Məhkəmə qərarları › İş №6(3-6)-456/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-456/2026

07.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-456/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, İzzətli Ruslan Teymur oğlunun, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi, X3 iştirakları ilə, İzzətli Ruslan Teymur oğlunun müdafiəçisi Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan və Bakı şəhər prokurorluğunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İzzətli Ruslan Teymur oğlunun müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan və Bakı şəhər prokurorluğunun araşdırma nəticəsində qəbul etdiyi qərarın surətinin verilməsindən faktiki imtina ilə nəticələnmiş hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi, ərizəçi İzzətli Ruslan Teymur oğlunun Avropa Konvensiyasının 3-cü və 8-ci maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq və özəl həyata hörmət hüququnun pozulmasının tanınması, qərarın surətinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim Fuad Axundov) İzzətli Ruslan Teymur oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Qərardan narazı qalan müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini, Hərəkətindən (qərarından) şikayət verilən orqan və Bakı şəhər prokurorluğunun araşdırma nəticəsində qəbul etdiyi qərarın surətinin verilməsindən faktiki imtina ilə nəticələnmiş hərəkətsizliyinin qanunsuz hesab edilməsini, ərizəçi İzzətli Ruslan Teymur oğlunun Avropa Konvensiyasının 3-cü və 8-ci maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq və özəl həyata hörmət hüququnun pozulmasının tanınmasını, qərarın surətinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq ərizəçinin şikayət ərizəsində göstərilmiş xüsusatlar üzrə heç bir əsaslı və nəticəyə yönəlik araşdırma (yoxlama) aparmamışdır. Araşdırma aparan orqan Ərizəçinin izahatının alınması ilə kifayətlənmiş, şikayət ərizəsində göstərilmiş xüsusatların araşdırılması üçün zəruri addımları atmamış, şikayət ərizəsində göstərilmiş vəsatətləri, o cümlədən şahid qismində göstərilmiş şəxslərin dindirilməsini təmin etməmişdir. Bu xüsusatlar və müvafiq vəsatətlər göstərilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə irəli sürülən dəlilləri nəzərə almayaraq məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin olunmasından imtina etmişdir. Məhkəmə prokurorluq orqanının hansı səbəblərdən şahid qismində dindirilməsi tələb olunan şəxslərin dindirilmədiyini, müvafiq videogörüntüləri əldə etmədiyini araşdırmayıb. İşin faktiki hallarından görünür ki, təhqiqat materialı üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayətin izlərinin qorunması və götürülməsi üçün kifayət edən tədbirlər görməmiş, işinə formal yanaşmış, iş üzrə açıq-aydın araşdırmalı olan xüsusatları görməzdən gəlmişdir. Ərizəçinin heç bir ittiham irəli sürülmədən saatlarla Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasında saxlanılması, ondan mobil telefonun şifrəsinin tələb edilməsi, imtina etdikdə onun sinəsinə yumruq vurulmaqla və boğazından yapışmaqla zor tətbiq edilməsi Ərizəçinin şərəf və ləyaqətini də alçaltmışdır. Bu hərəkətlər onun şəxsini alçaltmış və onun ləyaqətinə hörmətsizlik nümayiş etdirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə təcrübəsinə əsasən qurbanın başqalarının gözündə olmasa belə, öz gözündə alçaldılması onun şərəf və ləyaqətinə ziyan vurulduğunu müəyyən etmək üçün kifayət edə bilər. Nəticədə heç bir hüquqi və qanuni əsas olmadan Ərizəçinin yuxarıda təsvir edilmiş qanunsuz fiziki zorakılığa və digər hərəkətlərə məruz qalması onun Konvensiyanın 8-ci maddəsi ilə təminat verilən şəxsi həyat hüququnun pozulmasına səbəb olmuşdur. İşin tam, hərtərəfli və obyektiv araşdırılması və təqsirkarların müəyyən edilməsi məqsədi ilə aşağıdakı vəsatətlərin təmin edilməsi vacibdir: Ərizəçi ##.##.2024-cü il tarixdə saxlandıqdan sonra həmin tarixdə gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılandan dərhal sonra birbaşa müşahidə etmiş vəkil X2 şahid qismində dindirilsin. Hazırda cinayət işinin materiallarında olan Ərizəçiyə məxsus mobil telefonda Ərizəçi İdarədən çıxan kimi dərhal aparılmış videoçəkilişə baxış keçirilsin. Məhkəmə iclasında iştirak edən İzzətli Ruslan Teymur oğlu və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hərərkətsizliyindən şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən şikayətçi İzzətli Ruslan Teymur oğlunun müdafiəçisi Müdafiəçi ünvanlanmış ##.##.2025-ci il tarixli, *-*/***/*-******/**** saylı məktubdan görünür ki, Bakı şəhər BPİ-də Azərbaycan Respublikası CM-nin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4 və 213.2.1-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs İzzətli Ruslan Teymur oğlunun polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə sonuncunun müdafiəçisi Müdafiəçi rayon prokurorluğuna ünvanladığı müraciəti Bakı şəhər prokurorluğunun İşin Təşkili qaydalarının 74.1.4-cü bəndinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.2.1 və 449.3.5-ci maddələrinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət işinin başlanmasının rədd edilməsi haqqında cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma apaılmaqla baş vermiş hadisənin bütün halları müxtəlif versiyalar üzrə yoxlanılmış, yekunda isə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri düzgün və əsaslı olaraq tətbiq edilərək cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Apellyator isə öz şikayətində əsaslandıra bilməmişdir ki, prosessual qərar ləğv edildikdən sonra hansı hallar və xüsusatlar araşdırılmalı və bunun nəticəsində kim və hansı əsasla cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə (451.1.1-ci maddə) və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə (451.1.2-ci maddə) qərarlardan birini çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması həmin Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar