Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-469/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət icraata qəbul edimədən geri qaytarılmasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Səbail Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayəti daxil olmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət icraata qəbul edimədən geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin icraatında Şikayət verən şəxs təqsirləndirilməsinə dair cinayət işi vardır. Həmin cinayət işi üzrə Şikayət verən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və o, hazırda Azərbaycan Respublikası DTX-nin İstintaq Təcridxanasında saxlanılır. Cinayət işinin nömrəsi müdafiə tərəfinə məlum deyildir, çünki cinayət prosesini həyata keçirən orqan tərəfindən ona heç bir prosessual sənəd təqdim olunmamışdır. Şikayət verən şəxs yaxın qohumları ilə bağlanmış müqavilə əsasında ona hüquqi yardımın göstərilməsini öz üzərinə götürmüşdür. ## #### 2026-cı il tarixdə DTX-nin İstintaq Baş İdarəsinə müdafiəçi qismində cinayət prosesinə buraxılmağı barədə ərizə ünvanlamışdır. Ərizə həmin gün müstəntiq X2 tərəfindən qəbul edilmiş, ərizənin onda qalan nüsxəsi üzərində "Qəbul etdim" qeydi yazılmış, imza edilmiş və ## #### 2026-cı il tarixi göstərilmişdir. Eyni gündə — ## #### 2026-cı il tarixdə cinayət işi üzrə sənədlərin surətlərinin verilməsi barədə yazılı vəsatət hazırlayaraq müstəntiq X2 təqdim etmək istəmişdir. Vəsatətdə cinayət işinin başlanması haqqında qərarın, Şikayət verən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarın və tutulma protokolunun, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın, habelə barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətlərinin ona verilməsi xahiş olunmuşdur. Müstəntiq vəsatəti şifahi olaraq qəbul etməkdən imtina etmiş, onu icraatın materiallarına əlavə etməmiş, ona baxmamış və nəticələri üzrə heç bir qərar çıxarmamışdır. Sadalanan sənədlərin heç birinin surəti bu günədək ona verilməmişdir. O cinayət prosesinə müqavilə əsasında sonradan dəvət edilmiş müdafiəçidir. Şikayət verən şəxs tutulmasında, ona ittihamın elan edilməsində və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmə baxışında iştirak etməmişdir. Bu səbəbdən iş üzrə şübhənin və ittihamın faktiki əsasları, habelə azadlıqdan məhrumetmənin əsasları barədə məlumat əldə etməyin mənim üçün yeganə yolu həmin prosessual sənədlərin surətlərinin verilməsidir. Azərbaycan Respublikası DTXnin İstintaq Baş İdarəsinin icraatında olan, Şikayət verən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq X2 ona — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, "Alibi" Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin başlanması haqqında qərarın, Şikayət verən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarın və tutulma protokolunun, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın, habelə barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətlərini verməməsi və bu barədə ## #### 2026-cı il tarixdə təqdim etdiyim yazılı vəsatəti qəbul etməməsi hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının icalsında şikayət vermiş müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ## ###### 2026-cı il tarixli şikayət Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən imzalanmışdır. Lakin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, artıq ## ###### 2026-cı il tarixli qərarı ilə onun müdafiəçi kimi cinayət prosesində iştirakına xitam verildiyindən şikayət səlahiyyətli olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Həmçinin, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərin və ya qərarların dairəsinə aid deyildir, o cümlədən həmin maddədə göstərilən hallarla bağlı deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən şikayət məhkəmə nəzarəti qaydasında baxıla bilən şikayətlərin kateqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi göstərilmiş və hazırkı müraciətdə göstərilən xüsusat həmin maddənin təsir altına düşmür. Eyni zamanda məhkəmə qeyd edir ki, hazır ki, iş materiallarındna aydın olur ki, ## ###### 2026-cı il tarixli qərarı ilə onun müdafiəçi kimi cinayət prosesində iştirakına xitam verildiyindən müdafiəçi Müdafiəçi Cinayət -Prosessual Məcəlləsinin 449.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ olan şəxslər siyahısına aid edilmədiyindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalısı barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət icraata qəbul edimədən geri qaytarılmasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin İbrahimov
Məhkəmə qərarları › İş №6(3-6)-469/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-469/2026
14.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver