Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-504/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ## #### 2026-cı il tarixdə Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, , Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) böyük müstəntiqi, R X4 ********* nömrəli cinayət işi üzrə araşdırma apararaq həmin cinayət işi ## ###### 2022-ci il tarixdə X5 ölməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314,2-ci maddəsi ilə başlanılmış və istintaq aparılmışdır. Cinayət işinin başlanılmasma əsas və səbəb ## #### 2021 -cı il tarixdə saat 15 radələrində "xxxx" MMC-də fəhlə işləyən X5 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi ** nömrəli ünvanda yerləşən "Qurman" restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış vəziyyətdə olan optik kabelin dartılıb bərkidilməsi zamanı başı üzərindən keçən 6 kV-luq elektrik cərəyanı xəttinə dəyməsi və nəticədə aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. İşlə bağlı müvafiq ittiham aktr əsasmda hökm çıxarılmışdır. Prokurorluğunun müstəntiqi, X4 icraatında olmuş ********* nömrəli cinayət işi üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı ləğv edilməli, sübutların qiymətləndirilməsi haqqında qərar qismən ləğv edilməli və materialın həmin hissədə yenidən araşdırılması üçün müvafiq göstəriş verilməlidir. Ona görə ki, sübutların qiymətləndirilməsi haqqında qərarın istənilən vaxt mübahisələndirilməsinə qanunvericiliklə yol verilir. Belə ki, həmin cinayət işi üzrə sübutlarm qiymətləndirilməsi haqqmda qərarda qeyd edilmişdir ki, (səhifə 3; abzas 1) iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir k, həftədə bir-iki gün yaşadığnn evin yaxınlığında fəaliyyət göstərən «xxxx» MMC-yə gəlib orada müəyyən fəhləlik işlərində köməklik göstərmişdir. Həmin MMC-də rəsmi əmək müqaviləsi əsasında işləməmişdir. Belə ki, ## #### 2021-ci il tarixdən yenə də həmin MMC-yə gəlib daşların boşaldılmasına köməklik etmişdir. İş materiallarına əlavə edilmiş (səhifə 9; abzas 1) Azərbayçan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş ## ###### 2021-ci İl tarixli *********** nömrəli məktubdan, görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş ## ###### 2021-ci il tarixli məktubda H.Mirzəyevin ## #### 2020-ci il tarixdə felilə peşəsinə işə qəbul edildiyini, müəssisədə 5 günlük iş rejiminin olduğu, ## #### 2021- ci il tarixdə həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və əmr verilmədiyi, H.Mirzəyevin hadisə yerinə hansı səbəbdən getdiyi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatlı olmadığı, nə "Qurman" restoranı ilə, nə də restoranın ərazisində olan 6 kV-luq elektrik xəttinin və optik kabelin cəmiyyətlə heç bir əlaqəsinin olmadığını göstərmiş, bu səbəbdən də H.Mirzəyevin ölümü ilə nəticələnmiş halın Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1,2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığından baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-texniki təhlükəsizlik ekspertizasının ## ###### 2021-ci il tarixli **/**** nömrəli rəyi üə müəyyən edilmişdir .ki, (səhifə 12; abzas 1)6 kV-luq hava elektrik xəttinin müvafiq qaydaların tələblərinə uyğun (yer səthindən 7 m, tikilidən şaquli 3 m və horizontal 2 m ara məsafə) saxlanılması təmin edilmədiyinə görə, "Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5.14.3, 2.5.14.7 bəndlərinin tələbləri “xxxx" MMC-nin Səbail RETSİ-mn həmin sahə üzrə cavabdeh olan şəxs(-lər) tərəfindən pozulmuşdur. Odur ki, (səhifə 13; abzas2) hüquqi şəxs hesab edilən Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi ** nömrəli ünvanda yerləşən «xxxx» MMC tərəfindən X2 əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi halları üzrə inzibati icraat başlanmalı, barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə olan inzibati xəta haqqında icraat materialı araşdırma aparılması üçün aidiyyatı üzrə Səbail rayon məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlunun “məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınında lazımı qaydada məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, şikayətçi məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri) prosessual hərəkət və qərarlarından şikayət verə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 451 -ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərardan Şikayət verən şəxs MMC-nin direktoru Muradov Fərhad İlham oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Elmar Rəhimov
Məhkəmə qərarları › İş №6(3-6)-504/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-504/2026
26.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver