Məhkəmə qərarları › İş №6(3-6)-531/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-531/2026

07.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-531/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar X3 və X2 barəsində xüsusi qərar qəbul olunmasını barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar X3 və X2 barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2023-cü il tarixdə X7 X11 Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanaraq xüsusi təyyarə (özəl jet) ilə Heydər Əliyev adına X9 gətirilmiş, oradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparılmışdır. X4 X8rlanmağı deportasiya kimi rəsmiləşdirilmiş və Türkiyədən Azərbaycana polis əməkdaşlarının müşayiəti altında xüsusi təyyarə ilə gətirilməyi əsassız olaraq təkzib edilmişdir. Belə ki, ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolda iddia olunur ki, Şikayət verən şəxs Heydər Əliyev adına X11 saxlanılaraq polis əməkdaşlarının dəvəti il Baş Idarəyə gətirilmişdir. Halbuki o, həmin protokolu tərtib edən X3 və X2 da daxil olduğu bir qrup polis əməkdaşı tərəfindən X7 X11rlanmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar X3 və X2 barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar X3 və X2 barəsində xüsusi qərar qəbul olunmasını barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının əsassız olduğundan məhkəmə nəzarəti qaydasında ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: birinci instansiya məhkəməsi tərəfindən əsassız və qərəzli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun formada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkəmə nəzarəti qaydasında baxılması prossessual baxımdan qeyri-mümkün olduğundan verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmaqla şikayəti geri qaytarılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Şikayət verən şəxs təyin edilmiş cəzanın əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, Şikayət verən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Şikayət verən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şikayət verən şəxs, onun müdafiəçiləri olmuş X1 və X5 verdikləri apellyasiya şikayətləri, eləcə də, təqsirləndirilən şəxs Şikayət verən şəxs həmin apellyasiya şikayətlərinə dair təqdim etdiyi əlavələr və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə dair təqdim etdiyi əlavənin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmün verilmiş apellyasiya şikayətlərinə və onlara dair təqdim edilmiş əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından sübutun qanuniliyi, mötəbərliyi, mümkünlüyü və s cinayət işinə mahiyyəti üzrə baxılan zaman məhkəmə tərəfindən qiymət verilməli olan hallardandır. Hazırkı işin materiallarından görünür ki, Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə səlahiyyətli məhkəmədə mahiyyəti üzrə baxılaraq sübutlara cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilmiş və yekun qərar qəbul edilmiş, təqsirləndirilən şəxs və müdafiəçiləri tərəfindən həmin hökmdən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyərək hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şikayətçi cinayət işinə mahiyyəti üzrə baxılarkən məhkəmə istintaqının gedişində artıq yoxlanılmış halların yenidən məhkəmə nəzarəti qaydasında yoxlanılmasını xahiş etsə də, məhkəmənin qənaətinə görə həmin hallar həm birinci instansiya məhkəməsində, həm də işin apellyasiya icraatı qaydasında baxılması zamanı yoxlanıldığından, bu, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından istisna olunur və belə olduğu təqdirdə şikayət vermiş şəxsin şikayətinin müsbət həlli mümkünsüzdür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarəti qaydasında şikayətə mahiyyəti üzrə baxılması CPM-in 449.3-cü maddəsində sadalanan prosessual hərəkət və qərarların qanuniliyinin və əsaslılığının yoxlanılmasıdır. Lakin şikayət edilən məsələ artıq məhkəmə yoxlamasından keçmişdirsə, məhkəmənin vəzifəsi bu faktı təsbit etmək və şikayətə təkrar baxılmasının qeyrimümkünlüyünü əsaslandıraraq müvafiq prosessual qərar qəbul etməkdir. Bu zaman məhkəmənin prosessual hərəkəti şikayətin mahiyyətinə deyil, onun məhkəmədə baxılmasının mümkünlüyünə (və ya qeyri-mümkünlüyünə) yönəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu fundamental hüquq ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin və qanunun aliliyinin təməlini təşkil edir. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxaraq qanuni və əsaslandırılmış qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən,bu Məcəllənin 449.2ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Bu halda, məsələnin tənzimlənməsinə birbaşa aidiyyəti olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsi imperativ qaydada müəyyən edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qərarının qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir. Bu norma, res judicata (həll olunmuş iş) prinsipinin prosessual təzahürü olmaqla, məhkəmə nəzarəti qaydasında baxılmış və apellyasiya instansiyası tərəfindən yoxlanılmış məsələnin yekunlaşdığını və bir daha eyni hallar üzrə birinci instansiya məhkəməsinin predmetinə çevrilə bilməyəcəyini birmənalı şəkildə təsbit edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). Cinayət prosesi çərçivəsində məhkəmə nəzarəti, müvafiq prosesin bu və ya digər mərhələsində araşdırılan məsələ üzrə əsaslı və ədalətli qərarın qəbul edilməsini mümkün edən müəyyən prosessual hərəkətlər sisteminin icrası vasitəsilə həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.Ismayılzadənin şikayəti üzrə 2014cü il # #### tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson Islandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il # ###### tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. Ikincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il # ###### tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirib Şikayət verən şəxs ərizəsində istinad etdiyi hallarla bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı keçirilərək cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırıldığını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Şikayət verən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməklə yekun qənaətə gəlib qərar qəbul edildiyini və həmin məhkəmə aktının apellyasiya icraatı qaydasında yoxlanıldığını nəzərə alıb hesab edir ki, hazırki şikayətə məhkəmə nəzarəti qaydasında baxıla bilməz, bu səbəbdən şikayətin icraata qəbulundan imtina edilməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451.1.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək şikayətçi Şikayət verən şəxs tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar X3 və X2 barəsində xüsusi qərar qəbul olunmasını barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılması prossessual baxımdan qeyri-mümkün olduğundan icraata qəbul edilməsindən imtina olunmaqla şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 122, 449-451-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayətçi Şikayət verən şəxs tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin əməliyyatçılarının onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokolun qanuniliyinin yoxlanılması və əməliyyatçılar X3 və X2 barəsində xüsusi qərar qəbul olunmasını barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmaqla şikayət geri qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar