Məhkəmə qərarları › İş №6(3-6)-499/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-499/2026

24.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-499/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin prokuroru, R Məmmədli İsmayıl Xələf oğlunun, “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi müavini İsmayıl Ağayevin cinayət haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilməsi barədə ## ######## 2025-ci il tarixli, *-*-***/*-******/**** saylı məktubundan “xxxx” MMCnin nümayəndəsi və vəkili Nümayəndə ## ### 2026-cı il tarixdə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Baş Prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini İsmayıl Ağayevin cinayətin icraata qəbulundan imtina edilməsi haqqında ## ######## 2025-ci il tarixli, *-*-***/*-******/**** saylı məktubundan məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı il tarixdə 6(3- *)- ***/**** saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilmiş, “xxxx” MMC-nin direktoru tərəfindən “törədilmiş və ya hazırlanan cinayət haqqında” verilmiş məlumat üzrə toplanmış və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş materialın geri qaytarılması haqqında Baş Prokurorluğun ## ######## 2025-ci il tarixli *-*-***/*-******/**** saylı məktubuna qanunvericilikdə nəzərdə tutulmuş qaydada münasibət bildirilməsi və mahiyyəti üzrə baxılması üçün materiallar ## #### 2026-cı il tarixdə Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Pərviz Muradov) şikayət təmin edilmiş, “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş “törədilmiş və ya hazırlanan cinayət haqqında” ərizə və sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “qəbul edilsin və cəmiyyətə məxsus əmlakın və pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddiaların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini Toğrul Əhmədov apellyasiya protesti verib, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Nümayəndə şikayətinin təmin edilməməsini xahiş etmişdir. “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya protestinə etiraz verərək, protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin direktoru Selen Demirin həmin MMC-nin Şəmkir filialının satıcısı X6 tərəfindən yol verilmiş mənimsəmə və sair qanun pozuntuları barədə MMC-dən müxtəlif tarixlərdə Baş Prokurorluğa daxil olmuş eyniməzmunlu müraciətlər və əlavə edilmiş müvafiq sənədlər nəzərdən keçirilərkən, yol verilmiş pozuntuların və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə keçirilmiş müstəqil audit yoxlamasının nəticəsinə dair rəyin, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin, mədaxil qaimələrinin, yerdəyişmə sənədlərinin və sair sənədlərin surətinin əlavə edilməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, o cümlədən, malların təhvil verildiyi müştərilərlə cəmiyyət arasında qarşılıqlı üzləşmələrin keçirilməməsi, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının, satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənildiyi iddia edilən malların Ş.Z.Bağırova təhvil verilməsini təsdiq edə biləcək qaimə-faktura yaxud malların təhvil-qəbul aktlarının, müştərilərin borclu olduqları pul vəsaitlərini Ş.Z.Bağırova təhvil vermələrinə dair kassa mədaxil-məxaric orderlərinin, eləcə də, digər zəruri maliyyə sənədlərinin təqdim edilmədiyi müəyyən edildiyindən, müraciət müəllifinə ilkin zəruri sənədləri topladıqdan sonra yenidən Baş Prokurorluğa müraciət etmək hüququ izah edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş materiallar isə cinayət hadisəsinin baş verdiyini ehtimal etməyə imkan verən minimal sübut həddini belə aşmır. Bu səbəbdən, ibtidai araşdırma orqanının cinayət işini icraata qəbul etmədən əvvəl əlavə sənədlərin tələb edilməsi və həmin sənədlər təqdim edilmədiyi üçün müraciətin geri qaytarılması prosessual baxımdan əsaslı və qanunauyğun hesab edilməlidir. Sahibkarlıq fəaliyyəti müəyyən iqtisadi risklərlə müşayiət olunur və bu risklərdən irəli gələn zərər hallarının hər biri avtomatik olaraq cinayət-hüquqi məsuliyyət yaratmır. İşçilərlə bağlanmış müqavilələr çərçivəsində malların realizəsi zamanı yaranan ziyan, əgər cinayət əlamətlərini təsdiq edən konkret və obyektiv sübutlarla əsaslandırılmırsa, sahibkarlıq riskinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu baxımdan, təqdim edilmiş materiallarda cinayət niyyətini və ya mənimsəmə məqsədini birmənalı şəkildə təsdiq edən dəlillər mövcud olmadığından, müraciətin geri qaytarılması qanunauyğun hesab edilməlidir. Hüquqi şəxsin öz fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaxud həmin hüquqi şəxsin (vəzifəli şəxsin) işçilərinin törətdikləri cinayətlər və sair barədə materialların başa düşüldüyü cinayətin törədilməsini təsdiq edən sənədlərə aparılan yoxlamaların nəticələrini özündə əks etdirən aktlar, araşdırma materialları, əmək və tam maddi məsuliyyət haqqında müqavilələr, vəzifə təlimatları, müvafiq icarə müqavilələri, kassa mədaxil-məxaric orderi qəbzləri, digər zəruri maliyyə sənədləri və sair aid edilir ki, cinayətlərin törədilməsinə dair faktlar aşkar edildikdə bu barədə müvafiq məlumatlarla bərabər cinayətin törədildiyini təsdiq edə biləcək materiallar da cinayət təqibi orqanına göndərilməlidir. Göründüyü kimi, tələb edilən ilkin zəruri sənədləri cinayət təqibi orqanına təqdim etmək hüquqi şəxsin (vəzifəli şəxsin) vəzifəsidir. Həmçinin qeyd olunur ki, bu kimi xüsusatlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibi, eləcə də, araşdırma aparılan zaman təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqi ilə bağlı yuxarıda sadalanan ilkin zəruri sənədlər mütləq şəkildə tələb edilir. Bəzi hallarda müraciət edən şəxs tələb edilən həmin sənədləri vaxtında təqdim edə bilmir yaxud ümumiyyətlə təqdim edə bilmir ki, bu da, nəticədə araşdırma müddətinin uzanmasına, əmələ vaxtında düzgün hüquqi qiymət verilməməsinə və sair şəkildə cinayət təqibinə maneələr törənməsinə səbəb olmaqla istər şikayətçi tərəfin, istərsə də, barəsində şikayət edilən tərəfin qanunla qorunan mənafelərinə xələl gətirir. Beləliklə nəzərə alınmalıdır ki, Baş Prokurorluq tərəfindən vəzifəli şəxsdən cinayətin törədilməsini təsdiq edə biləcək ilkin zəruri sənədlərin tələb edilməsi ilə bağlı müraciətin geri qaytarılması həmin şəxsin müraciətinə baxılmasından imtina kimi yox, əksinə zəruri sənədlərin əvvəlcədən tam şəkildə toplanmaqla araşdırma aparılması üçün aidiyyəti üzrə müvafiq quruma göndərilməsinin təmin edilməsindən ibarətdir ki, bu da, araşdırmanın tam, vaxtında, hərtərəfli və keyfiyyətlə həyata keçirilməsinə xidmət edir. “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, fəaliyyət istiqaməti bağçılıq üzrə gübrə və dərmanların, meyvə tinglərinin satışı, meyvə bağlarına suvarma sistemlərinin çəkilişi və sair olan Xaçmaz rayonunda fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru, Türkiyə Cümhuriyyətindən olan iş adamı, xanım X1 2025-ci ilin iyul ayında Şəmkir RPİ-yə müraciət edərək Cəmiyyətin Şəmkir filialının satıcısı X7 tərəfindən ona etibar edilmiş 350000 (üç yüz əlli min) manat məbləğində əmlakın ələ keçirildiyini göstərmiş, bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırmanın aparılması Şəmkir RPİ-nin X8 həvalə edilmiş, həmin bölmənin təhqiqatçıları tərəfindən Cəmiyyətin bəzi əməkdaşlarının və digər şəxslərin izahatları alınaraq zəruri sənədlər toplanılmaqla müvafiq araşdırma aparılmışdır. X2 tərəfindən "xxxxl" MMC-nin audit yoxlamasının nəticələri barədə rəyi təhqiqatçıya təqdim olunaraq araşdırma materiallarına əlavə edilmişdir. Toplanmış material Şəmkir rayon prokurorluğu tərəfindən qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini İsmayıl Ağayevin imzaladığı *-*-***/*-******/**** nömrəli ##.##.2025-ci il tarixli məktubla toplanmış material X3ytarılmışdır. Bu, onunla izah edilmişdir ki, yol verilmiş pozuntuların və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş müstəqil audit yoxlamasının nəticəsinə dair rəyin, T.D.Namazovla (məktub başqa iş üzrə tərtib edilmiş məktubun üzərində işləməklə hazırlandığından bu işə heç bir aidiyyəti olmayan şəxsin adı çəkilmiş, habelə standart, şablon ifadələr işlədilmişdir) cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin, mədaxil qaimələrinin, yerdəyişmə sənədlərinin və sair sənədlərini surətlərinin əlavə edilməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə tam əməl edilməməsi (cinayət haqqında məlumat vermiş şəxsin qanunvericiliyin hansı tələbinə əməl etməli olması aydın deyil), o cümlədən malın təhvil verildiyi müştərilərlə cəmiyyət arasında qarşılıqlı üzləşmələrin keçirilməməsi, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının, satışdan əldə edilmiş pul vəsaitlərinin mənimsənildiyi iddia edilən malların Ş.Z.Bağırova təhvil verilməsini təsdiq edə biləcək qaimə-faktura, yaxud malların təhvil-qəbul aktlarının, müştərilərin borclu olduqları pul vəsaitlərini Ş.Z.Bağırova təhvil vermələrinə dair kassa mədaxil-məxaric orderlərinin, eləcə də digər maliyyə sənədlərinin təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilən əsasla araşdırma materiallarının cinayət barədə məlumat verən şəxsə (hüquqi şəxsə) qaytarılması qanunvericiliyin tələblərinə ziddir və yolverilməzdir. Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini İsmayıl Ağayevin yol verdiyi bu qanun pozuntusu barədə Azərbaycan Respublikasının Baş prokuroruna şikayət verilmiş, lakin şikayətə mahiyyəti üzrə qanun normalarına uyğun olaraq baxılmamış, müraciətə cavab belə verilməmişdir. "xxxx" MMC-nin X6 işə qəbul edilməsi və işdən azad edilməsi haqqında əmrlərin surətinin və onunla Cəmiyyət arasında bağlanmış Əmək müqavilələrinin surətləri geri qaytarılmış materiallara əlavə edərək və hərtərəfli, tam və obyektiv araşdırma aparılması üçün digər zəruri sənədlər araşdırmanın gedişində təqdim ediləcəyi bildirilməklə təkrarən Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinə ünvanlanmış, yol verdikləri pozuntular diqqətlərinə çatdırılmaqla cinayət haqqında məlumata yenidən baxılması xahiş olunmuşdur. Lakin Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini İsmayıl Ağayev əvvəl imzaladığı ## ######## 2025-ci il tarixli məktubun yalnız tarixini dəyişərək cinayət haqqında ərizəni və ona əlavə edilmiş materialları ## ###### 2025-ci il tarixli məktubla yenidən geri qaytarmışdır. Apellyasiya protestində Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi bu qanunsuz hərəkətini əsaslandırmağa çalışsa da bu cəhd uğursuz alınmışdır. Belə ki, apellyasiya protesti Səbail Rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının kopiyalanmış versiyasından başqa bir şey deyildir. Həmin qərara (o cümlədən gətirilmiş dəlillərə) isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz münasibətini bildirmiş, əsassız olduğu üçün özünün 6(3- *)-***/**** nömrəli, ## #### 2026-cı il tarixdə qərarı ilə onu ləğv etmişdir. Ləğv olunmuş qərarı yenidən təkrarlayan apellyasiya rotestinə əsasən, cinayət prosesinin başlanması mərhələsində ibtidai araşdırma orqanı tərəfindən hər hansı istintaq hərəkətlərinin aparılması, o cümlədən ekspertizanın təyin edilməsi yalnız cinayət hadisəsinin mövcudluğunu göstərən ilkin məlumatlar kifayət qədər əsaslı olduqda mümkündür. Hazırkı iş üzrə isə şikayətçi tərəfindən təqdim edilmiş materiallar cinayət hadisəsinin bas verdiyini ehtimal etməyə imkan verən minimal sübut həddini belə asmır. Bu səbəbdən, ibtidai araşdırma orqanının cinayət işini icraata qəbul etmədən əvvəl əlavə sənədlərin tələb edilməsi və həmin sənədlər təqdim edilmədiyi üçün müraciətin geri qaytarılması prosessual baxımdan əsaslı və qanunauyğun hesab edilməlidir. Protest müəllifinin mövqeyi ilə razılaşmaq mümkün deyildir. O, nəzərə almamışdır ki, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası onun subyektiv mülahizələri ilə deyil, Azərbaycan Respublikası CPM-in 207-ci maddəsi ilə nizama salmır. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında hüquqi şəxslərin (vəzifəli şəxslərin məlumatları) törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlərin əlavə edilməli olması barədə göstərişə istinad edilsə də nəzərə alınmamışdır ki, "xxxx" MMC cinayətin törədilməsini təsdiq edən sənədlərin əksəriyyətini, hətta audit yoxlamasının rəyini törədilmiş cinayət haqqında məlumata əlavə etmişdir. Təqdim edilən sənədlərin kifayət etmədiyi hal üçün qanunvericilikdə müvafiq hüquqi əsaslarla araşdırma aparılması və araşdırma müddətləri nəzərdə tutulmuşdur. Kifayət etməyən sənədlər araşdırmanın gedişində cinayət təqibi orqanı tərəfindən tələb edilməli, toplanılmalı və araşdırma materiallarına əlavə olunaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin prokuroru, R Məmmədli İsmayıl Xələf oğlu apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi qiymətləndirməsi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya protesti isə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən qərarında şikayətçinin və prokurorluğun gətirdiyi qarşılıqlı dəlillərin ətraflı təhlil edilməsi, onların qiymətləndirilməsi, Şikayət verən şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş “törədilmiş və ya hazırlanan cinayət haqqında” ərizə və sənədlərin Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “qəbul edilməsi və cəmiyyətə məxsus əmlakın və pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddiaların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsini qanuni və əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlara və tədqiq edilən sənədlərə bir daha hüquqi qiymət verilməklə onların sadalanmasını, eləcə də istinad edilən qanunvericiliyin normalarına yenidən müraciət etməyi zəruri hesab etməməklə yanaşı, eyni zamanda qeyd edir ki, verilmiş apellyasiya protestinə münasibətdə bir neçə zəruri məqama xüsusi diqqət yetirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğun ## ######## 2025-ci il tarixli, *-*-***/*-******/**** saylı məktubundan görünür ki, X1 müraciətinə Azərbaycan Respublikası Baş Prokurorluğunda baxılmış, müraciət və ona əlavə edilmiş müvafiq sənədlər nəzərdən keçirilərkən T.D.Namazovla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin, mədaxil qaimələrinin, yerdəyişmə sənədlərinin və sair sənədlərin surətinin əlavə edilməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, o cümlədən, malların təhvil verildiyi müştərilərlə cəmiyyət arasında qarşılıqlı üzləşmələrin keçirilməməsi, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının, satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənildiyi iddia edilən malların Ş.Z.Bağırova təhvil verilməsini təsdiq edə biləcək qaimə-faktura yaxud malların təhvil-qəbul aktlarının, müştərilərin borclu olduqları pul vəsaitlərini Ş.Z.Bağırova təhvil vermələrinə dair kassa mədaxil-məxaric orderlərinin, eləcə də, digər zəruri maliyyə sənədlərinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, müraciətə əlavə edilmiş bir sıra mədaxil qaimələrində “təhvil verdi” və “təhvil aldı” qrafalartnda imza, eləcə də, digər zəruri rekvizitlərin qeyd olunmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası CPMnin 207.5-ci maddəsin əsasən müraciət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Legal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış ## ####### 2025-ci il tarixli, *-*-***/*- ******/**** nömrəli məktubdan görünür ki, Şikayət verən şəxs MMC-nin direktoru X3 Şəmkir Rayon Prokurorluğundan Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciətlərə baxılmış, lakin təqdim edilən sənədlər natamam olduğundan müraciətə əlavə edilmiş müvafiq sənədlər geri aytarılmaqla, zəruri sənədlər əlavə edildikdən sonra yenidən Baş Prokurorluğa müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Legal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-*-***/*- ******/**** nömrəli məktubdan görünür ki, göstərilənlər barədə müraciət və ona əlavə edilmiş müvafiq sənədlər nəzərdən keçirilərkən, yol verilmiş pozuntuların və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə keçirilmiş müstəqil audit yoxlamasının nəticəsinə dair rəyin, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinin, mədaxil qaimələrinin, yerdəyişmə sənədlərinin və sair sənədlərin surətinin əlavə edilməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, o cümlədən, malların təhvil verildiyi müştərilərlə cəmiyyət arasında qarşılıqlı üzləşmələrin keçirilməməsi, Ş.Z.Bağırovla cəmiyyət arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin, vəzifə təlimatının, satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənildiyi iddia edilən malların Ş.Z.Bağırova təhvil verilməsini təsdiq edə biləcək qaimə-faktura yaxud malların təhvil-qəbul aktlarının, müştərilərin borclu olduqları pul vəsaitlərini Ş.Z.Bağırova təhvil vermələrinə dair kassa mədaxil-məxaric orderlərinin, eləcə də, digər zəruri maliyyə sənədlərinin təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən X1 ünvanlanmış ## ###### 2026-cı il və ## #### 2026-cı il tarixli məktublardan görünür ki, müxtəlif tarixlərdə Şikayət verən şəxs MMC-dən Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciətlərə baxılmış, lakin təqdim edilən sənədlər natamam olduğundan müraciətə əlavə edilmiş müvafiq sənədlər geri qaytarılmaqla, zəruri sənədlər əlavə edildikdən sonra yenidən Baş Prokurorluğa müraciət etmək hüququ izah edilmişdir. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Şikayət verən şəxs MMC-nin direktoru tərəfindən törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş məlumatla əlaqədar Şəmkir Rayon Polis X10 Bölməsində ilkin araşdırma aparılmış, həmin araşdırma çərçivəsində cəmiyyətin əməkdaşlarının və digər şəxslərin izahatları alınmış, müvafiq sənədlər toplanmış və materiallar qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmçinin araşdırma zamanı yol verilmiş pozuntuların və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə keçirilmiş müstəqil audit yoxlamasının nəticələrinə dair rəy təqdim edilmiş və materiallara əlavə olunmuşdur. İş materiallarından görünür ki, Şikayət verən şəxs MMC-nin müraciətində cəmiyyətə məxsus əmlakın və pul vəsaitlərinin cəmiyyətin əməkdaşı Ş.Z.Bağırov tərəfindən mənimsənilməsi barədə konkret hallar göstərilmiş, həmin halların araşdırılmasına imkan verən sənədlər, o cümlədən əmək münasibətlərini, mal dövriyyəsini və aşkar edilmiş çatışmazlığı əks etdirən sənədlər, habelə audit rəyi təqdim edilmişdir. Sonradan ərizəçi tərəfindən əlavə sənədlər də Baş Prokurorluğa təqdim edilmişdir. Bununla belə, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müraciətə əlavə edilmiş sənədlərin natamam olması əsas gətirilərək materiallar ərizəçiyə qaytarılmış, sonradan əlavə sənədlər təqdim edilməklə müraciət yenidən edilsə də, həmin müraciət də mahiyyəti üzrə prosessual qərar qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı nəticəsində nail olunan formal həqiqətdən fərqli olaraq, cinayət mühakimə icraatı obyektiv həqiqətin müəyyən edilməsini tələb edir və cinayət təqibi zamanı ibtidai araşdırma orqanı və ya məhkəmənin sübut toplama imkanları tərəflərin təqdim etdiyi sübutlarla məhdudlaşmır, qanunverici həmin orqanlardan araşdırmada aktiv iştirak etməklə obyektiv həqiqətə nail olmasını tələb edir. Bu baxımdan məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, təqdim edilmiş sənədlərin müəyyən hissəsinin olmaması və ya ayrı-ayrı sənədlərdə çatışmazlıqların mövcudluğu cinayət haqqında məlumatın mahiyyəti üzrə prosessual qaydada araşdırılmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin hüquqi şəxslərin cinayət haqqında məlumatlarının verilməsini tənzimləyən müddəalarına əsasən, hüquqi şəxsin məlumatı qanunda müəyyən edilmiş qaydada qəbul edilməli və ona baxılmalıdır. CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. CPM-nin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. CPM-nin 205.2 ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında daxil olmuş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda ilkin yoxlama aparmalı və baxılmanın nəticəsi üzrə qanunda nəzərdə tutulmuş prosessual qərarlardan birini qəbul etməlidir. CPM-in 207.4-cü maddəsinə əsasən, cinayət haqqında məlumatlara baxılarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçidən əlavə sənədlər, ondan və digər şəxslərdən izahatlar tələb edə, qanunla nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətləri apara və ekspertiza təyin edə bilər. Deməli, təqdim edilmiş materialların tam olmadığı hesab edildiyi halda qanun həmin çatışmazlıqların aradan qaldırılması üçün səlahiyyətli orqana zəruri prosessual imkanlar vermişdir. Bu imkanlardan istifadə etmədən materialların yalnız sənədlərin natamamlığı əsas gətirilərək ərizəçiyə qaytarılması CPM-in 207-ci maddəsinin müəyyən etdiyi prosedurla uzlaşmır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət haqqında məlumatların ilkin yoxlanılmasının məqsədi cinayətin bütün hallarının, şəxsin təqsirinin və dəymiş ziyanın yekun olaraq müəyyən edilməsindən deyil, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olub olmamasının müəyyən edilməsindən ibarətdir. Bu mərhələdə cinayətin bütün hallarının tam və hərtərəfli sübuta yetirilməsi tələb olunmur. Cinayətin əlamətlərinə işarə edən kifayət qədər məlumat və dəlillər mövcud olduğu halda həmin məlumatın qanunla müəyyən edilmiş qaydada araşdırılması və nəticəsi üzrə prosessual qərar qəbul edilməsi təmin edilməlidir. Hazırkı iş üzrə təqdim edilmiş materiallardan cəmiyyətə məxsus əmlak və pul vəsaitlərinin çatışmazlığının mövcudluğu, həmin əmlakın Ş.Z.Bağırovun fəaliyyəti ilə əlaqəsi və nəticədə cəmiyyətə maddi ziyan dəyməsi barədə araşdırılması zəruri olan konkret hallar müəyyən edilir. Həmin halların cinayət əlamətlərinin olub-olmaması baxımından qiymətləndirilməsi tələb olunduğu halda, materialların sənədlərin tam olmaması əsas gətirilərək geri qaytarılması və nəticəsi üzrə CPM-in 207.5-ci maddəsində nəzərdə tutulmuş qərarlardan heç birinin qəbul edilməməsi qanunun tələblərinə uyğun hesab edilə bilməz. Həmçinin iş üzrə müstəqil audit yoxlamasının nəticələrinə dair rəyin mövcud olduğu müəyyən edilmişdir. Audit rəyinin nəticələrinin nə dərəcədə əsaslı olması ayrıca qiymətləndirmə tələb etdiyi halda belə, həmin rəyin mövcudluğu cinayət haqqında məlumatın araşdırılması üçün əhəmiyyətli məlumat mənbəyidir və onun digər materiallarla birlikdə qiymətləndirilməsi zəruridir. Zəruri hesab edildikdə isə bu məsələlər CPM-in 207-ci maddəsində nəzərdə tutulmuş ilkin yoxlama vasitələri ilə dəqiqləşdirilə bilər. Xüsusi biliklərdən istifadə zəruri olduqda hüquqi şəxsin fəaliyyətinin yoxlanılması üçün CPM-in 207.3-cü maddəsində nəzərdə tutulmuş mexanizmdən istifadə edilməsi də mümkündür. Birinci instansiya məhkəməsi onu da doğru vurğulamışdır ki, müraciətə əlavə edilməli sənədlərin tam şəkildə ərizəçi tərəfindən əvvəlcədən toplanılması və təqdim edilməsi səlahiyyətli orqanın CPM-in müraciətə əlavə edilməli sənədlərin tam şəkildə ərizəçi tərəfindən əvvəlcədən toplanılması və təqdim edilməsi səlahiyyətli orqanın CPM-in 207-ci maddəsindən irəli gələn ilkin yoxlama vəzifəsini aradan qaldırmır. Əks yanaşma cinayət haqqında məlumatın ilkin yoxlanılması ilə ibtidai araşdırma mərhələsinin mahiyyətcə qarışdırılmasına və cinayət əlamətlərinin müəyyən edilməsi üçün zəruri prosessual fəaliyyətin faktiki olaraq ərizəçinin üzərinə qoyulmasına səbəb olardı. Bundan başqa, cinayət haqqında məlumatın nəticəsi üzrə CPM-in 207.5-ci maddəsində nəzərdə tutulmuş qərarlardan biri qəbul edilməlidir: cinayət işi başlanmalı, cinayət işinin başlanması rədd edilməli, məlumat istintaq aidiyyəti üzrə göndərilməli və ya xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumat məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Materialların ərizəçiyə qaytarılması həmin maddədə nəzərdə tutulmuş müstəqil prosessual qərar növü deyildir. Beləliklə, Şikayət verən şəxs MMC-nin cinayət haqqında məlumatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq prosessual qərar qəbul edilməli olduğu halda belə qərar qəbul edilməmiş, materiallar isə mahiyyəti üzrə prosessual qiymətləndirmə aparılmadan ərizəçiyə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.4.2-ci maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini CPM-in 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Hazırkı işdə isə formal olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar deyil, cinayət haqqında məlumatın və materialların geri qaytarılması barədə məktub mövcuddur. Bununla belə, həmin məktubun məzmunundan məlumatın mahiyyəti üzrə araşdırılmasının və CPM-in 207.5-ci maddəsində nəzərdə tutulmuş prosessual qərarın qəbul edilməsinin faktiki olaraq qarşısının alındığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 38.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimaixüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. CPM-nin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 207.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması, habelə bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş iki və ya daha artıq istintaq və ya prosessual hərəkətlərin həyata keçirilməsi ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır. CPM-nin 119.3.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçısı qismində tanınması üçün ərizə verildiyi gündən 1 (bir) ay müddətində onun ərizəsi üzrə qərar çıxarılmadıqda, ərizəyə baxmalı olan cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəməyə şikayət vermək və ya məhkəmə vasitəsi ilə onun cinayət prosesinin iştirakçısı qismində tanınması üçün məhkəməyə ərizə vermək hüququ nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqanların hərəkət və hərəkətsizliyindən irəli gələn pozulmuş hüquqların bərpası aspektində prosessual qanunvericiliyin ümumi yanaşması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsində təsbit edilmişdir. Bu konteksdə məhkəmə, şikayətçinin müraciətinin kifayət qədər sübut əlavə edilməməsi və sübutların təqdim edilməməsi əsası ilə ona qaytarılması, yekun prosessual qərarın isə qəbul edilməməsini subyektiv hüququnun pozulması kimi qiymətləndirir. Çünki bu halda dövlət orqanları ilə münasibətdə maraqlarına toxunan qərarın mübahisələndirilməsi üzrə şəxsin müdafiə vasitələri və davranış imkanları tükənmiş olur, onun üzərinə isə əsassız olaraq sübut toplamaq vəzifəsi qoyulur. Belə ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Bütün şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edərək, Şikayət verən şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş “törədilmiş və ya hazırlanan cinayət haqqında” ərizə və sənədlərin Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “qəbul edilməsi və cəmiyyətə məxsus əmlakın və pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddiaların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya protesti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar