Məhkəmə qərarları › İş №6(3-6)-479/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-479/2026

17.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-479/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlunun iştirakları ilə, Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən verilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis R Rı Elnur Əsədovun “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və HK-*/*** nömrəli materialın Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmasına dair məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçinin nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan müəyyən edilir ki, şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu məhkəmə nəzarəti qaydasında müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı Elnur Əsədov tərəfindən qəbul edilmiş “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026cı il tarixli qərarın ləğv edilməsi və materialın Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Şikayət verən şəxs müraciəti əsasında, X4 xarakterli dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin əlamətlərini ehtiva edən qanunsuz əməllərinə hüquqi qiymət verilməsi məqsədilə ## ##### 2026cı il tarixində Binəqədi Rayon Polis İdarəsinə rəsmi şikayət ərizəsi təqdim edilmişdir. Müraciətin təqdim olunduğu tarixdən 3 (üç) aydan artıq vaxt keçməsinə baxmayaraq, işin mahiyyəti üzrə yekun hüquqi qərarın qəbul olunması təmin edilməmiş, ibtidai araşdırma zamanı açıq-aydın əsassız prosessual gecikmələrə və süründürməçiliyə yol verilmişdir. Yol verilən bu qanunsuz gecikmələrlə və süründürməçiliklə əlaqədar aidiyyəti qurumlara ##.##.2026-cı il və ## #### 2026-cı il tarixlərində rəsmi ərizələrlə müraciət edilərək ciddi nəzarət tələb olunmasına baxmayaraq, hər hansı müsbət nəticə əldə edilməmişdir. Araşdırma materialları Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş və ## #### 2026-cı il tarixində İdarənin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı X1 icraatına verilmişdir. Baş müstəntiq E.Əsədov ## #### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs ## #### 2026-cı il tarixli şifahi izahatında göstərilən—2026-cı ilin mart ayının ortalarında 500 (beş yüz) AZN məbləğində pulun Nərimanov rayonu ərazisində verilməsi epizodunu hüquqazidd əməlin sonuncu epizodu hesab etmişdir. Müstəntiq AR CPM-nin 74.2.2 və 216.1 -ci maddələrinə istinad edərək HK-*/*** nömrəli materialın ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilməsi haqqında qərar qəbul etmiş və həmin material ## #### 2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli müşayiət məktubu ilə adıçəkilən orqana ünvanlanmışdır. Hesab edirik ki, baş müstəntiq E.Əsədovun ## #### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız olmaqla yanaşı, zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpasına maneçilik törədir və müstəntiqin mahiyyəti üzrə cinayət işinin başlanmasından aşkar yayınması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı E.Əsədovun HK*/*** nömrəli materialın ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməsi haqqında ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və HK-*/*** nömrəli material üzrə ibtidai araşdırmanın tam, obyektiv və hərtərəfli aparılması üçün materialın Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, 29 iyul 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aynurə Sadıqova) Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən verilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis R Rı Elnur Əsədovun “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və HK-*/*** nömrəli materialın Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardan narazı qalan şikayətçinin nümayəndəsi Nümayəndə İsa oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026cı il tarixli qərarının ləğv edilərək, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə mahiyyəti üzrə baxılaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi E.Əsədovun HK-*/*** nömrəli materialın ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməsi haqqında ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi və HK-*/*** nömrəli material üzrə ibtidai araşdırmanın tam, obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi üçün materialın Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə belə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra üç gün müddətində verilə bilər. İşin materiallarından göründüyü kimi, şikayətçi Şikayət verən şəxs Dövlət qızının nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində ## #### 2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, həmin qərardan şikayətçinin apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə elektron sistemə yerləşdirilmişdir. Göründüyü kimi, şikayətçi apellyasiya şikayətinin verilməsi üçün 3 (üç) günlük prosessual müddəti ötürmüş, eyni zamanda buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, 29 iyul 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs Dövlət qızının nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, buraxılmış müddətin bərpası məsələsinə baxmaq isə qərarından şikayət verilmiş məhkəmənin səlahiyyətinə aid olduğundan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilib-edilməməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L DI : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, 29 iyul 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayətinə baxılmadan material birinci instansiya məhkəməsinə qaytarılsın. Nümayəndə İsa oğluna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair vəsatət vermək hüquqlarının olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Murad Məmmədov Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar