Məhkəmə qərarları › İş №6(3-6)-522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-522/2026

02.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-522/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər Rəhimov Elmar Eldar oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş verilmiş Binəqədi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin üzərinə vəsatətin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli və Şikayət verən şəxs ittiham və axtarış elan edilməsi barədə qərarların ləğv edilməsi vəzifələrinin qoyulmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında müraciət edərək, Binəqədi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin üzərinə Binəqədi rayon prokurorunun vəsatətinin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli və Şikayət verən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham və axtarış elan edilməsi barədə qərarların ləğv edilməsi vəzifələrinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş verilmiş Binəqədi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin üzərinə vəsatətin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli və Şikayət verən şəxs ittiham və axtarış elan edilməsi barədə qərarların ləğv edilməsi vəzifələrinin qoyulmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətə mahiyyəti üzrə baxılması, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin Istintaq şöbəsinin üzərinə vəsatətin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli qərarının hüquqi qiymətləndirilməsi üçün materialların birinci instansiya məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, müstəntiq axtarış səlahiyyətindən sui-istifadə etmək üçün ittihamı süni şəkildə ağırlaşdırmışdır. Axtarış qərarı müstəntiqin uydurduğu qanunsuz ittiham üzərində qurulmuşdur. Işin materiallarından aşkar göründüyü kimi, hadisə ##.##.2026-cı il tarixdə mənzildə, ər arvad (Şikayət verən şəxs və Süleymanova Gülnarə) arasında baş vermiş mübahisəsidir. Iş ilkin olaraq tamamilə düzgün olaraq CM-nin 127.1-ci maddəsi ilə (sadə az ağır zərər vurma) başlanılmışdır. Lakin müstəntiq ##.##.2026-cı il tarixdə heç bir yeni faktiki hal olmadan əməli süni şəkildə CM-nin 127.2.3-cü maddəsinə (xuliqanlıq niyyəti ilə) tövsif etmişdir. Müstəntiqin ittihamı ağırlaşdırmaqda yeganə gizli məqsədi – mütənasiblik prinsipini pozaraq, şəxs barəsində axtarış elan etmək üçün hüquqi manipulyasiya bazası formalaşdırmaq olmuşdur. Çünki adi ailə davasına görə axtarış qərarının verilməsi qanunsuz olduğundan, müstəntiq işə süni şəkildə "xuliqanlıq" donu geyindirmişdir. Belə olduğu halda həbs axtarış və s. prosessual təsir forması tətbiq etmək mümkündür. Birinci instnasiya məhkəməsi yuxarı məhkəmə instansiyalarının preyudisial əhəmiyyətli qərarlarnın nəzərə almamışdır. Ali Məhkəmənin Plenum Qərarlarına əsasən, şəxsi münasibətlər zəminində, qapalı məkanda (mənzildə), ailə üzvləri arasında baş verən ixtilaflar heç bir halda xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Xuliqanlıq cəmiyyətə, ictimai qaydaya aşkar hörmətsizlikdir. Evdə ər-arvad arasında bilet üstündə düşən mübahisədə ictimai qaydanın pozulması motivi ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə ## ###### 2006-cı il tarixli Qərarına əsasən, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq niyyəti sübut olunmayıbsa, əməl xuliqanlıq sayıla bilməz. Müstəntiq cinayət tərkibinin bu mütləq əlamətini saxtalaşdırmışdır. Şəxin qeydiyyat və faktiki yaşayış yeri bəlli olduğundan axtarış əsassızdır. Şikayət verən şəxs istintaqdan qaçıb gizlənməmişdir. Onun daimi qeydiyyat və yaşayış ünvanı (ünvan 1etməsi əvvəlcədən planlaşdırılmış əmək fəaliyyəti və onkoloji xəstə olan anasının əməliyyatı ilə bağlı məcburiyyətdir. Istintaq orqanı heç bir rəsmi çağırış göndərmədən, qanuni prosedurları icra etmədən birbaşa axtarış elan etmişdir ki, bu da prosesin birtərəfli aparılmasının sübutudur. Hərəkətindən (qərarından) şikayət verilən orqan bu dərəcədə kobud qanunsuzluqlara göz yumaraq vəsatəti formal rədd etmişdir. Prokurorluq nəzarətinin haray vermədiyi və səmərəsiz olduğu bir şəraitdə, birinci instansiya məhkəməsinin də şikayəti geri qaytarması vətəndaşı tamamilə hüquqi müdafiəsiz və çarəsiz vəziyyətdə qoyur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişlər. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Cinayət-Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayət ərizəsini araşdıraraq haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi göstərilmiş və hazırkı müraciətdə göstərilən hərəkətlər həmin maddənin təsir altına düşmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII Fəsli ilə təsbit edilmiş məhkəmə nəzarəti institutu, məhkəməyədək icraat mərhələsində şəxslərin Konstitusiya ilə təminat altına alınmış fundamental hüquq və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyan xüsusi və müstəsna bir icraat növüdür. Bu icraatın predmeti qanunverici tərəfindən dəqiq və məhdud şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyataxtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. CPM-in 449.3-cü maddəsi məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcək prosessual hərəkət və qərarların tam və qapalı siyahısını təqdim edir. Həmin siyahıya cinayət işinin başlanmasının rədd edilməsi, tutulma, həbs, icraatın dayandırılması və ya xitam verilməsi kimi, birbaşa şəxsin hüquqi statusuna və azadlıqlarına təsir edən qərarlar və hərəkətlər daxildir. Göründüyü kimi, qanunvericilik konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi mümkünlüyünü müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və yuxarda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122.6, 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar