Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-502/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi X3 ********* nömrəli cinayət işi üzrə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi haqqında qərar qəbul edilməsinə dair Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi X3 ********* nömrəli cinayət işi üzrə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayətçi Şikayət verən şəxs qərarın qanunsuz və əsassız olmasını qeyd edərək, apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi və prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən oqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, məhkəmə nəzarəti Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində nisbətən yeni institutdur. # ######## 2000-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Məhkəmə hesab etmişdir ki, Şikayət verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- **/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi X3 ********* nömrəli cinayət işi üzrə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi haqqında şikayətə məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. Bundan başqa, məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz. Məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəldiyindən və apellyatorun mübahisələndirdiyi qərar bu mərhələni keçdiyindən və mahiyyəti üzrə işə baxan məhkəmə həmin qərara qiymət verdiyindən məhkəmə nəzarətinin predmeti ola bilməz. Qeyd edilənlərə əsasən şikayət təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Ibrahim Ibrahimli
Məhkəmə qərarları › İş №6(3-6)-502/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-502/2026
26.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver