Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-527/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər Rəhimov Elmar Eldar oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin təhqiqatçısı X1, müstəntiq X2 və əməliyyatçı X4 hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməklə geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin təhqiqatçısı X1, müstəntiq X2 və əməliyyatçı X4 hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkum Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində (BMCMI) X5 üzərində şəxsi axtarış və götürmə aparılarkən, eləcə də həmin gün onun yaşadığı evdə baxış və götürmə aparılarkən BMCMI-in baş əməliyyat müvəkkili X4 pul əskinaslarını əlcəksiz sayaraq və silaha əlcəksiz toxunaraq əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qaydaları pozmuş və sözügedən əşyaların maddi sübuti əhəmiyyətini aradan qaldırmışdır. Ramil Səlimov ## ###### 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın icraatında olmuş *(***)-***/**** nömrəli cinayət işi üzrə dindirilərkən bildirmişdir ki, götürülən əşyalara əlcəksiz toxunmaqla bağlı göstəriş təhqiqatçı X1 tərəfindən verilib. Bundan əlavə, ## #### 2023-cü il tarixdə X5 yaşadığı evdə, 23- ## #### 2023-cü il tarixlərdə X3 qeydiyyatda olduğu evdə axtarış və götürmə aparılarkən müstəntiq X2 pul əskinaslarını əlcəksiz sayaraq qəsdən onların maddi sübuti əhəmiyyətini aradan qaldırmışdır. X5 ## #### 2023-cü il tarixdə, X3 ## #### 2023-cü il tarixdə, Şikayət verən şəxs ## ###### 2023-cü il tarixdə müstəntiq X2 tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə məsuliyyətə cəlb edilmişlər. X5 üzərindən götürülən saxta pul əskinasları ## #### 2023-cü il tarixdə, silah ## #### 2023-cü il tarixdə, yaşadığı ünvandan götürülən saxta pul əskinasları isə ## ###### 2023-cü il tarixdə, X3 qeydiyyatda olduğu ünvandan götürülən saxta pul əskinasları isə ## ##### 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Bütün bu qeyd olunanlara əsasən, Şikayət verən şəxs işi üzrə maddi sübut kimi tanınmış saxta pul əskinaslarının və silahın götürülməsi zamanı həmin əşyalara qəsdən əlcəksiz toxunularaq onların maddi sübuti əhəmiyyətinin aradan qaldırılmasına yol açan prosessual hərəkətlərin və əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasını, eləcə də təhqiqatçı X1, müstəntiq X2 və əməliyyatçı X4 barəsində xüsusi qərar çıxarılmasını, məhkəmə iclasında özünün və müdafiəçisi Müdafiəçi iştirakının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin təhqiqatçısı X1, müstəntiq X2 və əməliyyatçı X4 hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməklə geri qaytarılması qərara alınmışdır. Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil etmiş əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun şikayətinə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Şikayət onun müdafiəçisi tərəfindən məhkəməyə göndərilmişdir. Onun məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətlər digər hakimlər tərəfindən icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə nəzarəti qaydasında şikayət verilmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdirlər. Odur ki, məhkəmə kollegiyası onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Cinayət-Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayət ərizəsini araşdıraraq haqlı olaraq hesab etmişdir ki, şikayətə məhkəmə nəzarəti qaydasında baxıla bilməz, bu səbəbdən şikayətin icraata qəbulundan imtina edilməldir. Belə ki, Şikayət verən şəxs ərizəsində istinad etdiyi hallarla bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı keçirilərək cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallar araşdırılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Şikayət verən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməklə yekun qənaətə gəlib qərar qəbul edilmiş və həmin məhkəmə aktı apellyasiya icraatı qaydasında yoxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII Fəsli ilə təsbit edilmiş məhkəmə nəzarəti institutu, məhkəməyədək icraat mərhələsində şəxslərin Konstitusiya ilə təminat altına alınmış fundamental hüquq və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyan xüsusi və müstəsna bir icraat növüdür. Bu icraatın predmeti qanunverici tərəfindən dəqiq və məhdud şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). Cinayət prosesi çərçivəsində məhkəmə nəzarəti, müvafiq prosesin bu və ya digər mərhələsində araşdırılan məsələ üzrə əsaslı və ədalətli qərarın qəbul edilməsini mümkün edən müəyyən prosessual hərəkətlər sisteminin icrası vasitəsilə həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.Ismayılzadənin şikayəti üzrə 2014-cü il # #### tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson Islandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il # ###### tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. Ikincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il # ###### tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və yuxarda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122.6, 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs tərəfindən verilmiş verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-527/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-527/2026
03.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver