Məhkəmə qərarları › İş №6(3-6)-452/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-452/2026

07.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-452/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş (bundan sonra -şikayətçi) Osmanov İslam Vidadi oğlunun iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlunun qəbul etdiyi ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi və toplanmış materialların yenidən araşdırılma aparılması üçün qərar qəbul edilməsi barədə Osmanov İslam Vidadi oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Osmanov İslam Vidadi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Osmanov İslam Vidadi oğlu məhkəmə nəzarəti qaydasında şikayət verərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlunun ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın əsassız olduğundan ləğv edilməsi və toplanmış materialların yenidən araşdırılma aparılması üçün qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Ü.Şükürova) qərarına əsasən Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlunun qəbul etdiyi ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi və toplanmış materialların yenidən araşdırılma aparılması üçün qərar qəbul edilməsi barədə Osmanov İslam Vidadi oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş və Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlunun qəbul etdiyi ## ###### 2025ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Osmanov İslam Vidadi oğlu apellyasiya şikayətləri verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlunun ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Osmanov İslam Vidadi oğlu apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, ## ### 2025-ci il tarixdə Sədərək ticarət mərkəzin 6-cı sıra **-** nömrəli Rusiya qapıları adlı dükanın satıcısı X2 ev qapıları almaq məqsədi ilə 3200 AZN məbləğində pul vermişdir. Cəfərli Elnur o və daha on nəfərdən 50000 AZN-dən yuxarı məbləğdə pul alaraq qaçmışdır. Dükandan ona demişlər Elnur Cəfərov 10-dan çox adamın külli miqdarda pulun götürüb. O, bir ildir ki, məhkəmələrin arasında qalıb. Onun dələduzluq əmələrini görmək üçün hüquqşünas olmaq lazım deyil. Apellyasiya baxışı zamanı şikayətçi Osmanov İslam Vidadi oğlu məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin və apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, həmin şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qərarının ləğv edilməsini və istintaqa nəzarəti həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu və Bakı şəhəri Səbail rayon prokurorluğunun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu və Bakı şəhəri Səbail rayon prokurorluğunun nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar materialı araşdırıb, şikayətçi Osmanov İslam Vidadi oğlunun izahatını və çıxışını dinləyərək, şikayətçi Osmanov İslam Vidadi oğlunun şikayət ərizəsi əsasında toplanmış materialı nəzərdən keçirərək hesab edir ki, Osmanov İslam Vidadi oğlunun apellayasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilməli, məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş hazırki qərarın surəti şikayətçiyə, müstəntiqə və yuxarıda qeyd olunan göstərişlərin icra olunmasına nəzarəti həyata keçirmək üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında, həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2009cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Apellyasiya baxışı iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu araşdırma zamanı materialı obyektiv və hərtərəfli aparılması üçün tədbirlər görməyərək, əsassız qərar qəbul etmişdir. İşin həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə bütün sübutlar tam əldə edilmədən, yoxlanılmadan və qiymətləndirilmədən araşdırma aparılmış, belə ki, iş üzrə əhəmiyyətli olan şəxs X3 dindirlməmiş, X3 yerinin müəyyən edilməsi üçün lazımi qaydada tədbirlər görülməmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarında olan göstərişləri icra etməmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən lazımi qaydada araşdırma aparılmayaraq qərar qəbul edilmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarının 6-cı bəndinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxara bilər. Həmin Məcəllənin 451.3-cü maddəsinə əsasən, şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayətçinin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür, şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabelik qaydasında yuxarı orqanın rəhbəri təqsirli şəxsin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydaya uyğun həll edir. Beləliklə, birinci instansiya məhkəməsi material üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından Osmanov İslam Vidadi oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti rədd edərkən qeyd edilən hallara əhəmiyyət vermədən əsassız qərar qəbul etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Osmanov İslam Vidadi oğlunun məhkəmə nəzarəti qaydasında şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərar və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ləğv edilməli, qərarın surəti şikayətçiyə, müstəntiqə və yuxarıda qeyd olunan göstərişlərin icra olunmasına nəzarəti həyata keçirmək üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452 və 454-cü maddələrini rəhbər tutaraq qərara alır: Osmanov İslam Vidadi oğlunun apellayasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərar və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından şikayətçi Osmanov İslam Vidadi oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ağayev Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Seyidbəyov Emil Ruslan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ləğv edilsin. Osmanov İslam Vidadi oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Qərarın surəti şikayətçiyə, müstəntiqə və yuxarıda qeyd olunan göstərişlərin icra olunmasına nəzarəti həyata keçirmək üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar