Məhkəmə qərarları › İş №6(3-6)-474/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-474/2026

17.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-474/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq baş idarəsinin müstəntiqi Şamil Yusifovun onun təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi qismində tanınmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz sayılması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi Səbail Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq baş idarəsinin müstəntiqi Şamil Yusifovun onun təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi qismində tanınmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz sayılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, müstəntiqə müvafiq vəkil orderini təqdim etsə də müstəntiq onu Şikayət verən şəxs müdafiəçisi qismində tanımamışdır. Belə ki, müstəntiq tərəfindən onun nə müdafiəçi qismində tanınması, nə dəki imtina haqqında qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən xahiş olunmuşdur ki: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsinin icraatında olan, Şikayət verən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq X2 onu - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, "Alibi" Vəkil Bürosunun vəkili Müdafiəçi - Şikayət verən şəxs müdafiəçisi qismində cinayət prosesinin iştirakçısı kimi tanımaması barədə hərəkətinin və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Afət Quliyeva) “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi və geri qaytarılması qərara alınmışdır. Qərardan şikayətçi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli şikayətin geri qaytarılması barədə qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsinin cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqi X2 onu - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, "Alibi" Vəkil Bürosunun vəkili Müdafiəçi - Şikayət verən şəxs müdafiəçisi qismində cinayət prosesinin iştirakçısı kimi tanımaması barədə hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şikayət verən şəxs yaxın qohumu ilə bağlanmış ## #### 2026-cı il tarixli müqavilə əsasında onun müdafiəsini öz üzərinə götürmüşdür. ## #### 2026-cı il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsinə müdafiəçi qismində cinayət prosesinin iştirakçısı kimi tanınmağı və cinayət prosesinə buraxılmağı barədə ərizə təqdim etmişdir. Ərizə həmin gün müstəntiq X2 tərəfindən qəbul edilmiş, ərizənin onda qalan nüsxəsi üzərində onun öz əli ilə "Qəbul etdim" qeydi yazılmış, imza edilmiş və ## #### 2026-cı il tarixi göstərilmişdir. Ərizənin təqdim edildiyi ## #### 2026-cı il tarixdən bu günədək onu müdafiəçi qismində cinayət prosesinin iştirakçısı kimi tanınmağı barədə qərar qəbul edilməmiş, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.8-ci maddəsində nəzərdə tutulmuş imtina haqqında əsaslandırılmış qərar da çıxarılmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixdə *(*-***)- ***/**** saylı işə baxmış və şikayətin geri qaytarılması barədə qərar qəbul etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 451-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmənin qəbul edə biləcəyi qərarlar arasında şikayətin geri qaytarılması barədə qərar mövcud deyildir. Məhkəmə baxışı zamanı şikayətçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçısını dinləyərək belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ## ###### 2026-cı il tarixdə CPM-in 92-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs Şikayət verən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq baş idarəsinin müstəntiqi Şamil Yusifova ərizə ünvanlayaraq müdafiəçi-vəkil Müdafiəçi imtina etdiyini, onun hüquqlarının müdafiəsinin digər vəkil tərəfindən davam etdirilməsini xahiş etmişdir. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq baş idarəsinin müstəntiqi Şamil Yusifovun ## ###### 2026-cı il tarixli “müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi haqqında qərar” qəbul edilmişdir. Beləliklə, iş materiallarının öyrənilməsi zamanı müstəntiq tərəfindən “şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi” barədə qərarın qəbul edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsində isə konkret olaraq şikayət oluna bilən hərəkət və ya qərarlar göstərilmişdir. Bundan başqa ##.##.2026-cı il tarixdən “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi qismində cinayət prosesində iştirakına xitam verildiyindən onun tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət icraata qəbul edilərək baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi şikayətdə göstərilən əsaslar, apellyasiya şikayətinin xahiş etdi hissəsində istənilən məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkət və qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Müdafiəçi Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq baş idarəsinin müstəntiqi Şamil Yusifovun onun təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi qismində tanınmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz sayılması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar