Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-475/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Vəkil Müdafiəçi “müstəntiq tərəfindən onun təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət prosesindən faktiki olaraq kənarlaşdırılması” barədə hərəkətinin qanunsuz sayılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi Səbail Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin müstəntiqi Şamil Yusifov tərəfindən onun təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi qismində cinayət prosesindən faktiki olaraq kənarlaşdırılması ilə hərəkətlərinin qanunsuz sayılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Afət Quliyeva) Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət geri qaytarılmışdır. Qərardan narazı qalan şikayətçi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqi X1 onu Şikayət verən şəxs müdafiəçisi qismində cinayət prosesindən faktiki olaraq kənarlaşdırması hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Müdafiəçi apellyasiya icraatı zamanı vəsatət təqdim edərək *(*-*)-***/**** nömrəli iş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs Şikayət verən şəxsbilavasitə (şəxsən) iştirakının təmin edilməsi barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası DTX-ninİstintaq Təcridxanasının müdiriyyətinə Şikayət verən şəxs məhkəmə iclasının keçirildiyi vaxta məhkəməyə gətirilməsi tapşırılmasını, cinayət prosesini həyata keçirən orqandan ## ###### 2026-cı il tarixli imtina ərizəsinin əslinin, CPM-in 92.12-cimaddəsində nəzərdə tutulmuş protokol və müstəntiqin ## ###### 2026-cı il tarixli "müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi haqqında" qərarının tələb edilməsini, məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə həm təqsirləndirilən şəxsə, həm də müdafiəçiyə əvvəlcədən məlumat verilməsini, məhkəmə iclası başlananadək təqsirləndirilən şəxsin müdafiəçisi ilə təklikdə görüşməsi və konfidensial ünsiyyət saxlaması üçün imkan yaradılmasını, vəsatətin nəticələri üzrə çıxarılmış qərarın surətinin CPM-in 121.2-ci maddəsinə uyğun olaraq vəsatət vermiş şəxsə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4.4-ci maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Göründüyü kimi, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, «Şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir.» Şikayətdə mübahisələndirilən hərəkət Azərbaycan Respublikası CPM-in 449-cu maddəsi ilə dairəsi müəyyən edilmiş məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcək hərəkətə aid edilməmişdir. Digər tərəfdən, CPM-in 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Şikayətdə qeyd edilən hallar Azərbaycan Respublikası CPM-in 449-cu maddəsi ilə dairəsi müəyyən edilmiş məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcək hərəkət və qərarlarda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, ## ###### 2026-cı il tarixdə CPM-in 92-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs Şikayət verən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin müstəntiqi Şamil Yusifova ərizə ünvanlayaraq müdafiəçi – vəkil Müdafiəçi imtina etdiyini, onun hüquqlarının müdafiəsinin digər vəkil tərəfindən davam etdirilməsini xahiş etmişdir. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin müstəntiqi Şamil Yusifovun ## ###### 2026-cı il tarixli “müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi haqqında qərar” qəbul edilmişdir. Beləliklə, iş materiallarının öyrənilməsi zamanı müstəntiq tərəfindən “müdafiəçinin cinayət prosesindən kənarlaşdırılması” barədə qərarın qəbul edilmədiyi müəyyən edilmişdir. Bundan başqa ##.##.2026-cı il tarixdən “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi qismində cinayət prosesində iştirakına xitam verildiyindən onun tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət icraata qəbul edilərək baxıla bilməz. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Müdafiəçi şikayətinin icraata qəbul edilməsindən imtina olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-475/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-475/2026
17.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver