Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-519/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Rəhimov Elmar Eldar oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şikayət verən şəxs şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən istintaqı aparılan cinayət iş üzrə şahid qismində cəlb olunmuş Şikayət verən şəxs ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə tərəfindən qəbul edilmiş qərarların icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz sayılması və müstəntiq barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X1 qərarının təsviri hissəsində qeyd olunmuş məhkəmə qərarlarını icra etməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Şikayət verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs müddətin ötürülməsinin qərarın gec təqdim edilməsindən qaynaqlandığını bildirmiş və məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası daxil olmuş materiallarla tanış olub hesab edir ki, Azərbaycan Respublikası CPM-in 452.1-ci maddəsinin tələblərinə əməl olunmadığından apellyasiya şikayətinə baxılmadan material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı ##.##.2026-cı il tarixdə elan edilməklə çıxarılmış, qərardan Şikayət verən şəxs tərəfindən şikayət ##.##.2026-cı il tarixində verilmişdir. Qərardan şikayət vermə müddətinin sonuncu günü ##.##.2026-cı il tarixi olmuşdur. Həmin şikayətdə müddətin bərpasına dair vəsatət verilməmiş və birinci instansiya məhkəməsi tərəfindən müddətin ötürülməsinə münasibət bildirilmədən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 3 (üç) günlük müddət buraxılmış, müddətin bərpa edilib-edilməməsi məsələsi müzakirə edilməmiş və münasibət bildirilməmişdir. Azərbaycan Respublikası CPM-in 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 452.1-ci maddəsinin tələblərinə əməl olunması üçün apellyasiya şikayəti üzrə material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə material Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452.1-ci maddəsinin tələblərinə əməl olunması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-519/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-519/2026
02.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver