Məhkəmə qərarları › İş №6(3-6)-489/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-489/2026

20.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-489/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X3 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə Hüquqi şəxs “xxxx” MMC-nin təsisçisi X2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarın ləğv edilməsi, müstəntiq Ziyafət Quliyevin hərəkətlərinin qanunsuz hesab olunması və “xxxx” MMC-nin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi haqqında qərar qəbul edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Təqdim olunmuş iş materiallarından görünür ki, hüquqi şəxs “xxxx” MMC-nin təsisçisi X2 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, sübutların qiymətləndirilməsi haqqında qərarın ləğv edilməsi, müstəntiq Ziyafət Quliyevin hərəkətlərinin qanunsuz hesab olunması və “xxxx” MMC-nin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.V.Sadıqova) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından görünür ki, hüquqi şəxs “xxxx” MMC-nin təsisçisi X2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarın ləğv edilməsi, müstəntiq Ziyafət Quliyevin hərəkətlərinin qanunsuz hesab olunması və “xxxx” MMCnin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi haqqında qərar qəbul edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır Qərardan “xxxx” MMC-nin təsisçisi X2 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan X2 məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, apellyasiya qaydasında daxil olmuş şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə qərar qəbul edərkən bu məsələnin düzgün həlli üçün iş materiallarına istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məsələlərə daha əvvəl baxılmış, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən ərizələr geri qaytarılmışdır. Əlavə olaraq hazırda şikayət verən şəxsin ərizəsindən də ərizəyə mahiyyəti üzrə baxılma üçün yeni hal olduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verilən şikayətə münasibətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-nin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Odur ki, şikayət təmin edilməməli və X1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 449 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. “xxxx” MMC-nin təsisçisi X2 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar