Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-486/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 iştirakı ilə Şikayət verən şəxseviçin müdafiəçisi Əliyev Murad Oqtay oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından məhkəmə qaydasında verdiyi apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Daxil olmuş iş materiallarından görünür ki, Şikayət verən şəxseviçin müdafiəçisi Əliyev Murad Oqtay oğlu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin ##.##.2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Ə.Süleymanova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, şikayətin icraata qəbul edilməsindən imtina edilərək geri qaytarılmışdır. Qərardan Şikayət verən şəxseviçin müdafiəçisi Əliyev Murad Oqtay oğlu məhkəmə qaydasında apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, Əliyev Murad Oqtay oğlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət prosessual müddət buraxılmaqla verildiyindən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 452.1-ci maddəsinə əsasən, elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Sənədlərə əsasən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 3 (üç) gün prosessual müddətin Əliyev Murad Oqtay oğlu tərəfindən buraxıldığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 202.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birincı instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən, Əliyev Murad Oqtay oğlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla məhkəmə qaydasında verdiyi apellyasiya şikayəti materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 203, 454 və 452.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət verən şəxseviçin müdafiəçisi Əliyev Murad Oqtay oğlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla verdiyi apellyasiya verdiyi şikayəti materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №6(3-6)-486/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-486/2026
19.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver