Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-518/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Yəhya qızının Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi, R X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq Müəyyən e t d i: İş materiallarından görünür ki, Şikayət verən şəxs Yəhya qızı məhkəmə nəzarəti qaydasında şikayət verərək, Bakı şəhəri, Xətai rayon prokurorunun köməkçisi R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilən ## ##### 2026-cı il tarixli, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın ləğv edilməsi və cinayət işinin araşdırılmasının Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs Yəhya qızının Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi, R X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayətçi ərizə ilə müraciət edərək artıq mübahisələndirilən qərar Bakı şəhər prokurorluğu tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün Nizami rayon prokurorluğuna göndərildiyindən apellyasiya şikayətindən imtina etdiyini bildirərək şikayətə baxılmasına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətindən imtina qəbul olunmalı və verilmiş şikayətə baxılmasına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərəra a l ı r: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Şikayət verən şəxs Yəhya qızının Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi, R X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №6(3-6)-518/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-518/2026
31.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver