Məhkəmə qərarları › İş №6(3-6)-472/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-472/2026

14.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-472/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar Əliyev Hətəm İsmayıl oğlu və X1 barəsində xüsusi qərar qəbul olunmasını barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim olunmuş materialdan görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar Əliyev Hətəm İsmayıl oğlu və X1 barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli (hakim K.Babayev) qərarına əsasən Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar Əliyev Hətəm İsmayıl oğlu və X1 barəsində xüsusi qərar qəbul olunmasını barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edilməmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında vermiş şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, hazırki apellyasiya şikayəti baxışdan çıxarılmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi məqsədi ilə məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453-cü maddəsinin tələblərinə əsasən isə qeyd edilən qəbildən olan işlər üzrə birinci instansiya məhkəməsinin qərarı elan olunduqdan sonra 3 (üç) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Hazırki materialdan görünür ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı elan olunduqdan 6 gün sonra, yəni Bakı İstintaq Təcridxanasının ## ###### 2026-cı il tarixli, *-**-**/**/*-******/**** saylı müşayiət məktubu ilə “AzDoc” vasitəsilə rəsmi qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 202.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət burıxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Göründüyü kimi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müvafiq qərardan apellyasiya şikayətini vermək üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş 3 (üç) günlük müddəti ötürmüş və ötürülmüş müddətin bərpası ilə bağlı vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.10-cu maddəsinə əsasən qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. X7 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən vəsatətin verilməsi və müddətin ötürülməsi məsələsinin həlli üçün apellyasiya şikayəti baxışdan çıxarılaraq məhkəmə nəzarəti qaydasında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti baxışdan çıxarılsın və iş materialları ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair vəsatət vermək hüquqlarının olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar