Məhkəmə qərarları › İş №6(3-6)-495/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-495/2026

21.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-495/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs, onun müdafiəçisi müdafiəçi1, Azərbaycan Respublikası Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru X1 iştirakları ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyindən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş apellyasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqdim olunmuş materialdan görünür ki, Şikayət verən şəxs ## #### 2026-cı il tarixdə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası CM-in 204.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində istintaqı aparılmış ********* №-li cinayət işi üzrə müstəntiq Yusif Yusifovun ## ######## 2023-cü il tarixli "cinayət prosesində müdafiəçinin iştirakına xitam verilməsi haqqında" qərarı ilə müdafiə hüququnun pozulmasını, müdafiəçidən imtina barədə ərizədə onun adının qarşısında olan imzanın saxtalaşdırılmasını və həmin faktın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna yazdığı müraciətlərinə ümumi qaydada cavab verilməklə araşdırılmamasını bildirməklə məhkəmə nəzarəti qaydasında şikayətinin təmin edilməsini, müvafiq qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət verən şəxs şikayətində göstərmişdir ki, ## #### 2026-cı il tarixində Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elçin Məmmədova müraciət edərək, ## ######## 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin qərara əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi X2 tərəfindən onun müdafiəçiləri Eldar Qədimi və Araz Allahverdiyevin saxta ərizə əsasında cinayət prosesindən kənarlaşdırıldığı qeyd olunmuşdur. Bu saxta ərizənin hazırlanmasında məsuliyyət daşıyan keçmiş müdafiəçisi Anar Qasımlı və həmin saxta ərizə əsasında qəbul edilmiş ## ######## 2023-cü il tarixli "cinayət prosesində müdafiəçinin iştirakına xitam verilməsi haqqında" qərarı verən müstəntiq X2 məsuliyyətə cəlb edilməsi tələb olunmuşdur. Bununla belə, 3 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir hüquqi tədbir görülməmiş, müstəntiqin və keçmiş müdafiəçinin əmələrinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə olaraq onu da qeyd etmişdir ki, saxta ərizədəki imza onun tərəfindən çəkilməmiş və bu hal Alternativ Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli ** nömrəli rəyi ilə də təsdiqini tapmışdır. Həmin rəyə əsasən, ərizədəki imza başqa şəxs tərəfindən icra edilmiş, keçmiş müdafiəçisi Anar Qasımlının da imzasının olması isə imzanın onun tərəfindən və ya onun iştirakı ilə başqa şəxs tərəfindən çəkildiyinə dair ciddi şübhələr doğurmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq müdafiə hüququ kobud şəkildə pozulmuş, cinayətdən zərər çəkmiş şəxs kimi hüquqları qorunmamışdır. Prokurorluq və məhkəmə tərəfindən bu pozuntuların aradan qaldırılmaması, cinayət prosesində şəxsin hüquqlarının təmin edilməməsi və məhkəmə nəzarəti qaydasında verilən şikayətlərin təmin olunmaması qanunsuz hesab edilir. Odur ki, məhkəmə nəzarəti qaydasında şikayətinin təmin edilməsini, müvafiq qərarın ləğv olunmasını və məhkəmə iclasında onun və müdafiəçisi müdafiəçi1 iştirakının təmin edilməsini xahiş etmişdir. Bundan başqa, Şikayət verən şəxs ## #### 2026-cı il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək dövlət hesabına hüquqlarının müdafiəsi üçün təyin edilmiş müdafiəçidən imtina etdiyini, hüquqlarını müqavilə əsasında müdafiəçisi müdafiəçi1 müdafiə edəcəyini, bu qərarın onun maddi vəziyyəti ilə əlaqəli olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə iclasında dövlət hesabına təyin edilmiş müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyindən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğun hərəkətsizliyi qanunsuz hesab edilmiş və Şikayət verən şəxs müraciətində iddia olunan saxtakarlıq və müdafiə hüququnun pozulması üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması Baş Prokurorluq tərəfindən təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov apellyasiya protesti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ## #### 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-in 204.1 və 228.1-ci maddələri ilə başlanılmış ********* №li cinayət işi üzrə Şikayət verən şəxs # ###### 2023-cü il tarixdə CM-in 204.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində cinayət təqibinə başlanıldığı andan dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, daha sonra ailə üzvləri tərəfindən bağlanmış müqavilə əsasında işə buraxılmış vəkil Anar Qasımlı tərəfindən hüquqlarının müdafiəsi həyata keçirilmişdir. İstintaqın gedişatında Şikayət verən şəxs hüquqlarının müdafiəsi məqsədilə ona məlum olmayan, tanımadığı şəxslər tərəfindən bağlanmış müqavilə əsasında order təqdim edən vəkil X8 təqsirləndirilən şəxs Şikayət verən şəxs təqdim edilərkən ailə üzvləri tərəfindən həmin vəkillə müqavilə bağlanmaması onda şühbə yaratdığı üçün öz razılığı ilə ərizə yazaraq imtina etmiş və müdafiəçidən imtina CPM-nin tələblərinə uyğun rəsmiləşdirilmişdir. İstintaqın son mərhələsində təqsirləndirilən şəxs qeyd olunan xüsusatı mübahisələndirsə də, vəsatət kimi qəbul olunmaqla rədd edilmişdir. X4 Azərbaycan Respublikası CM-nin 204.3.1, 228.1-ci maddələri ilə, Şikayət verən şəxs isə Azərbaycan Respublikası CM-nin 204.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ibtidai istintaq # ###### 2024-cü il tarixdə tamamlanmaqla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şikayət verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.3.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hər iki instansiya üzrə məhkəmə hazırlıq iclaslarında təqsirləndirilən şəxs Şikayət verən şəxs qeyd olunan xüsusatlarla bağlı vəsatətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Bununla da müəyyən edilmişdir ki, qaldırılan məsələ işə mahiyyəti üzrə baxan məhkəmənin predmeti olduğu halda, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən ərizəyə CPM-də mövcud olan hüquqi prosedurlara uyğun baxılmamaqla, həmin Məcəllənin 28.1-ci maddəsində nəzərdə tutulmuş prinsip pozulmuşdur ki, bu da həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Pərviz Muradovun ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsinə səbəb olmalıdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru X1 apellyasiya protestini müdafiə edərək, apellyasiya protestində göstərilənlərə əsasən protestin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Şikayət verən şəxs və onun müdafiəçisi onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilməməlidir. Belə ki, Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycar Respublikası Cinayət- Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərərkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1, 228.1-ci maddələri ilə, Şikayət verən şəxs isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ibtidai istintaq # ###### 2024-cü il tarixdə tamamlanmaqla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şikayət verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hər iki instansiya üzrə məhkəmə hazırlıq iclaslarında təqsirləndirilən şəxs Şikayət verən şəxs qeyd olunan xüsusatlarla bağlı vəsatətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hazırlıq iclasında ibtidai araşdırma zamanı həmin Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə də baxılır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Eyni zamanda, həmin Məcəllənin 301.1.3-cü maddəsinə əsasən məhkəməyədək icraat 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə məhkəmə baxışı təyin edilir. Göründüyü kimi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması xüsusatı birinci instansiya məhkəməsinin də icraat zamanı keçirilmiş məhkəmə hazırlıq iclasının predmeti olmaqla həmin məsələyə baxılmış və müdafiə hüququnun pozulması faktı müəyyən edilməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin mwvafiq qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.8.1-ci maddəsinə əsasən həmin Məcəllənin 303.3-cü maddəsinin tələblərinin kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Bununla da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması xüsusatı apellyasiya instansiya məhkəməsinin də apellyasiya müraciətinə ilkin baxılması zamanı məhkəmə iclasının predmeti olmaqla həmin məsələyə baxılmış və müdafiə hüququnun pozulması faktı müəyyən edilməyərək Bakı Apellyasiya Məhkəməsinin mwvafiq qərarı ilə apellyasiya müraciəti üzrə apellyasiya baxışı təyin edilmişdir. Göründüyü kimi, qaldırılan məsələ işə mahiyyəti üzrə baxan məhkəmənin predmeti olduğu halda, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən ərizəyə Cinayət Prosessual Məcəlləsində mövcud olan hüquqi prosedurlara uyğun baxılmamaqla, həmin Məcəllənin 28.1-ci maddəsində nəzərdə tutulmuş prinsip pozulmuşdur ki, bu da həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Pərviz Muradovun ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsinə səbəb olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmin Məcəllənin 28.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının təsviri hissəsində göstərilmişdir ki, “cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılarkən şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlı olubolmadığının müəyyən edilməsi zamanı yalnız onların adları və formal əlamətlərinin deyil, hüquqi mahiyyətinin, səbəb olduğu hüquqi nəticələrin nəzərə alınması zəruridir. Bu halda müvafiq qərar, hərəkət və ya hərəkətsizliyin şəxsin hüquq və azadlıqlarına zərər yetiribyetirməməsi, məhkəməyə əlçatanlığını məhdudlaşdırıb-məhdudlaşdırmaması, barəsində şikayət verilən halların cinayət işinə mahiyyəti üzrə baxışın predmetini təşkil edibetməməsi kimi məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi üzrə icraatın təşkili və gedişi ilə bağlı olan, şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərməyən, habelə müstəqil hüquqi nəticə doğurmayan hərəkət və qərarlar məhkəmə nəzarətinin predmeti hesab edilə bilməz. Bununla yanaşı, müvafiq hərəkət (hərəkətsizlik) və ya qərarın qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətinə aiddirsə, onların məhkəmə nəzarəti qaydasında araşdırılmasına yol verilmir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmələrin işin mahiyyəti üzrə məsələlərə, o cümlədən sübutların qiymətləndirilməsinə, ittihamın əsaslılığına və bu kimi digər hallara qiymət verməsi imkanının yaranması, işə mahiyyəti üzrə baxış və məhkəmə nəzarəti qaydasında icraat növləri arasında sərhədlərin pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə nəzarəti qaydasında şikayət hüququnun müəyyən çərçivəyə salınması hüquqi müəyyənliyin, cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına (Cinayət-Prosessual Məcəllənin 48-ci maddəsi), ibtidai araşdırma müddətlərinə riayət edilməsinə, cinayət qanunvericiliyinin və cinayət mühakimə icraatının məqsəd və vəzifələrinin icrasına və cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət edir. Bundan başqa, Şikayət verən şəxs hazırki şikayətində göstərilən xüsusatlar üzrə, yəni müstəntiq Yusif Yusifovun ## ######## 2023-cü il tarixli "cinayət prosesində müdafiəçinin iştirakına xitam verilməsi haqqında" qərarının ləğv edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmış və ## ######## 2025-ci il tarixli qərarla şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə yekun nəticəyə gəlir ki, məhkəmə nəzarəti qaydasında şikayətə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan, apellyasiya protesti təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454 -cü maddələrini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar