Məhkəmə qərarları › İş №6(3-6)-498/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-498/2026

24.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-498/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından şikayətçilərin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi və və vəkili Müdafiəçi Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şikayət verən şəxs2 və şikayət verən şəxs1 ölkədən getmək hüququnun qadağan olunması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmışdır. Həmin qərardan narazı qalan şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi və və vəkili Müdafiəçi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şikayət verən şəxs2 və şikayət verən şəxs1 tətbiq edilmiş ölkədən çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulmasının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini, şikayət verən şəxs2 və şikayət verən şəxs1 ölkədən çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulması qərarını qəbul edən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə xüsusi qərar qəbul edilməsini, şikayət verən şəxs2 və şikayət verən şəxs1 İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6, 8, 10, 13, 14, * saylı Protokolunun 2-ci maddəsində və * saylı protokolun 2-ci maddəsi ilə birgə götürülməklə 18-ci maddəsində göstərilən hüquqlarının pozuntusunu tanınması və şikayət verən şəxs2 və şikayət verən şəxs1 tölkədən çıxışına qoyulmuş qanunsuz qadağa nəticəsində dəymiş maddi və mənəvi zərərin 10 000 manat miqdarında ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçilərin ölkədən çıxışına qadağa qoyulması tamamilə qanunsuzdur. Bu qanunsuz qadağa onun ərinə görə qoyulub ərizəçilər məhkəməyə müraciət etsələr də, məhkəmə məhkəmə prosesi təyin etmədən, ərizəçiləri və DTX-nı dinləmədən şikayəti geri qaytarmışdır. Məhkəmə qərarında yazılmışdır ki, şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsivəkil Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərin və ya qərarların dairəsinə aid deyildir, o cümlədən həmin maddədə göstərilən hallarla bağlı deyildir. şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi-vəkil Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət məhkəmə nəzarətinin predmeti olmadığından mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Məhkəmənin mövqeyi qərəzli və qanunsuzdur. Məhkəmə öz qərarında bildirib ki, kim, nədən və nə zaman şikayət edə bilər. Amma nədənsə, sonradan şikayəti geri qaytarıb. Halbuki, ərizəçi haqlı olaraq saxlanma yerinin rəhbərliyinin qanunsuz hərəkətlərindən şikayət edib. Məhkəmə şikayəti ya təmin etməli, ya da rədd etməli idi. Lakin məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 451.1 -ci maddəsini pozaraq şikayəti geri qaytarıb. Məhkəmə məhkəmə iclası təyin etməyib, tərəfləri dəvət etməyib və onları dinləməyib. Hansı qaydada şikayət etməli olduqlarını qərarda izah etməmişdir. Məhkəmə kollegiyasının icalsının yeri və vaxtı barədə qanunveriiliyə uyğun məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadam davam etdirilməsi mümükün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi-vəkil Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət məhkəmə nəzarətinin predmeti olmadığından mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən şikayət məhkəmə nəzarəti qaydasında baxıla bilən şikayətlərin kateqoriyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi göstərilmiş və hazırkı müraciətdə göstərilən xüsusat həmin maddənin təsir altına düşmür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. şikayət verən şəxs2 və şikayət verən şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar