Məhkəmə qərarları › İş №6(3-6)-460/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-460/2026

07.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-460/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və X3 iştirakları ilə, Şikayət verən şəxs Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, R Raciv Almazovun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Xətai Rayon Polis İdarəsinin müstəntiqi Almazovun barəsində çıxardığı qanunsuz axtarış və məcburi gətirilmə qərarlarının qanunsuz sayılması barədə tədbir görülməsini, vəzifə səlahiyyətlərini aşaraq hüquqlarının kobud şəkildə pozulmasına görə müstəntiq X7 haqqında intizam icraatının başlanılmasını, məhkəmə prosesinə qədər müstəntiq tərəfindən ona təqdim edilməyən bütün sənədlərin surətinin tərəfinə rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim Fuad Axundov) Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini, müstəntiq X2 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri haqqında qərarın ona elan edilməməsi və rəsmi tanışlıq aparılmaması səbəbindən CPM-in 169.3cü maddəsinin tələblərinin (24 saatlıq bildiriş müddəti) pozulduğu və müdafiə hüququmun məhdudlaşdırıldığının qəbul edilsini, prosessual hüquq normalarının kobud şəkildə pozulması və qərarın əsassız olması səbəbindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə məhkəmə nəzarəti qaydasında Xətai rayon məhkəməsinə müraciət etmişdir. Haqqında çıxarılmış qanunsuz “axtarış” və “məcburi gətirilmə” qərarlarının qanunsuz sayılması üçün tədbirlərin görülməsi, vəzifə səlahiyyətlərini aşaraq hüquqlarını kobud şəkildə pozduğuna görə müstəntiq Almasov R.P.haqqında intizam icraatının başlanmasını tələb etmişdir. Şikayətlə bağlı işin ( 6(5-94) - 8ON2-Iİ iş) icraatı Xətai rayon məhkəməsinin hakimi F. Axundova həvalə olunmuşdur. ## #### 2026-cı il, ## #### 2026-cı il tarixlərdə işin baxılması təyin olmasına baxmayaraq müstəntiq Almasov R.P. Xətai rayon məhkəməsində olan iş üzrə məhkəmə iclaslarına bilərəkdən gəlməyərək vaxt uzadıb, onun haqqında olan qondarma, saxta sənədlərlə tərtib edilmiş cinayət işinin tez bir zamanda Xətai rayon prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə ötürülməsinə nail olmuşdur. Belə ki, ittihamnamə 10 iyun tarixdə tərtib edilmiş, ## #### 2026-cı il tarixdə isə Xətai rayon prokuroru tərəfindən imzalanmışdır və onun haqqında olan ********* nömrəli cinayət işi ##.##.2026-cı il tarixində tələsik cinayət işini Xətai Rayon Prokurorluğu vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə nail olmuşdur. İttiham aktının surəti ona Bakı Ağır Cinayətlər Məhkəməsində ##.##.2026-cı ildə təqdim edilmiş. ********* nömrəli cinayət işi üzrə arayışdan görünür ki, barəsində ## ##### 2026-cı il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir və ## #### 2026-cı il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bu qərarların hər ikisindən o yalnız ##.##.2026-cı il tarixində xəbər tutmuşdur. Beləliklə, (şəxsin xəbəri olmadan barəsində qətimkan tədbirinin (məsələn, polisin nəzarəti altına vermə) tətbiq edilməsi) və ya bu barədə ona məlumat verilməməsi) Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət Prosessual Məcəlləsinin mütləq yerinə yetirilməli olan normalar Bakı şəhəri, Xətai RPİ-nin müstəntiqi R X2 tərəfindən ibtidai istintaq dövründə qəsdən, qərəzli və şəxsi qisasçılıq zəminində kobud şəkildə pozulmuşdur. Müstəntiq X2 qərəzliliyi, korrupsiya və dələduzluq əməli ilə bağlı barəsində Xətai rayon prokurorluğunda araşdırmanın, Xətai rayon məhkəməsində qanunsuz hərəkətləri ilə bağlı şikayətin baxılmasının (CPM-in 449), eləcə də, ibtidai istintaq zamanı müdafiə hüququnun kobud şəkildə pozulması və tamamlanmadan işin məhkəməyə göndərilməsi, ittihamın və qətimkan tədbirinin gizlədilməsi faktlarını nəzərə alaraq müstəntiq R. Almasov tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri haqqında qərarının ona elan edilməməsi və işlə rəsmi tanışlıq apanlmaması səbəbindən CPM-in 121, 299, 301 və 303-cü maddələrinə əsaslanaraq o Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlə müraciət edib (CPM-in 169.3-cü maddəsinin tələblərinin (24 saatlıq bildiriş müddəti) pozulduğu və müdafiə hüququnun məhdudlaşdırıldığının qəbul edilməsini, cinayət işi prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və prosessual hüquq normalarının kobud şəkildə pozulması və qərarın əsassız olması səbəbindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini xahiş etmişdir, lakin vəsatəti əsassız hesab edilmişdir. Müstəntiq Almasov R. mənim statusunu gizlədib, ## ##### 2026-cı il tarixdə Polis İdarəsinə şahid qismində çağrılmağını israr edib, haqqında çıxarılan qərarlar geriyə tarixlə tərtib edilib, (səs qeydi). Eləcə də iş materiallarına əlavə olunmuş DSX N saylı hərbi hissənin təlimatından görünür ki, o ## ##### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixə kimi sərhəd xidmətinin R kursunda təlimdə olmuşdur. Orada olan müddət ərzində nə ona, nə də ki ailə üzvlərinə heç bir vasitə ilə çağırılma vərəqəsi və yaxud SMS təqdim edilməyib. Eləcə də bildirməlidir ki, təlim vaxtı kursantların şəxsi telefonlardan istifadəsi məhdudlaşdırılır. Bu fakt məhkəməyə bildirilmişdir. ## ### 2026-cı il tarixdə evlərində axtarış aparan 37-ci polis bölməsinin əməkdaşları və sahə müvəkkili (adları və telefon nömrələri bəlli olan) məhkəməyə çağrılmamış və bu axtarış barədə ifadələri alınmamışdır. Hadisə barədə mütəmadi olaraq 102 çağrı xidmətinə olunan telefon zənglərinin səs qeydləri DİN müvafiq qurumundan tələb edilməmişdir. Məhkəmə qərarında qeyd olunan şahid qismində əlavə olaraq dindirilən X5 olduğunu bilmir, ümumiyyətlə həmin şəxsin məhkəmə prosesində iştirakı olmayıb. Anası X3 tərəfindən ## #### 2026-cı il tarixdə CPM-in 243 və 244, 449-cu maddələrinə əsasən müstəntiqin və polis əməkdaşlarının qanunsuz hərəkətlərindən məhkəmə nəzarəti qaydasında ərizə ilə müraciət etmişdir. Lakin hakim F.Axundov ## #### 2026-cı il tarixdə məhkəmə prosesində bildirmişdir ki, eyni məzmunda şikayət olduğu üçün anası şikayətini geri çəkməlidir və anası şikayətini geri çəkmişdir. ## #### 2026-cı il tarixdə o hərbi hissədən məcburi götürüldükdən sonra iki gün Zaqatala şəhərində saxlanılaraq, ona ailə üzvləri ilə əlaqə yaratmaq imkanı verilməmişdir. ## #### 2026-cı il tarixdə axşam 20:00 radələrində Xətai rayon polis idarəsinin müstəntiqi Almasovun kabinetinə gətirildikdə, o yenə də iş üzrə şahid qismində keçdiyini bildirmiş və boş sənədlərə imza atdırmışdır. Həmin vaxt yanında vəkil olmamış və onun Konstitusiya hüquqları kobud şəkildə pozulmuşdur. Ağır cinayətlər məhkəməsində ## #### 2026-cı il tarixdə keçirilən hazırlıq iclasında hakim Vüqar Quliyev cinayət işində olan istintaq sənədlərində onun imzalarının saxtalaştıdığım şəxsən görmüş, eləcə də, istintaq zamanı onun hüquqlarının “guya” dövlət tərəfindən təyin edilmiş Sənan adlı vəkilin məhkəmə zamanı iş üzrə zərərçəkmişin vəkili olduğunu aşkar etmiş və həmin vəkili məhkəmə zalından çıxararaq işdən kənarlaşdırmışdır. Bu faktlar Xətai rayon məhkəməsinin hakimi F.Axundova əlavə olaraq ərizədə çatdırılmasına baxmayaraq, hakim görməzdən gəlmiş və heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən Şikayət verən şəxs və X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; Təqsirləndirilən şəxsə ittiham elan olunması üçün axtarış elan edilməsi haqqında ## ### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs barəsində ittiham elan edilməsindən ötrü axtarış elan edilmişdir; Axtarışda olan şəxsin tutulması barədə ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Şikayət verən şəxs Vuqar oğlu ##.##.2026-cı il tarixdə saat 12:40 radələrində keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.2.1 və 449.3.5-ci maddələrinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət işinin başlanmasının rədd edilməsi haqqında cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, cinayət-prosessual qanunvericiliyin mahiyyətindən irəli gələn hüquqi yanaşmaya əsasən, cinayət təqibini həyata keçirən orqanı tərəfindən təqsirləndirilən şəxsə ittihamın elan edilməsinin, onun cinayət prosesində iştirakının və prosessual qərarların icrasının təmin olunması məqsədilə qanunla nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərinin tətbiqi özlüyündə həmin hərəkətlərin qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə baxışı zamanı tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, şikayətçi barəsində ## ### 2026-cı il tarixli qərarla məhz ona ittiham elan edilməsinin təmin olunması məqsədilə axtarış elan edilmiş, sonradan isə ## #### 2026-cı il tarixdə həmin qərarın icrası çərçivəsində tutulması həyata keçirilmişdir. Belə olan halda, şikayətçinin tutulması cinayət təqibini həyata keçirən orqanın özbaşına iradəsinin deyil, qüvvədə olan prosessual qərarın icrasının hüquqi nəticəsi kimi qiymətləndirilməlidir. Şikayətçi tərəfindən isə həmin prosessual qərarın qanunsuz qəbul edilməsini və ya onun qəbul edilməsinə səbəb olmuş hüquqi və faktiki əsasların mövcud olmadığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, yalnız tutulma faktına istinad etməklə həmin prosessual hərəkətin qanunsuz hesab olunması barədə nəticəyə gəlmək cinayətprosessual hüququn sübutetmə və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Bununla yanaşı, şikayətçi yaşayış yerində qanunsuz axtarış aparıldığını bildirsə də, məhkəmə hesab edir ki, həmin hal da iş materiallarının məzmunu ilə öz təsdiqini tapmır. Belə ki, cinayət prosessual qanunvericiliyinin imperativ tələblərinə görə yaşayış yerində axtarış istintaq hərəkətinin aparılması müvafiq prosessual əsasların mövcudluğu ilə yanaşı, onun qanunla müəyyən edilmiş qaydada sənədləşdirilməsini, bu barədə prosessual sənədlərin tərtib edilməsini və həmin sənədlərin cinayət işinin materiallarına əlavə edilməsini zəruri edir. Məhkəmə tərəfindən tədqiq edilmiş materiallarda şikayətçinin yaşayış yerində axtarış aparılmasını təsdiq edən hər hansı məhkəmə qərarı, axtarış protokolu, götürmə protokolu və ya belə bir istintaq hərəkətinin həyata keçirildiyini təsdiq edən digər prosessual sənəd mövcud deyildir. Eyni zamanda, şikayətçi də öz iddiasını təsdiq edən obyektiv və yol verilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cinayət mühakimə icraatında hər hansı prosessual pozuntunun mövcudluğu ehtimallar və ya subyektiv mülahizələr əsasında deyil, mötəbər, kifayət edən və qarşılıqlı şəkildə bir-birini tamamlayan sübutların məcmusu əsasında müəyyən edilməlidir. Belə sübutların mövcud olmadığı şəraitdə isə şikayətçinin yaşayış yerində qanunsuz axtarış aparılması barədə iddiası hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz və məhkəmə tərəfindən həmin dəlilə sübut olunmamış hal kimi qiymət verilir. Bundan əlavə, məhkəmə qeyd edir ki, şikayətçinin müstəntiq barəsində intizam icraatının başlanılması, habelə məhkəmə icraatına qədər ona təqdim edilmədiyi iddia olunan sənədlərin surətlərinin təqdim edilməsi barədə tələbləri də təmin edilə bilməz. Belə ki, həmin tələblərin təmin olunmasını zəruri edən hüquqi və faktiki əsaslar müəyyən edilmədiyindən, onların təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə (451.1.1-ci maddə) və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə (451.1.2-ci maddə) qərarlardan birini çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması həmin Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar