Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-525/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, şikayət verən Şikayət verən şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi, R X3 ##.##.2026-cı il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə X1 barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Qərarda qeyd olunmuşdur ki, istintaq zamanı zərərçəkmiş şəxs Camalova (Əliyeva) Təranə Aydın qızı ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi üzrə təqdimat verilən ##.##.2025-ci il tarixədək 12305 (on iki min üç yüz beş) manat borcunun X1 tərəfindən tam olaraq ödənildiyini nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. X2 istintaqa təqdim etdiyi ərizəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi üzrə təqdimat verilən ##.##.2025-ci il tarixədək 12305 (on iki min üç yüz beş) manatın onun xeyrinə tam olaraq ödədiyini nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmin qərarın surətini ona verilməmiş, qərarda qeyd olunan hallardan xəbəri olmamışdır. X1 Rayon Məhkəməsində iddia verərək birgə nikah dövründə inşa edilmiş evə çəkilmiş xərclərin yarısını tələb etmiş və bu zaman o, həmin qərarın surətini israrla şikayətlər etdikdən sonra ala bilmişdir. Qərarla tanış olan zaman müəyyən etmişdir ki, guya o ərizə verərək borcun tam ödənildiyini bildirmişdir. Lakin onun tərəfindən hər hansı ərizə verilməmişdir. Belə ki, X1 12305 manat aliment borcu yaranmış və onun barəsində cinayət işi başlanılmışdır. Həmin vaxt X1 istintaqda onunla şifahi razılığa gəlmiş, həmin razılığa əsasən X1 evdən və evə dair hər şeydən imtina etmiş, o isə yığılmış 12305 manat aliment borcundan imtina etmişdir. Daha sonra müstəntiqlə danışıb vaxt istəmiş və X1 notariatda ərizə verərək işıq, su və qazın abonent kodunun onun adına dəyişdirilməsinə razılıq vermişdir. Bundan sonra isə o, müstəntiqə dəfələrlə zəng edib razılıqları ilə bağlı ərizə verməklərinin vacib olduğunu bildirmişdir. Müstəntiq isə hər iki tərəfi dəvət edəcəyini bildirsə də, onlara məlumat vermədən əsassız olaraq guya tərəflərin yuxarıdakı məzmunda ərizə verdiklərini qeyd etmişdir. Lakin hər hansı ərizə verilməmiş, yığılmış borc isə X1 tərəfindən ödənilməmiş və hazırda onun 20000 manata yaxın borcu yığılmışdır. Aliment borcunu ödəməkdən qəsdən yayınmış və ödəmək istəməmişdir. Əgər həqiqətən də yığılmış aliment onun tərəfindən ödənilmişdirsə sübut təqdim edilməlidir. Yığılmış borc icra qanunvericiliyinə görə icranın depozitinə köçürülməli və daha sonra tələbkara verilməli idi. Ümumiyyətlə heç bir qaydada borc ödənilməmişdir. Müstəntiq isə qanunsuz qərar qəbul etmişdir. Hesab etmişdir ki, kobud pozuntulara yol verdiyi üçün müstəntiqin də barəsində xüsusi qərar qəbul edilməlidir. Tərəflərdən ərizə almadığı təqdirdə guya ərizə alındığını və borcun ödənildiyini qərarda qeyd etmiş, 4 uşağa qayğı göstərən ananın vəziyyətini daha da ağırlaşdırmışdır. X6 bu kimi digər qanunazidd hərəkətlərinin nəzərə alınaraq, prosessual hərəkətindən məhkəmə qaydasında verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Həmin qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərarda qeyd olunmuşdur ki, istintaq zamanı zərərçəkmiş şəxs Camalova (Əliyeva) Təranə Aydın qızı ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi üzrə təqdimat verilən ##.##.2025-ci il tarixədək 12305 (on iki min üç yüz beş) manat borcunun X1 tərəfindən tam olaraq ödənildiyini nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, X2 istintaqa təqdim etdiyi ərizəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi üzrə təqdimat verilən ##.##.2025-ci il tarixədək 12305 (on iki min üç yüz beş) manat zərərçəkmiş şəxs Camalova (Əliyeva) Təranə Aydın qızının xeyrinə tam olaraq ödədiyini nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmin qərarın surəti ona verilməmişdir. Qərarda qeyd olunan hallardan xəbəri olmamışdır. Daha sonra X1 rayon Məhkəməsində iddia verərək birgə nikah dövründə inşa edilmiş evə çəkilmiş xərclərin yarısını tələb etmiş və bu zaman o, həmin qərarın surətini israrla şikayətlər etdikdən sonra ala bilmişdir. Qərarla tanış olan zaman müəyyən etmişdir ki, guya o ərizə verərək borcun tam ödənildiyini bildirmişdir. Lakin tərəfindən hər hansı ərizə verilməmişdir. Belə ki, məsələnin məğzi ondan ibarətdir ki, X1 12305 manat aliment borcu yaranmış və onun barəsində cinayət işi başlanılmışdır. Həmin vaxt X1 istintaqda onunla şifahi razılığa gəlmişdir. Razılığa əsasən X1 evdən və evə dair hər şeydən imtina etmiş, o, isə yığılmış 12305 manat aliment borcundan imtina etmişdir. Daha sonra müstəntiqlə danışıb vaxt istəmişlər və X1 notariatda ərizə verərək işıq, su və qazın abonent kodunun onun adına dəyişdirilməsinə razılıq vermişdir. Bundan sonra müstəntiqə dəfələrlə zəng edib razılıqları ilə bağlı ərizə verməklərinin vacib olduğunu bildirmişdir. Müstəntiq isə hər iki tərəfi dəvət edəcəyini bildirsə də, onlara məlumat vermədən əsassız olaraq guya tərəflərin yuxarıdakı məzmunda ərizə verdiklərini qeyd etmişdir. Lakin hər hansı ərizə verilməmiş və yığılmış borc isə X1 tərəfindən ödənilməmişdir və hazırda onun 20 000 manata yaxın borcu yığılmışdır və aliment borcunu ödəməkdən qəsdən yayınır və ödəmək istəmir. Hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlar məhkəmə tərəfindən araşdırılmalıdır. Belə ki, əgər həqiqətən də yığılmış aliment onun tərəfindən ödənilmişdirsə sübut təqdim edilməlidir. Yığılmış borc icra qanunvericiliyinə görə icranın depozitinə köçürülməli və daha sonra tələbkara verilməli idi. Ümumiyyətlə heç bir qaydada borc ödənilməmişdir. Müstəntiq isə kobud qanunsuzluğa yol vermiş və qanunsuz qərar qəbul etmişdir. Hesab edir ki, müstəntiqin də barəsində xüsusi qərar qəbul edilməlidir. Çünki kobud pozuntulara yol vermişdir. Tərəflərdən ərizə almadığı təqdirdə qərarda qeyd edilmişdir ki, guya ərizə alıb və borc ödənilmişdir. 4 uşağa qayğı göstərən ananın vəziyyətini daha da ağırlaşdırmışdır. Göründüyü kimi qərar tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmamış, müstəntiq və X1 dindirilməmiş və bununla bağlı cinayəti işi materiallarına baxış keçirib kifayət qədər araşdırılma aparılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Istintaq Idarəsinin böyük müstəntiqi, R X3 ##.##.2026-cı il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv olunmalı iş yenidən əlavə istintaq hərəkətləri aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Istintaq Idarəsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayət verən Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, D.Bədəlova borclunun evdən imtina etməsi müqabilində alimentdən imtina edəcəyini bildirmişdir. X4rşı şikayət və tələbinin olmadığını qeyd etmiş lakin Dinar Bədəlova bildirmişdir ki, ərizədə hansı əsasnan şikayət və tələbinin olmamasını qeyd etmək üçün hər hansı bir formada qeydiyyat aparılmasına şərait yaradılsın. D.Bədəlov da onu çağıracağını bildirmişdir. Lakin bundan sonra dəfələrlə D.Bədəlova zəng edərək nə vaxt çağırılacağını soruşmuş lakin D.Bədəlov ona məzuniyyətdə olduğunu demiş və sonra da çağırmamışdır. Sonuncu dəfə D.Bədəlov ilə danışan zaman isə sonuncu ona artıq iş üzrə icraata xitam verdiyini bildirmişdir. Belə ki, o, borclunun evdən imtina etməsi qarşılığında həmin ərizəni yazmışdır. Dinar Bədələvoun işə aliment borcu ödənilməsi səbəbi ilə xitam verməsini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iş gedən zaman öyrənmişdir. Bir daha qeyd edir ki, A.Əliyev tərəfindən mövcud olan aliment borcu bu günə qədər də ödənilməmişdir. Iş materiallarında olan ərizəni A.Əliyevin kommunal xidmətləri onun adına keçirtməsi qarşılığında imzalamışdır. Lakin həmin ərizəni imzalayan zaman oxumamış və orada aliment borcunun tam ödənilməsi barədə yazı olduğunu bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, Şikayət verən şəxs X1 ilə şifahi razılıq əldə etdikləri üçün ərizədə aliment borcu tam ödənilmiş kimi göstərilmişdir. Əslində isə A.Əliyev evdən imtina etmiş və Şikayət verən şəxs da bunun qarşılığında həmin ərizəni vermişdir. Lakin hazırda Suraxanı Rayon Məhkəməsində tərəflər arasında mənzillə bağlı mübahisə davam edir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və material yenidən baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə qaytarılmalıdır. Iş materiallarında olan Zərərçəkmiş şəxs Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə ünvanladığı ##.##.2026-cı il tarixli ərizəsinin surətindən görünür ki, X1 tərəfindən ## ###### 2025-ci il tarixədək olan 12305 manat aliment borcunu ödənildiyi üçün ona qarşı heç bir tələb və şikayəti olmadığını bildirmiş, X1 barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu ərizə Şikayət verən şəxs tərəfindən imzalanmışdır. Iş materiallarında olan zərərçəkmiş şəxs Şikayət verən şəxs ##.##.2026-cı il tarixli əlavə dindirilməsi haqqında protokoldan görünür ki, Şikayət verən şəxs əlavə ifadəsi ilə ərizədə göstərilənləri təsdiq etmiş, ifadəni oxuduğunu, heç bir əlavəsinin olmadığını, düzgünlüyünü imzası ilə təsdiq etdiyini öz xətti ilə qeyd etməklə protokolu imzalamışdır. Iş materiallarında olan “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Istintaq Idarəsinin böyük müstəntiqi X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından görünür ki, X1 barəsində olan Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov ilə razılaşdırılmışdır. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, Cinayət işin materiallarından görünür ki, zərərçəkmiş şəxs Şikayət verən şəxs tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə təqdim edilmiş ərizədə X1 tərəfindən ## ###### 2025-ci il tarixədək olan 12305 manat aliment borcunun ödənildiyi göstərilmiş, bununla əlaqədar onun X1 qarşı heç bir tələb və şikayətinin olmadığı bildirilmiş və sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsi xahiş edilmişdir. Həmin ərizə şəxsən Şikayət verən şəxs tərəfindən imzalanmışdır. Bununla yanaşı, ##.##.2026-cı il tarixli əlavə dindirmə protokolundan görünür ki, Şikayət verən şəxs ərizədə göstərilən halları ifadəsi ilə təsdiq etmiş, ifadəni oxuduğunu, heç bir əlavəsinin olmadığını və ifadənin düzgünlüyünü imzası ilə təsdiq etdiyini öz xətti ilə qeyd etmişdir. Məhkəmə iclasında isə şikayət vermiş şəxs həmin ərizə və ifadənin özünün imzası ilə rəsmiləşdirildiyini təsdiq etmiş, hətta ifadənin alt hissəsini öz xətti ilə yazdığını, həmin vaxt X1 ilə aralarında şifahi razılığın olduğunu, bu səbəbdən ərizənin yazılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Şikayət verən şəxs tərəfindən əvvəlki prosessual sənədlərin onun iradəsi və iştirakı olmadan rəsmiləşdirilməsi, imzanın ona məxsus olmaması və ya imzanın məcburiyyət altında alınması barədə mötəbər sübut təqdim edilməmiş, əksinə, onun hazırkı izahatı əvvəlki ərizə və ifadədəki imza və yazının ona məxsus olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, şəxsin prosessual hərəkəti könüllü şəkildə həyata keçirdiyini, həmin sənədi şəxsən imzaladığını və sənəddə ifadə edilmiş iradənin məzmununu təsdiq etdiyini sonradan inkar etməsi, özü-özlüyündə həmin prosessual hərəkətin hüquqi əhəmiyyətini aradan qaldırmır. Əks yanaşma cinayət prosesi iştirakçılarının öz iradələri ilə etdikləri prosessual hərəkətlərin hüquqi nəticələrinin qeyri-müəyyənliyinə gətirib çıxara bilər. Belə ki, hazırkı iş üzrə müəyyən edilmişdir ki, cinayət təqibinə xitam verilməsi barədə qərarın qəbulundan sonra X1 ilə Şikayət verən şəxs arasında birgə nikah dövründə inşa edilmiş evə dair mülki xarakterli mübahisə yaranmış və X1 tərəfindən Suraxanı Rayon Məhkəməsində müvafiq iddia qaldırılmışdır. Şikayət verən şəxs hazırkı şikayətinin verilməsi də həmin mülki mübahisənin yaranması ilə bilavasitə əlaqəlidir. Məhkəmə hesab edir ki, şəxsin sonradan başqa hüquqi mübahisə çərçivəsində əvvəlki mövqeyindən fərqli mövqe tutması, habelə cinayət təqibinə xitam verilməsindən sonra həmin şəxsin əvvəlki ərizə və ifadəsinin hüquqi nəticələrini aradan qaldırmaq istəməsi, əgər əvvəlki prosessual hərəkətin saxtalaşdırıldığına, məcburetmə yolu ilə alındığına və ya digər mühüm prosessual pozuntuya yol verildiyinə dair mötəbər sübutlarla təsdiq edilmirsə, istintaqın yenidən başlanması üçün kifayət edən əsas kimi qəbul edilməməlidir. Əks halda, cinayət təqibinə xitam verilməsi üçün qanunla müəyyən edilmiş şərtlər mövcud olduqdan və həmin şərtlər əsasında prosessual qərar qəbul edildikdən sonra zərərçəkmiş şəxsin sonrakı subyektiv mövqeyinin dəyişməsi istənilən vaxt cinayət təqibinin yenidən davam etdirilməsinə səbəb ola bilər ki, bu da hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri ilə uzlaşmır. Beləliklə, məhkəmə hesab edir ki, ##.##.2026-cı il tarixli qərar qəbul edilərkən iş materiallarında CM-in 306-cı maddəsinin “Qeyd” hissəsinin tətbiqinə əsas verən hallar müəyyən edilmiş, zərərçəkmiş şəxs həmin vaxt öz iradəsini yazılı ərizə və sonrakı ifadəsi ilə açıq şəkildə ifadə etmiş, bu iradənin məcburiyyət, təzyiq və ya digər qanunsuz təsir nəticəsində formalaşması məhkəmə baxışı zamanı müəyyən edilməmiş, əksinə, zərərçəkmiş şəxs həmin sənədlərin ona məxsus olduğunu təsdiq etmişdir. Bu səbəbdən sonradan yaranmış mülki mübahisə, həmin mübahisə çərçivəsində tərəflərdən birinin digərindən əmlak tələbi irəli sürməsi və bunun ardınca zərərçəkmiş şəxsin əvvəlki mövqeyindən fərqli mövqe tutması, özüözlüyündə cinayət təqibinə xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli qərarın qanunsuz hesab edilməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllədə xüsusi icraatlar sırasında məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat (442-454-cü maddələr) hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Həmin məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət işi üzrə icraata xitam verilməsi haqqında (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Məhkəmənin qərarından görünür ki, şikayətin dəlillərinə münasibət bildirilməmiş, ümumi ifadələrlə cinayət təqibi orqanının qərarının qanuniliyi yoxlanılmış, cinayət işi üzrə xitam verilməsinə dair qərarda olan ziddiyyətli mövqeyə münasibət bildirilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı Şikayət verən şəxs ifadəsində bildirmişdir ki, o, Əliyev Amidə qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini sonuncunun evdən imtina etməsi qarşılığında vermişdir. Lakin həmin ərizəni oxumadan imzalamış və orada aliment borcunun tam ödənilməsi qeydinin olduğuna fikir verməmişdir. Həmçinin müstəntiq X3 apellyasiya baxışı zamanı ifadəsində bildirdi ki, Şikayət verən şəxs ilə X1 arasında şifahi razılıq əldə edilmiş və bu səbəbdən ərizədə aliment borcu tam ödənilmiş kimi göstərilmişdir. Əslində isə A.Əliyev evdən imtina etmiş və Şikayət verən şəxs da bunun qarşılığında həmin ərizəni vermişdir. Məhkəmə hesab edir ki, Şikayət verən şəxs ##.##.2026-cı il tarixli ərizəni oxumadan imza atdığından orada “aliment borcu tam ödənildiyindən” qeydinin olduğunu görməmiş, müstəntiq X3 da bu barədə tərəfi məlumatlandırmamışdır. Işin mübahisəsiz halıdır ki, Şikayət verən şəxs tərəfindən həmin ərizə A.Əliyevin evdən imtinası qarşılığında verilmiş və aliment borcu A.Əliyev tərəfindən ödənilməmiş olaraq qalmaqdadır. Bunu həm müstəntiq həm də tələbkar öz ifadələri ilə məhkəmə iclasında təsdiq etmişlər. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 tərəfindən iş üzrə araşdırma hərtərəfli və tam aparılmalı, iş üzrə prosessual hərəkətlər yerinə yetirilməli, tərəflər arasında barışıq sazişi mövcud olduğu halda iş üzrə hər iki tərəfin ərizələri alınmalı, həmin ərizələr və barışıq sazişi notarial qaydada təsdiq olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında”qərarının qanuni hesab edilməsi cinayət prosessual qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə yuxarıda göstərilən hallar, həmçinin araşdırmanın gedişində müəyyən olunmuş digər hallar araşdırılmalı, toplanmış həmin sübutlara, habelə iş materiallarında olan digər sübutlara obyektiv hüquqi qiymət verilərək konkret əsasa istinad etməklə qanuni nəticəyə gəlinməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və hazırkı material mahiyyəti üzrə yenidən baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 452, 453-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından verilən şikayətin rədd edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin böyük müstəntiqi X3 ## #### 2026-cı il tarixli “********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı qanunsuz hesab edilərək ləğv edilsin. Qərar araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə göndərilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №6(3-6)-525/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-525/2026
07.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver