Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-482/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs – Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Təqdim olunmuş iş materiallarından görünür ki, Şikayət verən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək ## #### 2026-cı il tarixli ərizəsinin qəbulundan imtina edilməsinə dair Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.H.Xəzri) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilmiş və şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayət verən şəxsə geri qaytarılmışdır. Qərardan Şikayət verən şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarını ləğv edərək mahiyyəti üzrə baxılması məqsədilə ərizənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Şikayət verən şəxs apellyasiya qaydasında verdiyi şikayəti müdafiə etmiş, əlavə olaraq qeyd etmişdir ki, Umbakı Penitensiar müəssisəsinə sorğu veriləcəyi halda həqiqətən də prokurorluğa ərizə ilə müraciət etməsi sübuta yetiriləcəkdir. Məhkəmə kollegiyası, Şikayət verən şəxs apellyasiya qaydasında daxil olmuş şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə qərar qəbul edərkən bu məsələnin düzgün həlli üçün iş materiallarına istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Şikayət verən şəxs məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verdiyi şikayətə münasibətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-nin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Odur ki, şikayət təmin edilməməli və Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 449 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-482/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-482/2026
19.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver