Məhkəmə qərarları › İş №6(3-6)-520/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-520/2026

04.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑6(3-6)-520/2026 04.09.2026 BAKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən‑oğlunun‑katibliyi‑ilə M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, R Azər Əmiraslanovun ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd‑edilməsi‑haqqında”‑qərarının‑ləğv‑edilməsini‑xahiş‑etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ## ######## 2025-ci il tarixdə, saat 04:00 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 118-ci kilometrliyində X2 idarə etdiyi "X1" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, sürücünün sükan arxasında yuxulaması nəticəsində eyni hərəkət istiqamətində olan naməlum yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə o, ağır bədən xəsarətləri almışdır. Hadisə nəticəsində bir ildən artıqdır ki, əmək qabiliyyətini tamamilə itirmiş və müalicələri davam edir. Lakin işi araşdıran Azərbaycan Respublikası DIN-in Baş Ictimai Təhlükəsizlik Idarəsinin YNHDI üzrə Istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, R Azər Əmiraslanov tərəfindən HK-*/**** №-li material üzrə araşdırma səthi aparılmış, cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də məhkəmədən həmin qərarın qanunsuz hesab edilərək ləğv‑edilməsi‑xahiş‑edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs verdiyi şikayət təmin‑edilməmişdir. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və əlavə araşdırma aparılması üçün iş materiallarının Azərbaycan Respublikası Baş‑Prokurorluğuna‑qaytarılmasını‑xahiş‑etmişdir.‑‑ Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ## ######## 2025-ci il tarixdə, saat 04:00 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 118-ci kilometrliyində X2 idarə etdiyi "X1" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, sürücünün sükan arxasında yuxulaması nəticəsində eyni hərəkət istiqamətində olan naməlum yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə o, ağır bədən xəsarətləri almışdır. Hadisə nəticəsində 1 ildən artıqdır ki, əmək qabiliyyətini tamamilə itirmiş və müalicələri davam edir. Lakin işi araşdıran Azərbaycan Respublikası DIN-in Baş Istintaq və Təhqiqat Idarəsinin YNHDI üzrə Istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, R Azər Əmiraslanov tərəfindən HK-*/**** №-li material üzrə araşdırma səthi aparılmışdır. Yekunda təhqiqatçı tərəfindən ## ###### 2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda məhkəmə-tibbi ekspertizasının (*** №-li rəy) nəticələrinə əsasən sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulması faktının müəyyən edilməsinə baxmayaraq, fakt üzrə cinayət işi başlanmamış, cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən ##.##.2026-cı il tarixdə bununla bağlı Səbail rayon məhkəməsinə Azərbaycan Respublikası DIN-in Baş Istintaq və Təhqiqat Idarəsinin YNHDI üzrə Istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, R Azər Əmiraslanov tərəfindən qəbul edilmiş HK-*/**** №-li qərardan şikayət ünvanlamışdır. ##.##.2026-cı il tarixdə şikayətinə Səbail rayon məhkəməsi tərəfindən baxılmış, lakin yekunda elan olunan qərarı hüquqi bilikləri olmadığından başa düşməmişdir. Həmin gün saat 17:41-də e-məhkəmə sistemindən şikayətinin təmin edildiyi məzmunlu mesaj almışdır. ##.##.2026-cı il tarixdə yenidən yoxlatdırarkən qərarın sonradan dəyişdirilərək saat 18:14-də rədd edildi statusunda olduğunu görmüşdür. Qərarın sonradan dəyişdirilərək 'rədd edildi' statusunda göstərilməsindən və Səbail Rayon Məhkəməsinin şikayətini təmin etməməsindən narazı olduğu üçün həmin qərardan apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi, prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Həmçinin Şikayət verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması‑mümkün‑hesab‑edilmişdir Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.‑ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1‑ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində‑iştirak‑edən‑digər‑şəxslər‑tərəfindən‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını‑həyata‑keçirən‑məhkəməyə‑verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi‑üçün‑əhəmiyyət‑kəsb‑edən‑digər‑hallar‑yalnız‑sübutlar‑vasitəsilə‑müəyyən‑edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu‑cinayət‑təqibi‑üzrə‑icraat‑zamanı‑yalnız‑sübutlara‑əsasən‑müəyyən‑edilir. Həmin Məcəllənin 146.1-cı maddəsində müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və‑yekun‑nəticəyə‑gəlməyə‑imkan‑versin. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən‑saxlayır. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya‑prosessual‑rəhbərliyi‑həyata‑keçirən‑prokurorun. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti‑qaydasında‑şikayət‑vermək‑hüququ‑vardır. Həmin Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə‑449.2.3). Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə‑şikayət‑vermək‑hüququna‑malikdirlər. Məhkəmə belə hesab etmişdir ki, araşdırma zamanı, Cunayev Elşad Heybullah oglu və X3, Bi və Ti YNHDI üzrə Istintaq və təhqiqat şöbəsinə ərizə ilə müraciət edərək, ##.##.2025-ci il tarixdə Bakı-Qazax aytomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 118-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar "X1" markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 ogiu ilə barışdıglarını və ondan şikayəti olmadıgına görə X2 oglu barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə, qərar qəbul edilməsini xahiş etmişlər. Qüvvədə olan Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsində həmin məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda cinayət məsuliyyətindən azad edilməsi göstərilmişdir. CPM-nin 39.1.11 maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz. Həmçinin CPM-nin 40.3 maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.3 maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilənlərə istinadən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 40.3- cü maddəsinə uyğun olaraq cinayət təqibi başlanıla bilməzdi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarından-*(***)-****/**** saylı qərarının 18-ci bəndində qeyd edilmişdir ki, əgər zərərçəkmiş şəxs barışıqla bağlı iradəsini sərbəst şəkildə bildirirsə, bu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsini istintaq orqanına təqdim edirsə və ya bu iradəni məhkəmə qarşısında şifahi şəkildə bəyan edirsə və müvafiq yoxlamadan sonra istintaq orqanı və ya məhkəmə zərərçəkmişşəxsin barışıq barədə bəyanını əsas götürməklə qanunamüvafiq qaydada müvafiq qərar qəbul edirsə, zərərçəkmişşəxsin sonradan həmin qərardan şikayət etməsi, notariat qaydasında vermiş olduğu ərizəni notariat orqanında ləğv etdirməsi barışıqla bağlı qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı Cunayev Elşad Heybullah oglu və X3, Bi və Ti YNHDI üzrə Istintaq və təhqiqat şöbəsinə ərizə ilə müraciət edərək X2 oglu ilə barışdıglarını və ondan şikayəti olmadıgına görə X2 oglu barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bu səbəbdən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə‑uyğun‑olaraq‑cinayət‑təqibi‑başlanıla‑bilməzdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini‑yoxlayarkən‑düzgün,‑əsaslı‑və‑qanuni‑nəticəyə‑gəlmişdir.‑ Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.‑‑ Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual‑Məcəlləsinin‑449-451, 452-454-cü‑maddələrini‑rəhbər‑tutaraq, Q Ə R A R A A L D İ: Şikayət‑verən‑şəxs‑tərəfindən‑verilmiş‑apellyasiya‑şikayəti‑təmin‑edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, R Azər Əmiraslanovun ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən‑saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar