Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-483/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X4 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs, şikayətçi Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 iştirakları ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 ## ##### 2025-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi1 və İsmayılova Günay Abid qızı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından müdafiəçi müdafiəçi1 məhkəmə nəzarəti qaydasında verdiyi apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Daxil olmuş iş materiallarından görünür ki, şikayətçi Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi1 və İsmayılova Günay Abid qızı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 ## ##### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarını ləğv edərək, ibtidai araşdırmanın davam etdirilməsi üçün iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Ə.Süleymanova) ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə şikayətçi Şikayət verən şəxs müdafiəçiləri müdafiəçi1 və İsmayılova Günay Abid qızının Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 280-C-** №-li araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 ## ##### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Qərardan şikayətçinin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Şikayət verən şəxs Avropa Konvensiyasının 3-cü maddəsi ilə nəzərdə tutulmuş işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 ***-C-** nömrəli material üzrə heç bir ciddi araşdırma aparmadan formal xarakterli nəticəyə gələrək ərizəçinin şikayəti əsasında mübahisələndirilən qərarı qəbul etmişdir. Qərarın təhlili göstərir ki, prokuror ərizəçinin və barəsində şikayət edilmiş polis əməkdaşlarının izahatlarının alınması və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Yasamal rayon şöbəsinin ##.##.2025-ci il tarixli, ** saylı rəyini materiala əlavə edilməsi ilə kifayətlənmişdir. Ərizəçinin izahatı ilə polis əməkdaşlarının izahatları arasında ziddiyyət mövcuddur. Belə ki, ərizəçi saxlanıldıqdan sonra törətmədiyi cinayət əməlini etiraf etmək üçün fiziki zorakılığa, işgəncələrə məruz qaldığını bildirsə də, Yasamal RPİ-nin baş əməliyyat müvəkkili Abdullayev Rüstəm İman oğlu və Yasamal RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili X3 ərizəçinin saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə işgəncələrə məruz qalmadığını qeyd etmişlər. İlk növbədə qeyd edilməlidir ki, polis əməkdaşları onlara qarşı irəli sürülmüş ittihamların qəbul edilməsi ilə bağlı izahat verəcəyi gözlənilən deyil. Bu xüsusda araşdırma polis əməkdaşlarının izahatlarının alınması ilə yanaşı onlar tərəfindən verilmiş izahatlarda göstərilən xüsusatların yoxlanılması istiqamətində aparılmalı idi. Lakin nəinki belə bir yoxlama aparılmış, iş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Yasamal rayon şöbəsinin ##.##.2025-ci il tarixli, ** saylı rəyində əks olunmuş xüsusatlarla bağlı polis əməkdaşlarına sual belə verilməmişdir. Həmin rəydə göstərilmişdir ki, “Ərizəçiyə ... ## ###### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasının Tibb Baş İdarəsində praktiki sağlam (zədə ilə) diaqnozu qoyulmuşdur. Baxış zamanı sağ dirsək nahyəsində, sol gözətrafı nahiyədə qançır, döş qəfəsinin sağ nahiyəsində sarımtıl qançır, hər iki biləkdə və sol əlin üzərində 1-2 sm ölçüdə üzəri qərtməkli yara, sol təbil pərdəsinin qansızma xəsarətləri qeyd olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəvində göstərilən ## ###### 2025-ci il tarixdə əməl gələ bilmələri inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. Qeyd olunan xəsarətlərin 3 xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, şəxsin özü tərəfindən özünə yetirilməsi istisna edilir.” Göründüyü kimi tibbi rəyə əsasən ərizəçiyə saxlandığı tarix – ## ###### 2025-ci il tarixə uyğun gələn xəsarətlərin yetirilməsi və həmin xəsarətlərin ərizəçinin özü tərəfindən özünə yetirməsinin istisna edilməsi öz təsdiqini tapır. Bundan başqa Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından ##.##.2026-cı il tarixli məktubla daxil olmuş ərizəçi barədə tərtib edilmiş tibbi arayışdan görünür ki, rəydə göstərilmiş xəsarətlər ərizəçi ##.##.2026-cı il tarixdə təcridxanaya qəbul edilərkən qeydə alınmışdır və ərizəçi həmin xəsarətlərin həbs olunan zaman alındığını bildirmişdir. Göründüyü kimi tibbi rəy və təcridxanadan daxil olmuş tibbi arayış ərizəçinin saxlandığı gün xəsarətlər aldığını təsdiq edir. Bu xüsusda polis əməkdaşlarının izahat verərəkən qeyri-səmimi və yalan izahat vermələri təsdiq olunur. Ümumiyyətlə ərizəçi tərəfindən verilmiş məlumatlara biganə yanaşılmış, əlavə araşdırma tədbirləri həyata keçirilməmiş, xüsusatlar dəqiqləşdirilməmiş, saxlanma vaxtı və yeri müəyyən edilməmiş, həmin xüsusata görə saxlanma yerində videomüşahidə kameralarının və ya şahidlərin olub-olmaması müəyyən edilməmişdir. Qeyd edilmiş dəlillər və həmin dəlillərdən irəli gələn xüsusatların aydınlaşdırılması üçün müvafiq vəsatətlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə tərəfindən bu dəlillərə və vəsatətlərə biganə yanaşılmış, nəticə etibarilə məhkəmə tərəfindən qeyri-obyektiv və əsassız qərar qəbul edilmişdir. Məhkəmə eyni zamanda mübahisələndirilən qərarda qeyd edildiyi kimi Baş prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə materialdan ayrılmış materialın göndərilməsi nəticəsində hər hansı bir araşdırmanın aparılıbaparılmadığını və aparıldığı halda onun nəticəsini müəyyən etməmişdir. Məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxsin müdafiəçisi şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Şikayətin baxılması yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi Azərbaycan Respublikası CPM-nin 450.3-cü maddəsinə əsasən mümkün hesab edilmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayəti təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı ləğv edilməli və Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin Şikayət verən şəxs şikayəti əsasında toplanmış ***-C-** nömrəli material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və hərtərəfli tam və obyektiv araşdırma aparılması üçün materiallHərəkətindən (qərarından) şikayət verilən orqann Xidməti Araşdırmalar İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə (Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydasını nəzərdə tutan) əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: cinayət işi başlamaq; cinayət işinin başlanmasını rədd etmək; məlumatı istintaq aidiyyəti üzrə göndərmək; xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. İş materiallarından görünür ki, şikayətçi və onun müdafiəçiləri tərəfindən Avropa Konvensiyasının 3-cü maddəsi ilə nəzərdə tutulmuş işgəncəyə məruz qalmamaq hüququnun pozulması ilə bağlı şikayət olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hüququn pozulması ilkin mərhələdə təsdiq edilən tibbi sənədlər və ya bunun kimi digər obyektiv və mötəbər sübutlarla təsdiq edilməlidir. Nəzərə alınmalı əsas məqam şikayətçinin subyektiv mülahizəsində əksini tapan həmin iddiaların əldə edilmiş digər mötəbər sübutlarla üst-üstə düşməsidir. ## ##### 2025-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin # ##### 2025-ci il tarixli, ** saylı rəyindən görünür ki, Şikayət verən şəxs ## ###### 2025-ci il tarixdə həbs olunduqdan sonra ## ###### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasının Tibb Baş İdarəsində praktiki sağlam (zədə ilə) diaqnozu qoyulmuşdur. Baxış zamanı sağ dirsək nahyəsində, sol gözətrafı nahiyədə qançır, döş qəfəsinin sağ nahiyəsində sarımtıl qançır, hər iki biləkdə və sol əlin üzərində 1-2 sm ölçüdə üzəri qərtməkli yara, sol təbil pərdəsinin qansızma xəsarətləri qeyd olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəvində göstərilən ## ###### 2025-ci il tarixdə əməl gələ bilmələri inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir, qeyd olunan xəsarətlərin 3 xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, şəxsin özü tərəfindən özünə yetirilməsi istisna edilir qeyd edilmişdir. Bununla yanaşı şikayətçinin müdafiəçisi Günay İsmayılovaya Bakı istintaq Təcridxanasından verilmiş Şikayət verən şəxs barəsində olan tibbi arayışda da eyni məzmunlu xəsarətlər qeyd edilmişdir. Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərarda ekspert rəyində yuxarıda qeyd edilən hallar nəzərə alınmamış, formal olaraq eksert rəyi sadalanmış, şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatı alınarkən həmin xəsarətlərin saxlanılan zaman olub-olmaması araşdırılmamış, saxlanıldıqdan sonra istintaq təcridxanasına təhvil verildiyi müddət ərzində şəxsin müvəqqəti saxlama yerinə qəbul edilərkən tibbi yoxlanışının nəticələri materiala əlavə edilməyərək, ekspert rəyinə qiymət verilməmiş, hərtərəfli araşdırmanı təmin etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, qərardan verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi də qeyd olunan halları nəzərə almayaraq, şikayəti təmin etməmiş, bununla bağlı mövqeyini də formal mülahizələrlə əsaslandıraraq səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir (CM-nin 2.1-ci maddəsi). Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Həmin Məcəllənin 7.0.1-ci maddəsinə əsasən, cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, qeyd olunan xüsusatların istintaq orqanı tərəfindən tam şəkildə araşdırılmadığını nəzərə almamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsinin İ hissəvinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəvində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəvi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır. Məhkəməyədək araşdırma mərhələsində şikayət dedikdə, cinayət barədə ərizə və müraciətlərin yoxlanılması, həmçinin cinayət işlərinin istintaqı prosesində cinayət mühakimə icraatında iştirak edən şəxslərin prokuror, müstəntiq, təhqiqat orqanı (təhqiqatçı) tərəfindən həqiqətən pozulmuş və ya pozulması ehtimal edilən hüquq və qanuni mənafelərinin bərpa edilməsi barədə tələbi başa düşülür. Prosesin məhkəməyədək mərhələsində icraatı aparan orqanların qərar və hərəkətlərindən şikayət verilməsi və bu şikayətlərə baxılması zamanı əmələ gələn münasibətlər öz hüquqi təbiətinə görə cinayət-prosessual xarakterlidir və şikayət-etmə sahədaxili cinayət-prosessual normalarla tənzimlənir. Belə münasibətlərin əmələ gəlməsinə səbəb olan hüquqi fakt kimi, yalnız səlahiyyətli dövlət orqanlarının məhkəməyədək icraat zamanı prosessual hərəkət və ya qərarlarından verilən şikayət çıxış edir. Məhkəməyədək cinayət-prosessual icraatda şikayətin predmetini maraqlı şəxslərin fikrincə təhqiqat, istintaq orqanlarının və ya prokurorun onların hüquqlarını pozan və ya təhlükə altına qoyan hərəkətsizliyi və ya qanunla nəzərdə tutulmuş prosessual vəzifələrin icra olunmamasında ifadə olunan prosessual hərəkət və ya qərarlar təşkil edir. Cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat və istintaq orqanlarının, prokurorun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiə və təmin edilməsi hüquqi dövlətin mühakimə icraatında yeritdiyi ədalət siyasətinin ana xəttidir və məhkəmə hakimiyyətinin həyata keçirilməsinin yeganə yoludur. Belə şəxslərin hüquqlarının və qanuni maraqlarının təminatlarının artırılması nəinki şəxsiyyətin, həm də ümumiyyətlə cəmiyyətin mənafelərinə tam uyğundur. CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır (CPM-in 12.3-cü maddəsi). CPM-in 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət verilməsi CPM-in 212.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu normada göstərilir ki, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, şikayətçi Şikayət verən şəxs müdafiəçisi tərəfindən apellyasiya qaydasında verdiyi şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarı ləğv olunmalı və Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin Şikayət verən şəxs şikayəti əsasında toplanmış ***-C-** nömrəli material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və hərtərəfli tam və obyektiv araşdırma aparılması üçün materiallHərəkətindən (qərarından) şikayət verilən orqann Xidməti Araşdırmalar İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 450-451 və 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi tərəfindən apellyasiya qaydasında verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv olunsun və Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin Şikayət verən şəxs şikayəti əsasında toplanmış ***-C-** nömrəli material üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin, hərtərəfli tam və obyektiv araşdırma aparılması üçün materiallHərəkətindən (qərarından) şikayət verilən orqann Xidməti Araşdırmalar İdarəsinə göndərilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-483/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-483/2026
21.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver