Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-497/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayətçi Şikayət verən şəxs və onun müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən “ibtidai istintaq dövründə müstəntiq tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyi müraciət üzrə cinayət işinin başlanmaması ilə əlaqədar həmin orqanın hərəkətsizliyinin qanunsuz sayılması” barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs və müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək ərizədə qeyd etmişlər ki, ## ### 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək müstəntiq və müdaiəçisi tərəfindən sübutların saxtalaşdırılması barədə cinayət xarakterli məlumat vermişdir. Lakin onun müraciəti üzrə hər hansı araşdırma aparılmamış, ona cavab verilməmişdir. Buna görə də Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz sayılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayətçi Şikayət verən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin məhkəmə nəzarəti baxışının predmeti olmadığından geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayətçi Şikayət verən şəxs qərarın qanunsuz və əsassız olmasını qeyd edərək, apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsini və ilkin şikayətin icraata götürülməsi və baxılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ## ### 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdiyi ərizədə ********* nömrəli cinayət işi üzrə müstəntiq Yusif Yusifovun keçmiş müdafiəçisi Anar Qasımlı ilə birlikdə sübütları saxtalaşdırdığını, Anar Qasımlının ## ####### 2023-cü il tarixli dindirmə protokoluna ## ####### 2023-cü il tarixdə imza etdiyini və onun dindirmədə iştirak etmədiyini bildisə də, ərizəsinə cavab verilməmiş, ərizəsində göstərdiyi cinayət faktı ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən Baş Prokurorluğa göndərilən sorğuya verilən cavab məktubunda yazılanların onun işi üzrə şikayəti ilə əlaqəsi yoxdur. Hüququ pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi və prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən oqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ fundamental olsa da, onun həyata keçirilməsi qanunvericiliklə müəyyən edilmiş prosessual mexanizmlər çərçivəsində reallaşdırılır. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Həmin Məcəllənin 449.3-cü maddəsi məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcək prosessual hərəkət və qərarların qəti və imperativ siyahısını, yəni numerus clausus (məhdud say) prinsipini təsbit edir. Bu o deməkdir ki, məhkəmə nəzarəti yalnız qanunvericinin birbaşa və birmənalı şəkildə müəyyən etdiyi hallarda həyata keçirilə bilər və bu siyahının genişləndirici təfsirinə yol verilmir. Qanunvericinin belə bir yanaşması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə və məhkəmə nəzarəti institutunun sui istifadə hallarına yol açmadan səmərəli fəaliyyətinə yönəlmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu ##.##.2026-cı il tarixli məktubunda bildirmişdir ki, Şikayət verən şəxs təqsirləndirildiyi cinayət işi üzrə mübahisələndirdiyi hərəkət, hərəkətsizlik və qərarlar üzrə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən (birinci instansiya və apellyasiya instansiyası tərəfindən) baxılaraq hüquqi qiymət verilmişdir. Məhkəməyə təqdim edilmiş şikayətdən göründüyü kimi, Şikayət verən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı təsdiq edilərək aidiyyəti məhkəməyə göndərilmiş, həmçinin apellyasiya instansiyası tərəfindən yekun məhkəmə aktı çıxarılmışdır. Şikayətçi, məhkəməyədək icraat zamanı yol verildiyini iddia etdiyi bütün pozuntuları, o cümlədən mümükünsüz sübutlar barədə dəlillərini icraat çərçivəsində irəli sürə və onların tam və hərtərəfli araşdırılmasını tələb edə bilər. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, şikayətçinin ərizədə qeyd etdiyi xüsusatların araşdırılması məhkəmə nəzarətinin predmetinə daxil deyildir. Məhkəmə bütün yuxarıda göstərilən dəlillər və hüquqi təhlillər məcmusunda hesab etmişdir ki, Şikayət verən şəxs şikayəti həm prosessual, həm də maddi-hüquqi baxımdan əsassızdır. Eyni zamanda, şikayətçinin iddialarının həlli üçün effektiv və birbaşa hüquqi mexanizm – məhkəmə icraatı mövcuddur. Hazırda da həmin müraciətə mahiyyəti üzrə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-
1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyataxtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlər şikayətin əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayətinin təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn