Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-465/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Əli İrfan oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Binəqədi RPİ-in İŞ-in müstəntiqi Cavad Əliyevin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarına (hakim Aynurə Sadıqova) əsasən şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və şikayətinin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi RPİ İŞ-nin müstəntiqi Cavad Əliyevin icraatında olan cinayəy işi üzrə artıq 1 il 10 aydır ki, heç bir istintaq hərəkəti getmir, hərəkətsizlik davam edir. Bununla da onun konstitusion hüquqları və CPM-in tələbləri pozulmaqla yanaşı tapdalanmışdır. Birinci instansiya məhkəməsi şikayətini geri qaytararaq səbəb kimi hər hansı sübutun ərizəyə əlavə edilməməsini əsas tutaraq ərizəsini geri qaytarmışdır. Məhkəmənin süni olaraq göstərdiyi səbəblər qanunsuzdur. İş üzrə sübut hesab edilən ********* saylı cinayət işi materiallarıdır. Onu isə məhkəmə istintaq orqanından alaraq araşdırmalıdır. Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası CPM-in 453.3-cü maddəsinə əsasən həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X2 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytraılmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli, material araşdırmanın aparılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət qismən təmin edilmiş, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Süleymanov İsa Afiq oğlu tərəfindən qəbul edilmiş Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraatın dayandırıması barədə qərar qanunsuz hesab edilməklə ləğv edilmiş, şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 451.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Birinci instansiya məhkəməsi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, Binəqədi RPİ-in İŞin müstəntiqi Cavad Əliyevin hərəkətsizliyini təsdiq edən sənəd və ya bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmiş, məhkəmə nəzarəti qaydasında şikayətin surəti ilə məhkəməyə müraciət edilməklə kifayətlənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin qənaətlə razılaşmır. Belə ki, Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı ləğv edilməli, şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin və material əlavə araşdırmanın aparılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-465/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-465/2026
10.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver