Məhkəmə qərarları › İş №6(3-6)-509/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-509/2026

26.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-509/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədlinin, Şikayətçi Şikayət verən şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şikayət verən şəxs tərəfindən Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədlinin hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin rədd edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və şikayətçinin nümayəndəsi tərəfindən veirlmiş apellyaisya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan icraatında olan ***/s-** saylı yoxlama materialı üzrə araşdırma aparan Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədlinin ona və nümayəndəsi Nümayəndə material üzrə daxil olmuş şikayət ərizəsinin, alınmış izahatların və qəbul edilmiş qərarların, o cümlədən varsa məcburi gətirilmə barədə qərarın məzmununun açıqlanmaması, onlarla tanış etməməsi və surətlərini verməməsi, habelə bu barədə ## #### 2026-cı il tarixdə təqdim edilməyə cəhd edilmiş yazılı ərizəni və izahat verməkdən imtina barədə ərizəni qəbul etməməsi hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan icraatında şikayət üzrə ****-** saylı yoxlama materialı vardır. Araşdırmanı Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədli aparır. Həmin material üzrə cinayət işi başlanmamışdır. Ona ## #### 2026-cı və ## #### 2026-cı il tarixlərində SMS vasitəsilə çağırış edilmişdir. Çağırış mətnlərində yalnız materialın nömrəsi göstərilmiş, prosessual statusu, barəsində araşdırma aparılan əməlin faktiki tərəfi və hüquqi tövsifi, habelə hüquq və vəzifələrim göstərilməmişdir. İkinci SMS-də Cinayət- Prosessual Məcəllənin 178.2-ci maddəsinə istinadla məcburi gətirilmə tədbirinin tətbiqi barədə xəbərdarlıq edilmişdir. Qeyd edilməlidir ki, hər iki çağırışda məhz «material» ifadəsi işlədilməklə cinayət işinin başlanmadığı təsdiqlənsə də, buna baxmayaraq gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə tədbirinin tətbiq ediləcəyi ilə hədələnmişdir. ## #### 2026-cı il tarixdə saat 17:00-da nümayəndəsi ilə birlikdə prokurorluğa gəlmiş və nümayəndəsi Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədliyə material üzrə daxil olmuş şikayət ərizəsi, alınmış izahatlar, qəbul edilmiş qərarlar, o cümlədən varsa məcburi gətirilmə barədə qərarla tanış olmaq və onların surətlərinin verilməsi barədə yazılı ərizəni təqdim etmək istəmişdir. Eyni gündə nümayəndəsi tərəfindən nümayəndə qismində prosesə buraxılma barədə ərizə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin III hissəsinə və 66-cı maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21.2 və 21.3cü maddələrinə əsaslanmaqla onun izahat verməkdən imtina etməyi barədə yazılı ərizə də təqdim edilmək istənilmişdir. Təqdim edilmək istənilən sənədlərin heç biri qəbul edilməmiş, qeydiyyata alınmamış, prokurorluğun binasının xaricində yerləşən poçt qutusuna atılması təklif edilmişdir. Ərizələrin qəbul edilməməsinin səbəbləri barədə tərəfimizə nə yazılı qərar, nə də hər hansı qeyd təqdim edilmişdir. Sənədlər sonradan Azərbaycan Respublikasının Baş Prokuroruna elektron poçt vasitəsilə, ardınca isə bildirişli sifarişli poçt göndərişi ilə təqdim edilmişdir. Bu günədək nə ona, nə də nümayəndəsinə material üzrə daxil olmuş şikayət ərizəsinin məzmunu açıqlanmamış, araşdırmanın predmetini təşkil edən əməlin faktiki əsasları və hüquqi tövsifi izah edilməmiş, materialın hər hansı sənədi ilə tanış olmaq imkanı verilməmişdir. Cinayət-Prosessual Məcəllənin 105.1.1-ci maddəsinə əsasən şahidin nümayəndəsi təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək hüququna malikdir. Normada birbaşa «cinayət təqibi ilə bağlı digər material» ifadəsinin işlədilməsi göstərir ki, bu hüquq cinayət işi başlanmamış yoxlama materialına da şamil edilir. Cinayət-Prosessual Məcəllənin 95.6.1-ci maddəsi eyni hüququ şahidin özünə münasibətdə müəyyən edir. Şikayət ərizəsinin məzmunu açıqlanmadan və materialla tanış olmaq imkanı verilmədən şəxsdən izahat tələb edilməsi hüquqi yardım hüququnu formal, məzmunsuz hala salır. Belə şəraitdə o, nəyə münasibətdə izahat verdiyini bilmir, nümayəndəsi isə Cinayət-Prosessual Məcəllənin 105.1.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi izahatı verə bilmir. Qeyd edilməlidir ki, şikayət ərizəsinin məzmununun açıqlanması hazırkı halda həlledici əhəmiyyət daşıyır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi, o cümlədən Cinayət Məcəlləsinin 165.1-ci maddəsi üzrə, yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir və Cinayət-Prosessual Məcəllənin 207.5.4-cü maddəsinə görə belə məlumat məhkəmə aidiyyəti üzrə göndərilməlidir Cinayət-Prosessual Məcəllənin 215.3.1-ci maddəsində isə ibtidai istintaqın prokurorluq tərəfindən aparıldığı cinayətlərin siyahısında Cinayət Məcəlləsinin 165.2-ci maddəsi göstərilmiş, 165.1-ci maddə həmin siyahıya daxil edilməmişdir. Deməli, materialın Hərəkətindən (qərarından) şikayət verilən orqan icraatında olub-olmaması bilavasitə şikayət ərizəsinin məzmunundan asılıdır. Həmin sənədlə tanış edilmədiyinə görə aidiyyət məsələsini yoxlamaq və müvafiq prosessual vasitələrdən istifadə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair # ###### 2009-cu il tarixli Qərarına əsasən cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər, cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) o halda şikayət vermək hüququna malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Hazırkı halda hər üç şərt mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026- cı il tarixli qərarına əsasən şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən hallarla bağlılığı araşdırılarkən yalnız onların adları və formal əlamətləri deyil, hüquqi mahiyyəti və səbəb olduğu hüquqi nəticələr nəzərə alınmalıdır. Şikayət olunan hərəkətsizliyin hüquqi mahiyyəti nümayəndənin və təmsil etdiyi şəxsin prosesdə iştirakının məzmununu boşaldaraq onları cinayət prosesinin iştirakçısı statusundan irəli gələn hüquqlardan faktiki olaraq məhrum etməkdən ibarətdir ki, bu da Cinayət-Prosessual Məcəllənin 449.3.4-1-ci maddəsində nəzərdə tutulmuş halın doğurduğu hüquqi nəticələrlə eynidir. Şikayət olunan hərəkətsizlik həmin Qərarda müəyyən edilmiş istisnaya aid deyildir: şikayət ərizəsi və material ilə tanış edilməmək sübutların qiymətləndirilməsinə və ya ittihamın əsaslılığına aid olmadığından işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətinə toxunmur. Göstərilənlərə əsasən hesab edir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan material üzrə daxil olmuş şikayət ərizəsi və digər sənədlərlə onları tanış etməməsi, onların surətlərini verməməsi və bu barədə ərizəni qəbul etməməsi hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs tərəfindən Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədlinin hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət rədd edilmişdir. Həmin qərardan narazı qalan Şikayət verən şəxs və onun nümayəndəsi şikayətlə eyni məzmunlu apellyasiya şikayəti və əlavə verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, Hərəkətindən (qərarından) şikayət verilən orqan ***s-** saylı yoxlama materialı üzrə araşdırma aparan Binəqədi rayon prokurorunun köməkçisi Şəbinə Məmmədlinin vəkil Nümayəndə Şikayət verən şəxs nümayəndəsi qismində cinayət prosesinin iştirakçısı kimi tanımaması, bu barədə təqdim edilmiş ərizəni, onun qoşmalarını, habelə izahat verməkdən imtina barədə ərizəni qəbul etməməsi hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini və Hərəkətindən (qərarından) şikayət verilən orqan ***s-** saylı yoxlama materialı üzrə araşdırma aparan Binəqədi rayon prokurorunun köməkçisi Şəbinə Məmmədlinin material üzrə daxil olmuş şikayət ərizəsinin, alınmış izahatların və qəbul edilmiş qərarların, o cümlədən varsa məcburi gətirilmə barədə qərarın məzmununu açıqlamaması, onlarla tanış etməməsi və surətlərini verməməsi, habelə bu barədə təqdim edilmiş ərizəni qəbul etməməsi hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınında iştirak etmiş şikayətçi və onun müdafiəçisi appellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətn təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasınında prokurorluğun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, araşdırmanın qanunvericiliyin tələblərinə tam riayət edilməklə aparıldığından birinci instansiya məhkəməsinin qərarının dəyişdiirlmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş halları məcmu halında qiymətləndirərək belə hesab etmişdir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan və araşdırmanı aparan prokuror köməkçisi Səbinə Məmmədlinin şikayətçinin və nümayəndəsinin müraciət etmək, hüquqi yardımdan istifadə etmək və prosessual hüquqlarını həyata keçirmək imkanını qanunsuz olaraq məhdudlaşdıran hərəkət və ya hərəkətsizliyə yol verməsi iş materialları ilə öz təsdiqini tapmır. Şikayətçinin irəli sürdüyü hallar əsasən müraciətlərin təqdim və qeydiyyat formasına dair fikir ayrılığından irəli gəlmiş, lakin son nəticədə bütün müvafiq ərizələr rəsmi qaydada qəbul edilmiş, qeydiyyata alınmış və onlara prokurorluq tərəfindən münasibət bildirilmişdir. Belə ki, müraciətin bilavasitə araşdırmanı aparan vəzifəli şəxsə təqdim edilməsi və həmin şəxsdən müraciətin surəti üzərində “qəbul etdim” qeydinin aparılmasının tələb edilməsi müraciətin prokurorluq orqanında rəsmi qeydiyyata alınmasının yeganə üsulu hesab edilə bilməz. Dövlət orqanında sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsinin müəyyən edilmiş kargüzarlıq proseduruna uyğun həyata keçirilməsinin tələb olunması özlüyündə şəxsin müraciət etmək hüququnun məhdudlaşdırılması və ya müraciətin qəbulundan imtina edilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, iş üzrə sonrakı faktiki hallar göstərir ki, şikayətçinin və nümayəndəsinin müraciətlərinin prokurorluğa daxil olmasının qarşısı alınmamış, həmin müraciətlər geri qaytarılmamış və baxılmamış saxlanılmamışdır. Müraciətlər müəyyən edilmiş qaydada Hərəkətindən (qərarından) şikayət verilən orqan daxil olmuş, ## #### 2026-cı il tarixdə rəsmi qeydiyyata alınmış və aidiyyəti üzrə baxılması təmin edilmişdir. Bu baxımdan, ərizənin təqdim edilməsinin müəyyən edilmiş təşkilati-kargüzarlıq qaydasına riayət edilməsinin tələb olunmasını ərizənin qəbulundan imtina edilməsi kimi qiymətləndirmək üçün hüquqi və faktiki əsas mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəkil Nümayəndə müraciətləri cavabsız da saxlanılmamışdır. Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ###### 2026-cı il tarixli məktubları ilə onun müraciətlərinə münasibət bildirilmiş, material üzrə sənədlərin təqdim edilməsi ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 136.1 və 136.2-ci maddələrinin müddəaları, habelə prokurorluq orqanlarına müraciətlərin təqdim edilməsi və qeydiyyatı qaydaları ona izah edilmişdir. Beləliklə, işin faktiki halları prokurorluğun şikayətçinin və onun nümayəndəsinin müraciətlərini qəbul etməkdən yayınmasını deyil, həmin müraciətlərin müəyyən edilmiş qaydada qəbul edilərək qeydiyyata alınmasını, baxılmasını və onlara yazılı münasibət bildirilməsini təsdiq edir. Məhkəmə, həmçinin material üzrə sənədlərlə tanış olmaq və onların surətlərini əldə etmək tələbinə münasibətdə qeyd etmişdir ki, şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək hüququ yoxlama materialında olan bütün sənədlərin, o cümlədən digər şəxslər tərəfindən verilmiş izahatların, şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin qeyd-şərtsiz təqdim edilməsini tələb etmək hüququ ilə eyniləşdirilə bilməz. Şikayətçinin istinad etdiyi prosessual təminatların mövcudluğu özlüyündə yoxlama materialının bütün məzmununun və orada olan hər bir sənədin surətinin onun və ya nümayəndəsinin tələbi əsasında təqdim edilməli olması nəticəsini doğurmur. Nümayəndənin cinayət prosesinin iştirakçısı kimi tanınmaması barədə tələbə münasibətdə məhkəmə nəzərə alınmışdır ki, vəkil Nümayəndə Şikayət verən şəxs hüquqi yardım göstərməsi, səlahiyyətlərini təsdiq edən sənədlərin materiala əlavə edilməsi və prosesdə iştirakı ilə bağlı müraciəti də prokurorluq tərəfindən qəbul edilərək ## #### 2026cı il tarixdə rəsmi qeydiyyata alınmışdır. İş materiallarında prokurorluq tərəfindən həmin ərizənin geri qaytarılması, vəkilin səlahiyyətlərini təsdiq edən sənədlərin qəbulundan imtina edilməsi və ya onun hüquqi yardım göstərməsinin qarşısının alınmasına yönəlmiş hər hansı konkret prosessual hərəkətin həyata keçirilməsini təsdiq edən mötəbər sübut müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 451 -ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan vəzifəli şəxsinin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, material üzrə sənədlərlə tanış edilməməsi və surətlərinin verilməməsinin qanunsuz sayılması, habelə vəkil Nümayəndə onun nümayəndəsi qismində cinayət prosesinin iştirakçısı kimi tanınması barədə tələblərinin təmin edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar apellyasiya baxış mərhələsində də müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi Şikayət verən şəxs və onun nümayəndəsi ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs tərəfindən Binəqədi rayon prokurorunun köməkçisi Səbinə Məmmədlinin hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin rədd edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar