Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-468/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi Orxan Qnyazovun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmasına dair Bakı şəhər Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə (bundan sonra apellyasiya şikayəti) üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: Şikayət verən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi Orxan Qnyazovun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi Orxan Qnyazovun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə saat təxminən 20:20-20:40 radələrində Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə Oqtay Vəliyev küçəsinin kəsişməsində oğlu maşını ilə yaşıl işıqforda keçmək istəyəndə yüksək sürətlə xxxx marşrut sürücü gələrək dayanmadan, əylənci basmadan,təxmini 75 km/saat sürətlə oğlunun maşınına sağ tərəfindən vurmuşdur. xxxx marşrut sürücüsü oğlunun maşınını sağ tərəfəni vurdu və vuran zaman oğlu idarə edən maşında nişanlısı X4 varidi və xxxx marşrut yüksək sürətlə gələrək oğlunun maşınını vuran zaman nişanlısına güclü fiziki zərbə gəlmiş və o travma almışdır. Nəicədə 1 gün komada qaldıqdan sonrada vəfat etmişdir. Oğlu 70-75 km/saatla sürsə də həm heç kəsə vurmadı həmdə tormozu basmışdı. Oğlu sürən yolda işıqfor o an yaşıl yanırdı və onda olan məlumata əsasən (ilk gün oğlum anlaqlı olan zaman izahat verəndə görüb kamera çəkilişin) o gün o saatda o ərazidə hər 4 tərəfdə işıqfor nasaz olaraq yaşıl yanıb. Amma oğlundan fərqli olaraq xxxx avtobus sürücüsü tormozu basmamış və yüksək sürətlə gəlirmişdir. Yüksək sürətlə gəlməsəydi onda oğlunun maşınını aşırtmazdı, maşın havaya qalxmazdı, maşın başı aşağı durmazdı, oğlu avtobusdan yayınmağa çalışsa da avtobus əylənci basmadığına görə avtobus oğlunu vurmuşdur. Bu hadisədən sonra oğlu travma almış və hələ də travmalıdır, qolunu və boynunu bıçaqla doğrayıb, arvadının ölümü ona ağır gəlir, hadisələri səhv yadda saxlayır, hələ ki anlaqlı vəziyyətdə deyil, bir neçə yerdə müayinə və müalicə olunub ,psixotrop dərmanlar yazıblar,hələ də müalicə olunur. Poliklinikalar, Psixiatriya Xəstəxanası və Psixi Sağlamlıq Mərkəzi müayinə edib və psixotrop dərmanlar yazmışdır. Özünü öldürməyə cəhdi göstərir, deyir "kaş mən öləydim kaş məni maşın vuraydı, axı təzə kəbin bağlamışdıq,axı mən təzə ailə qurmaq istəyirdim". Oğlu izahat vermək halında deyil, anlaqlı deyil, onun əvəzinə bir anası (yaxın ailə üzvü) kimi və notarial etibarnamələr əsasında nümayəndə təmsilçi kimi izahat verməyə hazırdır. Etibarnamələri oğlu ona hadisədən qabaq və anlaqlı vəziyyətində vemişdir. Oğlu Rövşəndən maşınına görə şikayətçi deyil, amma həm maşınına görə həm də oğlunun nişanlısına görə xxxx-dan və şəxsən həmin sürücüdən (Həsənov İman Mejdun oğlu,**JC***) və onun işlədiyi idarədən (AYNA "xxxx" MMC-dən) şikayətçidir. Sürücü ifadəsində yalan məlumat verib, yalan ifadə verib ki, guya 20-25 km/saatla sürətlə sürüb amma o sürətlə sürən maşını 2-3 dəfə aşırtmır və maşını başı aşağı qoymur və sərnişini o dünyaya göndərmir, bu bir daha təsdiq edir ki sürücü ən azı 75 km/saat ən çoxu da 100 km/saatla sürüb. Nizami rayon Polis İdarəsinin müstəntiqi Qnyazov Orxan anlaqsız vəziyyətdə olan oğlundan izahat alıb və məcbur edib o dəyən kimi yazmağa, işıqfor yaşıl yanırdı amma yazdırıb məcbur edib yazmağa ki, guya heç yanmırdı və bizə deyir ki ola bilər ev dustaqlığı verilsin. Niyə ? Axı oğlunun günahı yoxdur, günahkar xxxx sürücüsüdür. Üstəlik mənidə içəri otağa buraxmadı ona görə də bilmir hələ nə yazdırıb başı yerində olmayan psixotrop dərmanlar içən Psixi Sağlamlıq Mərkəzində qeydiyyatda olan adama. Yazdırıb ki guya oğlu Məhkəmə Tibb Ekspertizaya istəyir halbuki ilk gündən orda olub, və o anlaqsız vəziyyətdə necə istəyə bilər. İzahatda tarix yerini müstəntiq boş qoydu və dedi ki, ekspertiza 700 azn istəyir, 700 manatda xxxx sürücüsü istəyir, verməyə pulu yoxdur. Anlaqsız adama izahata qol çəkməyə məcbur edib ki, guya oğlu Rövşən manevr edib, halbuki kamerada hər şey göstərir ki, manevr etməyib və işıqfor yaşıl yanırdı, əksinə xxxx sürətlə sürüb oğlunu vurub. Üstəlik müstəntiq otaqdan onu qovmuş və imkan verməmişdir ki, izahatla tanış olsun. Anlaqsız oğlunun qabağına hazır yazdığı izahatı qoyur ki, qol çək və hələ sonda da o izahata yazıb ki, oğluna imzalatdırıb ki, psixi durumu yaxşı olmadığı üçün ekspertizaya göndərin. Psixi durumu pis olan izahat verir? Müstəntiq tamam səhv hərəkətlər edib, qanuna zidd ,üstəlik oğlu ilk gündən həm Məhkəmə Tibbi Ekspertizada olub, həm içkili olmadığına dair analiz verib həm də narkotik istifadə etmədiyinə dair analiz verib. Avtoqəzanın ilk günü oğlu anlaqlıydı,sonra isə hadisədən başını itirib. Maşın ekspertizasından zəng etdilər dedilər ki, avtobosun məlumatları yoxdur, nədənsə avtobus ekspertizadan keçməyib. Üstəlik müstəntiq Qnyazov Orxan bildirir ki, bizim sığorta ölənə 5000 azn ödəyəcək və avtobus sürücüsünə 750 azn ödəyəcək, amma etiraz edirəm səhv məlumatdır, çünki ziyan vuran və oğlunu və yanındakı arvadını vuran BakuBus sürücüsü olub, xxxx və ya xxxxun sığortası ölənə 5000 azn ödəməlidir və oğluna da 750 azn yaxın ödəməlidir. Gəlninə aid və oğluna aid məhkəmə tibbi ekspertizasının rəyini və maşınına aid ekspertiza rəyinin cavablarının ona rəsmi poçtla yaşadığı ünvana göndərilməsini xahiş edir. Niyə ekspertizada və işdə xxxx barədə yazılmayıb və yazılmayıb ki, xxxx oğlunu və gəlnini (arvadını,nişanlısını) vurub? İzahatda tarix yerini X5 boş qoyub və deyir ki guya ekspertiza 700 azn istəyir və guya 700 azn xxxx marşrutundakı sərnişin istəyir, verməyə pulu yoxdur. Və niyədə verməlidir? X5 bildirir ki oğlu sürücülük hüququndan məhrum olacaq. Niyə? Oğlu kimisə vurmayıb ki, oğlumu və oğlumun maşınını və oğlumun nişanlısını arvadını xxxx vurub. X1 sürücüsü sürücülük hüququndan məhrum olmalıdır. Məhkəmə kollegiyasının icalsında şikayətçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin məzmununda göstərilən hallar məhkəmə nəzarəti qaydasında baxılan hallara aid deyil və hərəkətsizlikdən məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi nəzərdə tutulmamışdır. Hazırkı şikayətdə göstərilən hərəkətsizlik qeyd olunan maddənin təsir dairəsinə düşmür. Həmçinin, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və imzalanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Şikayət verən şəxs tərəfindən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, Şikayət verən şəxs məhkəməyə şikayət ərizəsi təqdim etməklə kifayətlənmiş, şikayət ərizəsinə Nizami rayon Polis İdarəsinin müstəntiqi Orxan Qnyazovun qərarını əlavə etməmişdir. Ona görə də müstəntiqin hansı tarixli qərarından şikayət verilməsi aydın deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən şikayət məhkəmə nəzarəti qaydasında baxıla bilən şikayətlərin kateqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi göstərilmiş və hazırkı müraciətdə göstərilən xüsusat həmin maddənin təsir altına düşmür. Eyni zamanda məhkəmə qeyd edir ki, hazır ki, iş üzrə Şikayət verən şəxs Cinayət - Prosessual Məcəlləsinin 449.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ olan şəxslər siyahısına aid edilmədiyindən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalısı barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi Orxan Qnyazovun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmasına dair Bakı şəhər Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin İbrahimov
Məhkəmə qərarları › İş №6(3-6)-468/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-468/2026
12.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver