Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-478/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, R X3 tərəfindən qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ona aid hissəsinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şikayət verən şəxs məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, R X3 tərəfindən qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ona aid hissəsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 12 aprel 1957-ci il tarixdə anadan olmuşdur. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ## #### 2014-cü il tarixli qərarı ilə ona 50 yaşının tamam olduğu 12 aprel 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsasında hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Sabunçu rayon şöbəsininin üzərinə qoyulmuşdur. Həmin qərardadın apellyasiya şikayəti verilməmiş, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş və ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin sentyabr ayından ona pensiyanın verilməsi dayandırılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində DSMF-nin keçmiş əməkdaşı X1 barəsində cinayət işi vardır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X3 ## ###### 2025-ci il tarixli cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında qərarına əsasən digər şəxslərlə yanaşı, onun adına saxta sənədlər düzəltməsi ilə əlaqədar X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan görünür ki, guya o 2014-cü ildə pensiyaya çıxarkən təqdim etdiyi İT-i seriyalı, ******* nömrəli və məhkəməyə təqdim edilmiş ******* nömrəli əmək kitabçaları, həmçinin “28 May” NQÇİ-nin verdiyi ## ##### 2014-cü il tarixli, **/** nömrəli təqdimat saxta imiş. O, müstəntiqə izahat verəndə dəfələrlə bildirmişdir ki, Əliyev Vüsal adında adam tanımamışdır və onunla heç bir əlaqəsi olmamışdır. Vüsal heç vaxt yaza bilməzdi ki, onun üçün sənəd düzəltmişdir. Onun adı qərara necə düşüb bilmir. O faktiki olaraq əmək kitabçalarında qeyd edilən işlərdə işləmişdir. Pensiya çıxarkən ona iş yerindən güzəştli arayış və əmək haqqı barədə arayış verilmişdir. Onun qeyd edilən sənədlərinin saxta olmasının müəyyən edilməsi ilə əlaqədar heç bir araşdırma aparılmamışdır. 2014-cü ildən bu vaxta kimi DSMF onun iş yerləri ilə maraqlanmış, hər hansı bir sənəd almışdırmı? Əliyev Vüsal təqsirləndiriən şəxsdir, vəziyyətini yüngülləşdirməkdən ötrü istənilən sözü deyə bilər. Onun onun barəsində dediklərini təsdiq edə biləcək hər hansı bir sübut yoxdur. Müstəntiq heç bir araşdırma aparmamışdır. X2 üzləşdirməmişdir. Qeyd edilən sənədlər barədə heç bir sorğu verilməmişdir. O uzun illər dəniz şəraitində neft sahəsində işləmişdir. Ona 50 yaşdan zərərli işə görə pensiya qanuni olaraq təyin edilmişdir. 2020-ci ildən, yəni pensiyasının dayandırılıdığı tarixdən sonra, məhkəməyə təqdim edilən sənədlərin saxta olub-olmamasını müəyyən edilməsi üçün kifayət qədər vaxt var idi. Sonuncu iş yeri olan “28 May” NQÇİ hal-hazırda da fəaliyyət göstərir. Həmin sənədlər barədə məlumat almaq elə də çətin bir iş deyil. Əliyev Vüsal barəsində olan cinayət işində də belə bir sənəd yoxdur. Vüsalın sözündən başqa, əgər belə bir sübut varsa, müstəntiq həmin sübutları təqdim etsin. Pensiyanın qanuni olması ilə əlaqədar məhkəmə qərarları vardır. Onun adı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X3 ## ###### 2025-ci il tarixli cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında qərarına düşdükdən sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı barəsində olan * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (**)-****/**** saylı, ## #### 2014-cü il tarixli qərarın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə verilərkən Azərbaycan Respublikasının Baş Prokuroru yanınd Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan 242026052 nömrə cinayət işi üzrə qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərar götürülmüşdür. Ona görə də yuxarıda qeyd etdiyi qərarın ona aid hissəsini qanunsuz hesab edir və qərarın ona aid hissəsi ləğv edilməlidir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, R X3 tərəfindən qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ona aid hissəsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi dair şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasınında lazımı qaydada məlumatlandırılmış prokurorluğun nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -## ###### 2025-ci il tarixli “cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində aparılmış təhlillərə əsasən, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3cü maddəsinə əsasən hissəvi xitam verilmişdir. - * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı qərarından görünür ki, iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsi tərəfindən ## ##### 2007-ci il tarixindən Şikayət verən şəxs 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi (qanunvericiklə müvafiq dəyişiklik edilənədək), ## ##### 2007ci il tarixindən ## ##### 2014-cü il tarixə qədər olan müddət üçün əmək penisyasının məbləğinin və həmçinin ## ##### 2014-cü il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbayn Respublikası qanunun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin ## ###### 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında 2004-2005-ci illərin əmək haqqısını nəzərə almaqla, hesablanıb birdəfəyə X11 ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinə həvalə edilmişdir. -Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2022-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçı Şikayət verən şəxs təyin edilmişgüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz sayılmış və iddiaçıya təyin edilmiş həmin pensiyanın ödənişinin bərpa olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 deakbr 2023-cü il tarixli, 2- *(***)-****/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ##### 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ***/**** saylı, ## #### 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - ## ##### 2014-cü il tarixli arayışdan görünür ki, X7 1992- 1994, 2008-2014-cü il tarixdə “28 May” Neft və Qazçıxarma İdarəsində kompressor qurğularının maşinisti vəzifəsində çalışmışdır. -X1 tərəfindən verilmiş ərizədən görünür ki, o ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən zaman azərbaycan respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ünvanlamış, ərizəsində saxta sənədlər əsasında məhkəmə qərarı ilə pensiya təyin olunmuş ********* saylı cinayət işi üzrə adları keçən şəxslərin həmin hissədə saxta sənədlərini özünün hazırlayıb, istifad etdiyini, bundan hər hansı şəxsin məlumatının olmadığın bildirmiş və iş üzrə cəlbetmə müddəti keçdiyindən qeyd etdiyi hissədə barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. -## ###### 2025-ci il tarixli şahidin dindirmə protokolundan görünür ki, X1 şahid qismində ifadəsi alınan zaman X9 “28 may” NQÇİ – in adından olan ## ##### 2014-cü il tarixli arayış, **/** saylı saxta təqdimat, İT-ı seriyalı , ******* saylı vəməhkəməyə təqdim edilmiş ******* saylı əmək kitabçası hazırlayaraq məhkəməyə təqdim etmişdir. -“28 may” Neft və Qazçıxartma İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şikayət verən şəxs ## ###### 1992-## ###### 1994, ## #### 2008 və ## ##### 2014-cü il tarixlərdə kompressor qurğularının maşinisti vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsi məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq hesab etmişdir ki, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin dəlilləri məhkəməyə təqdim edilmiş ********* nömrəli cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırılan zaman müəyyən edilmişdir ki, ## ###### 2025-ci il tarixli “cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, X1 Şikayət verən şəxs X9 “28 may” NQÇİ –in adından olan ## ##### 2014-cü il tarixli arayış, **/** saylı saxta təqdimat, İT-ı seriyalı, ******* saylı və məhkəməyə təqdim edilmiş ******* saylı əmək kitabçası hazırlayaraq məhkəməyə təqdim etmişdir. Eyni zamanda X1 şahid qismində ifadəsi alınan zaman da X9 “28 may” NQÇİ –in adından olan ## ##### 2014-cü il tarixli arayış, **/** saylı saxta təqdimat, İT-ı seriyalı , ******* saylı və məhkəməyə təqdim edilmiş ******* saylı əmək kitabçası hazırlayaraq məhkəməyə təqdim etdiyini, həmin sənədlərin saxta olmasından adı şəkilən şəxslərin məlumatlarının olmadığını bildirmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı qərarından görünür ki, iddia təmin edilmiş, məhkəməyə təqdim edilmiş həmin sənədlər əsasında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsi tərəfindən ## ##### 2007-ci il tarixindən Şikayət verən şəxs 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi (qanunvericiklə müvafiq dəyişiklik edilənədək), ## ##### 2007-ci il tarixindən ## ##### 2014-cü il tarixə qədər olan müddət üçün əmək penisyasının məbləğinin və həmçinin ## ##### 2014-cü il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin ## ###### 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında 2004-2005-ci illərin əmək haqqısını nəzərə almaqla, hesablanıb birdəfəyə X11 ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinə həvalə edilmişdir. 2020-ci ildən şəxsə güzəştli şərtlərlə pensiya verilməsi dayandırılmış, şikayətçi isə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə aiddiyyəti üzrə inzibati məhkəməyə müraciət etmişdir.( iş materiallarına məhkəmələrin qərarları əlavə edilmişdir). İbtidai istntaq orqanı tərəfindən isə cinayət işinə hissəvi xitam verilməsi haqqında qərar 2025-ci ilin dekabr ayında qəbul edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Şikayət verən şəxs ## ###### 1992-## ###### 1994, ## #### 2008 və ## ##### 2014-cü il tarixlərdə kompressor qurğularının maşinisti vəzifəsində işlədiyi göstərilsə də, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- *(**)-****/**** saylı qərarının qəbul edilməsinə əsas olmuş sənədlərdə şikayətçi Şikayət verən şəxs həmin arayışda göstərilən tarixlərdən fərqli tarixlərdə işləməsi göstərilmişdir. Məhkəmə eyni zamanda məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs onun sənədlərinin saxta olmaması ilə bağlı şikayətinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, X1 şahid qismində ifadəsi alınan zaman, müxtəlif şəxslərə pensiyanın təyin edilməsinə əsas olmuş sənədlərin “Elit ticarət mərkəzində yerləşən ofisində hazırladığını bildirmişdir. Onun ofisinə baxış keçirilən zaman Şikayət verən şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin surəti aşkar edilmiş, maddi sübut kimi tanınmışdır. Məhkəmə eyni zamanda məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs onun X1 tanımaması, ibtidai istintasq orqanı tərəfindən onlar arasında üzləşdrmə istintaq hərəkətinin keçirilməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, X1 şahid qismində ifadəsi alınan zaman, eyni zamanda ibtidai istintaq orqanına ünvanlaığı yazılı ərizəsində saxta sənədlər düzəltdiyi şəxslərin onu tanımadığını, həmin sənədləri düzəldərək məhkəməyə təqdim edildiyini bildirmişdir. Göründüyü kimi, cinayət işi üzrə toplanmış hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün sübutların məcmusuna isə ittihamın həll üçün kifayət etməsinə əsasən, sübutlarına məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanılmaqla lazımi araşdırma aparılmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, R X3 tərəfindən qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ona aid hissəsinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş olan şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 451 -ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş materiallarının tədqiqi zamanı aydın olur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, R X3 tərəfindən cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarı qəbul edilərkən qanunveriicliyin tələblərinə riayət edilməklə, cinayət işi üzrə toplanmış hər bir sübut hərtərəfli və obyektiv araşdırılmışdır. Eyni zamanda apellyasiya şikayətinin dəlillərinə qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək heç bir sübut əlavə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, R X3 tərəfindən qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının ona aid hissəsinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin İbrahimov
Məhkəmə qərarları › İş №6(3-6)-478/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-478/2026
17.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver