Məhkəmə qərarları › İş №6(3-6)-517/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-517/2026

31.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-517/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mahsunlu Kamran Şahin oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs İsmayıl oğlunun iştirakları ilə, Şikayət verən şəxs İsmayıl oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından Şikayət verən şəxs İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs İsmayıl oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstimtaq İdarəsinin böyük müstəntiqi X1 “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ###### 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Rauf Daşdəmirov) Şikayət verən şəxs İsmayıl oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Şikayət verən şəxs İsmayıl oğlu apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstimtaq İdarəsinin böyük müstəntiqi X1 “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ###### 2023-cü il tarixli qərarının ləğv edilməsini, Ədliyyə nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin müstəntiqi Fikrət Abbasəliyevin cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında # #### 2026-cı il tarixli ********* nömrəli qərarın ləğv edilməsinə, cinayət işi üzrə icraatın dayandırılması, təzələnməsi və icraata qəbul olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin Ədliyyə Nazirliyinin İstintaq idarəsinin üzərinə qoyulmasına və Baş Prokurorluğun ## ###### 2026-cı il tarixli *-*-***/*- ******/**** nömrəli və # ###### 2026-cı il tarixli *-*-***/*-******/**** nömrəli göstəriş məktublarının araşdırılması və araşdırma nəticəsində qəbul ediləcək qərarın qanunamüvafiq olaraq ona təqdim edilməsi öhdəliyinin Ədliyyə Nazirliyinin İstintaq idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı ##.##.2026-cı il tarixdə elan edilməklə çıxarılmış, qərardan şikayətçi Şikayət verən şəxs İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə tərtib edilməklə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Bununla da o, qanunla müəyyən edilmiş 3 günlük prosessual müddəti ötürmüş, müddətin bərpası barədə isə birinci instansiya məhkəməsinə vəsatət verməmişdir. Bununla da, Şikayət verən şəxs İsmayıl oğlu mübahisələndirilən qərar elan olunandan qanunla müəyyən edilmiş 3 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda, həmin şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, apellyasiya şikayəti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verən şəxsə buraxılmış prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 452-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Şikayət verən şəxs İsmayıl oğluna apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar