Məhkəmə qərarları › İş №6(3-6)-462/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-462/2026

10.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-462/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materialdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 “Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim P.Muradov) *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» ## ### 2026-cı il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edib yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçiril Həmin Məcəllənin 452-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər: 452.1.1. bilavasitə apellyasiya instansiyası məhkəməsinə; 452.1.2. qərarı qəbul etmiş məhkəmənin vasitəsilə; 452.1.3. həbs yerinin müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün). Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan təqsirləndirilən şəxsin şikayətini aldıqda, həbs yerinin müdiriyyəti təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 452.2.1. şikayəti qeydə almaq; 452.2.2. şikayəti hakimi tərəfindən həmin qərarı qəbul etmiş məhkəməyə göndərmək; 452.2.3. şikayətin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat vermək. Həmin Məcəllənin 453-cü maddəsin əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 3 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.2.12-ci maddəsinə əsasən cəzaların icrası və çəkilməsi zamanı məhkumların cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanın çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” MMC-nin direktoru şikayət verən şəxs1 Zəkram oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkir və apelyasiya şikayəti qanunvericiliyin tələbləri pozularaq penitensiar müəssisə tərəfindən deyil (həbs yerinin müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün) başqa ünvandan (Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, ev 4 ünvanı) poçt vasitəsi ilə göndərilmişdir. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti baxışdan çıxarılaraq məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. “xxxx” MMC-nin direktoru Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan şikayət verən şəxs1 izah edilməlidir ki, onun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10-cu və 14-cü maddələrinin tələblərinə riayət etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10 və 14-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. “xxxx” MMC-nin direktoru Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan şikayət verən şəxs1 izah edilsin ki, onun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10cu və 14-cü maddələrinin tələblərinə riayət etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Aqil Musayev Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar