Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-524/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Bakı Istintaq Təcridxanasının “Cərimə təcridxanasına yerləşdirilməsi barədə” ##.##.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, Bakı Istintaq Təcridxanasının “Cərimə təcridxanasına yerləşdirilməsi barədə” ##.##.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, AR ƏN PX-in Bakı istintaq təcridxanasının rəisinin ##.##.2019-cu il tarixli qərarı ilə barəsində “07 (yeddi) gün müddətə cərimə təcridxanasına yerləşdirilmə” növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərarın qanunsuz, əsassız, ədalətsiz və qərəzli hesab etdiyini bildirmişdir. Belə ki, qərarda “karantin korpusunda onun üçün təyin edilmiş kameraya getməkdən imtina etməsi, rejim pozuntusu” kimi göstərilmişdir. Halbuki, onun izahatında ##.##.2019-cu il tarixindən barəsindəki ədalətsiz məhkəmə qərarlarına etiraz etdiyi üçün yemək qəbulundan imtina etdiyi və buna görə də qanunvericiliyə uyğun olaraq digər həbs olunmuş şəxslərdən ayrı saxlanmağını xahiş etdiyi qeyd olunmuşdur. Izahatından sonra karantin korpusunda 2 nəfərlik kameraya yerləşdirilmişdir. Yəni, heç bir rejim pozuntusu olmamışdır. Qeyd olunanları nəzərə alaraq ərizəni icraata qəbul edərək xahişin mahiyyətinin araşdırılmasını, Bakı istintaq təcridxanasından qeyd olunan qərarın və ona aid sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsinin tələb edilməsini, qərara və sənədlərə imza etmiş Bakı istintaq təcridxanasının bütün əməkdaşlarının məhkəməyə dəvət edilərək dindirilməsini, BIT-in ##.##.2019-cu il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini, bütün məhkəmə iclaslarında iştirakının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Bakı Istintaq Təcridxanasının “Cərimə təcridxanasına yerləşdirilməsi barədə” ##.##.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı əsassızdır və ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən orqanların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən orqanların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxsin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2019-cu il tarixli aktdan görünür ki, Ali Məhkəmənin qərarına əsasən ##.##.2019-cu il tarixdə, təxminən saat 14:30 radələrində * saylı CÇM-dən Bakı Istintaq Təcridxanasına gətirilmiş 1970-ci il təvəllüdlü, AR CM-nin 178.3.2, 179.3.2, 308.2-ci maddələri ilə 12 il müddətinə məhkum edilmiş şəxs Şikayət verən şəxs karantin korpusunda təcridxana rəhbərliyi tərəfindən ona təyin olunmuş kameraya getməkdən imtina etmiş, tutulan haqlı iradlara məhəl qoymamışdır. “Həbs olunmuş şəxsin cərimə təcridxanasında yerləşdirilməsi” barədə ##.##.2019-cu il tarixli qərardan görünür ki, Şikayət verən şəxs karantin korpusunda təcridxana rəhbərliyi tərəfindən ona təyin olunmuş kameraya getməkdən imtina etmiş, bununla da o rejimin tələblərini pozmuş, 07 (yeddi) gün müddətə cərimə təcridxanasına yerləşdirilmişdir. ##.##.2019-cu il tarixli izahatından görünür ki, ##.##.2019-cu il tarixdə Pentensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsindən Bakı Istintaq Təcridxanasına Ali Məhkəmədə aparılan məhkəmə prosesi ilə əlaqədar gətirilmişdir. O, ##.##.2019-cu il tarixdən cinayət işi ilə əlaqədar olaraq Bakı istintaq Təcridxanasında ona təyin olunmuş kameraya getməkdən imtina edir. Müəssisə əməkdaşlarından və saxlama şəraitindən heç bir narazılığı yoxdur. Izahatı özü yazmış, heç bir əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasının rəisi Elnur Ismayılov tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ##.##.1970-ci il tarixde Masallı rayonunda doğulmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələrinə əsasən təqsirli bilinərək 14 il, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarına əsasən 12 il müddətə müddətə azadlıqdan məhrum edilmiş, məhkum Şikayət verən şəxs ##.##.2016- cı il tarixdə Bakı istintaq təcridxanasına qəbul edilərkən ona hüquq və vəzifələri izah olunmuş, ilkin tibbi müəyinədən, həkim heyəti tərəfindən kompleks tibbi yoxlamadan keçirilmiş, zəruri maddi-məişət və tibbi sanitariya şəraiti ilə təmin edilmiş, insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə saxlanılması üçün lazımı şərait yaradılmışdır Bakı istintaq təcridxanasında saxlandığı müddət ərzində məhkum Şikayət verən şəxs qarşı istər müəssisə əməkdaşları tərəfindən, istərsə də müəssisədə saxlanılan digər məhkum və həbs olunmuş şəxslər tərəfindən hər hansı bir fiziki və ya mənəvi təzyiqlərin, amansız rəftarın eləcə də ləyaqətinin alçaldılması halları olmamışdır. Bakı istintaq təcridxanasında saxlandığı müddət ərzində təhlükəsizliyi tərəfimizdən tam təmin olunmuşdur. Məhkum Şikayət verən şəxs Bakı istintaq təcridxanasında saxlandığı müddət ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün hüquqlarından maneəsiz istifadə etmişdir. Təcridxana rəhbərliyi tərəfindən məhkum Şikayət verən şəxs qarşı hər hansı maneə yaradılmamışdır. ##.##.2019-cu il tarixdə məhkum Şikayət verən şəxs karantin korpusunda ona təyin edilmiş kameraya getməkdən imtina etmişdir. Bununlada o daxili rejim qaydalarını pozduğu üçün 07 gün müddətə cərimə təcridxanasına keçirilmişdir. Bakı istintaq təcridxanasında saxlandığı müddət ərzində məhkum Şikayət verən şəxs qida qəbulundan imtina etməsi barədə təcridxana rəhbərliyinə yazılı və ya şifahi formada müraciət etməmiş, təcridxana tərəfindən gün ərzində 3 dəfə verilən yeməkləri qəbul etmişdir. ##.##.2026-cı il tarixdə məhkum Şikayət verən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şikayət verən şəxs karantin korpusunda ona təyin edilmiş kameraya getməkdən imtina etmişdir. Bununla da o, daxili intizam qaydalarını pozduğuna görə 7 gün müddətinə cərimə təcridxanasına yerləşdirilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq bu pozuntu ilə bağlı akt tərtib edilmiş, Şikayət verən şəxs izahatı alınmış və bunun nəticəsi olaraq həbs olunmuş şəxsin cərimə təcridxanasında yerləşdirilməsi barədə ##.##.2019-cu il tarixli qərar qəbul edilmişdir. Belə ki, Şikayət verən şəxs ##.##.2019-cu il tarixli izahatından görünür ki, ##.##.2019-cu il tarixdə Pentensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsindən Bakı Istintaq Təcridxanasına Ali Məhkəmədə aparılan məhkəmə prosesi ilə əlaqədar gətirilmişdir. O, ##.##.2019-cu il tarixdən cinayət işi ilə əlaqədar olaraq Bakı istintaq Təcridxanasında ona təyin olunmuş kameraya getməkdən imtina edir. Müəssisə əməkdaşlarından və saxlama şəraitindən heç bir narazılığı yoxdur. Izahatı özü yazmış, heç bir əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. Şikayət verən şəxs ərizəsində heç bir rejim qaydasını pozmadığını bildirsə də, məhkumun şəxsi işindən görünür ki, onun karantin korpusunda təcridxana rəhbərliyi tərəfindən ona təyin olunmuş kameraya getməkdən imtina etməsi, tutulan haqlı iradlara məhəl qoymaması tərtib edilmiş ##.##.2019-cu il tarixli Akt, ##.##.2019-cu il tarixli izahatı və ##.##.2019-cu il tarixli qərarı ilə öz təsdiqini tapır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bakı Istintaq Təcridxanası nın rəisi Elnur Ismayılov tərəfindən qəbul edilmiş “Həbs olunmuş şəxsin cərimə təcridxanasına yerləşdirilməsi barədə” ##.##.2019-cu il tarixli qərarın ləğv edilməsi üçün qanunvericilkdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Həmçinin məhkəmə araşdırması zaman şikayət verən şəxs Şikayət verən şəxs tərəfindən qərarın ləğvi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Kollegiya belə hesab edir ki, birinci instaniya məhkəməsi barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai istintaq aparmış şəxs kifayət qədər araşdırma aparmışdır, bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlar araşdırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini yoxlayarkən düzgün, əsaslı və qanuni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Bakı Istintaq Təcridxanasının “Cərimə təcridxanasına yerləşdirilməsi barədə” ##.##.2019-cu il tarixli qərarının qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov
Məhkəmə qərarları › İş №6(3-6)-524/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-524/2026
04.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver