Məhkəmə qərarları › İş №6(3-6)-480/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-480/2026

17.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-480/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş (bundan sonra -şikayətçi) Şikayət verən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə Şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən barəsində tətbiq edilmiş ölkədən çıxmağa qadağa qoyulması prosessual məcburiyyət tədbirinin ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqdim olunmuş materialdan görünür ki, Şikayət verən şəxs vəkili Müdafiəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şikayət verən şəxs Hətamxan oğlu barəsində ## ### 2024- cü ildə AR CM-nin 188.2.2 və 188.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilmiş, o ## ##### 2026-cı ildə Gürcüstan Respublikasından ölkəyə deportasiya olunmuşdur. Dövlət Miqrasiya Xidmətində dindirildikdən sonra, barəsində cinayət işinə xitam verildiyi üçün sərbəst buraxılmışdır. Şikayət verən şəxs şəxsiyyət vəsiqəsi və pasport almaq üçün “Asan Xidmət”ə getmiş, hələ də axtarış qüvvədə qaldığı üçün orada saxlanılsa da, dərhal azad olunmuşdur. Bu barədə Baş Prokurorluğa müraciət edilsə də, hələ də onun üzərində olan axtarış götürülməmişdir. Ərizəçi ## ### 2026-cı ildə BakıSaraybosna təyyarə reysi ilə ölkəni tərk etmək istərkən saxlanılmış və geri qaytarılmışdır. Şikayət verən şəxs barəsində faktiki olaraq başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməyib, bu barədə rəsmən hər hansı yazılı qərar qəbul edilməmiş, eyni zamanda istintaqa şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Bu səbəbdən prosessual məcburiyyət tədbiri olaraq ölkədən çıxışa qadağan qoyulması əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq darəsi tərəfindən Şikayət verən şəxs Hətamxan oğlu barədə tətbiq edilmiş ölkədən çıxmağa qadağa kimi prossesual məcburiyyət tədbirinin ləğv edilməsi və Şikayət verən şəxs münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsinin və * saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən barəsində tətbiq edilmiş ölkədən çıxmağa qadağa qoyulması prosessual məcburiyyət tədbirinin ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək həmin qərarı ləğv edilməsini, şikayətin təmin edilərək Şikayət verən şəxs münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsinin və * saylı Protokolunun 2-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən barəsində tətbiq edilmiş ölkədən çıxmağa qadağa qoyulması prosessual məcburiyyət tədbirinin ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilməmişdir. Qeyd edildiyi kimi hadisə ## ### 2026-cı ildə baş verib, yəni Ə. Sadıqov ## ### 2026-cı ildə Bakı- Saraybosna təyyarə reysi ilə ölkəni tərk etmək istərkən saxlanılb və geri qaytarılıb. Lakin məhkəmə əsaslandırıcı hissəsədə qeyd edib ki, ##.##.2026-cı il tarixli, 4(5-93)- ***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş təqsirləndirilən şəxs Şikayət verən şəxs barəsində ## #### 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Yəni Şikayət verən şəxs ölkəni tərk etmək istərkən barəsində cinayət təqibi həyata keçirilməyib, əvvəl ##.##.2024-cıı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində fakta görə Azərbaycan Respublikası 82.2.1 və 182.2.4bü maddələri ilə başlanmış cinayət işinə ## ##### 2026-cı ildə xitam verilib. Təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı, prosessual məhduddiyyət tədbiri olmayıb, məhkəmə isə qəraları keçmişə nəzərən tətbiq edib. İndi Şikayət verən şəxs barəsində faktiki həbs qətimkan tədbiri seçildikdən sonra məhdudiyyətin aradan qaldırılması əhəmiyyətsiz olsa da, lakin məhkəmə həmin dövrdə, yəni ## ### 2026-cı il traixdə onun ölkəni tərk etməsinə tətbiq edilmiş qadağanın qanuni olub olmamasına münasibət bildirməyib. Müdafiə tərəfindən şikayətdə birinci instansiya məhkəməsi qarşısında iki tələb qoyulduğu halda məhkəmə yalnız birinə münasibət bildirib, ikinci tələbə (ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 13-cii maddəsinin və * saylı Protokolunun 2-ci maddəsin pozuntusunun tanınması) münasibət bildirməyib. Belə ki, Miirsəliyev və başqaları Azərbaycana qarşı (Şikayət № *****/**) deyilir: Məhkəmə bir daha təkrar edir ki, 13-cü maddə ölkə səviyyəsində Konvensiya hüquq və azadlıqlarının pozulmasından şikayətin verilməsinə imkan verən hüquqi müdafiə vasitəsinin mövcudluğuna zəmanət verir. Buna görə də Razılığa gələn Tərəfllər bu müddəa çərçivəsində öhdəliklərinə riayət qaydasını seçməkdə müəyyən fəaliyyət azadlığına malik olsalar da, səlahiyyətli orqanlarının Konvensiya çərçivəsində müvafiq şikayətlərə mahiyyəti üzrə baxması və şikayətlərə adekvat şəkildə təmin etməsi üçün ölkədaxili hüququ müdafiə vasitəsi mütləq mövcud olmalıdır. 13-cü maddədə nəzərdə tutulan öhdəliyin tətbiq dairəsi şikayətin Konvensiya çərçivəsindəki lakin hüquqi müdafiə vasitəsi hər bir halda təcrübədə, həm də qanun nöqteyi- olmalıdır, xüsusilə də Dövlətin hakimiyyət orqanlarının hərəkət və ya hərəkətsizliklərinin onun icrasına əsassız olaraq maneə yaratmaması baxımından (bax: Mada İsveçrəyə qarşı [BP], № *****/**. § 207, AİHM 2012 və yuxarıda qeyd edilən De Tommaso işi, § 179). Hakimiyyət orqanları tərəfindən görülən tədbirin Şikayət verən şəxs hərəkət azadlığını poza biləcəyinə iddia mövcud olsa da, Konvensiyanın 13-cü maddəsi milli hüquq sistemindən aidiyyəti fiziki şəxsin tədbirə çəkişməli məhkəmə icraatlarında etiraz etmək imkanının olmasını təmin etməyi tələb edir. Lakin, “mübahisə edilə bilən şikayətin” mahiyyəti üzrə baxılmasına və tələbin müvafiq qaydada təmin edilməsinə imkan verməyən ölkədaxili apelyasiya proseduru Konvensiyanın 13-cü maddə bu hüquqları səmərəli şəkildə hesab edilə bilməz. Beləliklə, Dövlətlərin hüquqi sistemləri daxilində ilk nöbədə insan hüquqlarını qorumaq öhdəliyini birbaşa ifadə etməklə, 13-cü maddə bu hüquqları səmərəli şəkildə həyati, keçirmələrini təmin etmək üçün fiziki şəxslər üçün əlavə zəmanət müəyyən edir, (bax: Riener Bolqarıstana qarşı, №*****/**, §§ 138 və 142, ## ### 2006: yuxarıda qeyd edilən Stamose işi, § 49; yuxarıda qeyd edilən De Tommaso işi. §§ 182-83). Məhkəmə qəbul etdiyi qərarda şikayətdə qoyulan birinci tələbi əsasız hesab etsə də, ikinci tələbə münasibər bildirməyib, baxmayaraq ki, birinci tələbə münasibətdə də sonra qəbul edilmiş qərarları geriyə tətbiq edib. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini ardan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ona görə də, qərar qanunsuz və əsassız hesab edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs və onun vəkili Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətinin həmin şikayətlərdə göstərilən əsaslarla təmin edilməsini xahiş etdilər. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin nümayənədisi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə şikayətə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 450.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şikayət verən şəxs barəsində ## #### 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.4-cü maddəsinə görə prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinin mətnindən göründüyü kimi vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək (maddə 9.3.1); məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək (maddə 9.3.2); Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək (maddə 9.3.3); üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək (maddə 9.3.4); hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək (maddə 9.3.4-1); müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək (maddə 9.3.5); məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək (maddə 9.3.6); vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək (maddə 9.3.6-1); beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı-profilaktik peyvəndlər edilənədək (maddə 9.3.7). İş materiallarından və apellyasiya baxışı zamanı müəyyən edildi ki, Şikayət verən şəxs ********* nömrəli cinayət işi üzrə təüsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə barəsində ## #### 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.4-cü maddəsinin və Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinin məzmunundan göründüyü kimi vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti nəzərdə tutulmuşdur və Şikayət verən şəxs və qeyrilərinin barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şikayət verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyət müvəqqəti xarakter daşıyır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Şikayət verən şəxs vəkili Müdafiəçi şikayətlərində təqsirləndirilən şəxs Şikayət verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsini hər hansı təxirəsalınmaz halla və xüsusi zərurətlə də əlaqələndirməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün hazırki vəziyyətdə əsaslar, eləcə də cinayət prosessual qanunvericiliyinin və digər qanunların tələblərinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsinin və * saylı Protokolunun 2-ci maddəsinin pozulması halları müəyyən edilmədiyindən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq qərara alır: Şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən barəsində tətbiq edilmiş ölkədən çıxmağa qadağa qoyulması prosessual məcburiyyət tədbirinin ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilmir. Sədrlik еdən İbrahim İbrahimli Hаkimlər: Habil Məmmədov Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar