsalat Birliyinin Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı, R X3 HK-*-**** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Şikayət verən şəxs Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə‑münasibətdə‑dəyişdirilmədən‑saxlanılsın.‑ Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest‑verilə‑bilməz. Sədrlik‑edən:‑‑‑Habil‑Məmmədov Hakimlər:‑‑‑‑‑‑‑‑‑Cavid‑Hüseyn Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar