Məhkəmə qərarları › İş №6(3-6)-532/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-532/2026

10.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-532/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səfərov Ramil İdris oğlunun, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucovun **-*-*-*/***-****-* nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## #### *0*6-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.*0*6-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucovun 419 C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## #### *0*6-cı il tarixli, *6-3-*-*/316-0417-* qeydiyyat nömrəli qərarından məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucov tərəfindən toplanmış ***C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### *0*6-cı il tarixli qərar qanunsuz, qərəzli və birtərəfli qaydada qəbul edilmişdir. Material üzrə ilkin tibbi rəydə bədən xəsarətləri və onların xüsusiyyətləri obyektiv əks olunmamış, laborator analizlər və ölçülər aparılmamış, xəsarətdən sonra səhhətində yaranan ağır fəsadlar gizlədilmiş və müstəntiq onun verdiyi mühüm məlumatları qəsdən təhrif etmişdir. Bakı Şəhər Prokurorluğunun göstərişləri icra edilməmiş, *4-cü Polis Şöbəsinə göndərilmiş sənədlərin tarixləri saxtalaşdırılmış və iş Pərvanə Əzizova adlı təhqiqatçının icraatında olduğu halda, R Namiq Şıxəliyev qanunsuz olaraq prosesə müdaxilə edərək ona təzyiqlə izahat yazdırmışdır. ##.##.*0*6-cı il tarixdə polis məntəqəsində müraciəti ilə bağlı videoya baxarkən narazılıq etdiyini, polisin qanunsuz hərəkətlərini sübuta yetirmək üçün "X*+" markalı mobil telefonu ilə səs yazısı aparmağa başladıqda, Namiq Şıxəliyevin onun üzərinə hücum edərək onu stuldan yerə yıxdığını və telefonu vəhşicəsinə əlindən aldığını göstərmişdir. Çantasından "Samsung A54" markalı digər telefonunu çıxardıqda isə polisin yenidən onun üzərinə hücum edib onu qapıdan geriyə itələdiyini, yerə yıxaraq digər telefonu da yerə çırpdığını və onu yerdə sürüklədiyini irəli sürmüşdür. Xidməti otağın qapı və pəncərəsini bağlamaqla azadlığının 15-*0 dəqiqə məhdudlaşdırıldığını, 50 manatlıq çətirinin sındırıldığını, daha sonra şöbəyə aparılaraq 5 saat ərzində ac, susuz və tualet ehtiyacından məhrum edilməklə psixoloji hədə-qorxulara məruz qaldığını bəyan etmişdir. Şikayətçi şöbədə onun telefon parollarının qırılaraq daxilindəki 7 ədəd kompromat səs yazısının silindiyini, bədənində alt dodaq paralanması, sol əl dərin dırnaq deşilmələri və təpiklərdən sağ ayaq damar partlaması kimi ağır xəsarətlərin yarandığını, habelə belindəki xroniki yırtıqların kəskinləşdiyini iddia edərək, müstəntiqin qərarının ləğv edilməsini və R Namiq Şıxəliyevin barəsində cinayət işinin açılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.*0*6-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucov tərəfindən toplanmış ***C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### *0*6-cı il tarixli qərarla razı olmadığını, ##.##.*0*6-cı il tarixdə polis məntəqəsində olarkən polis tərəfindən təzyiqlərə məruz qaldığını, ekspert rəyinə əsasən bədənində ##.##.*0*6-cı il tarixə aid xəsarətlərin aşkar olunduğunu qeyd edərək məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səfərov Ramil İdris oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarından şikayət verilmiş müstəntiq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən, protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. İş materiallarından görünür ki, şikayət vermiş Şikayət verən şəxs birinci instansiya məhkəməsinin iclasında şikayətin dəlillərini müdafiə edərək göstərmişdir ki, bədənində real xəsarətlər mövcuddur və müstəntiq obyektiv araşdırma aparmamış, kamera görüntülərinin gizlədilməsinə göz yummuşdur. Birinci instansiya məhkəməsinin iclasında prosessual qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucov şikayətə qarşı etiraz edərək bildirmişdir ki, qəbul etdiyi ## #### *0*6-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tam qanuni və obyektivdir. Müstəntiq qeyd etmişdir ki, ##.##.*0*6cı il tarixdə saat 14:00 radələrində vətəndaş Şikayət verən şəxs polis məntəqəsində müraciəti ilə bağlı videogörüntülərə baxarkən əsassız aqressivlik nümayiş etdirmiş və dövlət binasında xidməti konfidensiallıq qaydalarını pozaraq, icazəsiz olaraq polis əməkdaşının səsini gizli yazmağa cəhd göstərmişdir. R Namiq Şıxəliyev isə inzibati binada asayişin və xidməti sirrin qorunması məqsədilə "Polis haqqında" Qanunun *6-cı maddəsinə uyğun olaraq dərhal və mütənasib şəkildə müdaxilə etmiş, qısa müddətli mexaniki sürtünmə zamanı vətəndaşın telefonunu əlindən alaraq masanın üzərinə qoymuşdur. Müstəntiq şikayətçinin buna cavab olaraq əlindəki qadın çətirini masaya çırpdığını, səs-küy salaraq şöbənin iş rejimini pozduğunu, bu səbəbdən hadisə yerinə Post-Patrul Xidməti əməkdaşlarının çağırılmışdır. Vətəndaş *4-cü Polis Şöbəsinə gətirildikdən sonra barəsində qanunsuz saxlama rejimi tətbiq olunmamış, qanunla müəyyən edilmiş müddət daxilində onun törətdiyi xırda xuliqanlıq əməlinə görə İXM-in 510.1-ci maddəsi ilə qanuni icraat aparılaraq barəsində MN №******* nömrəli rəsmi protokol tərtib edilmiş və o, 50 manat cərimə olunmuşdur. Müstəntiq vurğulamışdır ki, material üzrə alınmış ##.##.*0*6-cı il tarixli *** nömrəli MTE rəyinə görə şikayətçinin bədənindəki sıyrıqlar "sağlamlığa zərər vurmayan" xəsarətlərdir və aparılmış rəsmi üzləşmələr, şahid izahatları (Paşayev F.A.) polisin hərəkətlərində hər hansı cinayət qəsdinin olmadığını rəsmi təsdiq etmişdir. Şikayətçinin istinad etdiyi onurğa yırtıqlarına dair MRT protokollarının isə hadisədən iki il əvvələ – ## ######## *0*4-cü il tarixinə aid olması əməllə ağır nəticələr arasında səbəbli əlaqənin olmadığını maddi sübutlarla ortaya qoymuşdur. İddia olunan 50 manatlıq çətir ziyanı isə CMnin 186.1-ci maddəsinin tələb etdiyi cinayət məsuliyyəti həddindən (500 manatdan) aşağıdır. Müstəntiq əməldə cinayət hadisəsi və tərkibi olmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən qəbul edilmiş qərarın qanuni olduğunu bəyan edərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) ambulator xəstənin tibb kartasından çıxarışdan görünür ki, hadisə günü, yəni ##.##.*0*6-cı il tarixdə saat *1:53-də stasionar üzrə qeydiyyata daxil olmuş xəstə Şikayət verən şəxs (Doğum tarixi: ##.##.1966) qoyulmuş rəsmi diaqnoz: "Bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar, Qarın divarının əzilməsi". Anamnez hissəsində müalicə həkimi tərəfindən "Polis sahə müvəkkili tərəfindən döyülmə iddiası" rəsmi qeyd olunmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının ##.##.*0*6-cı il tarixli, *** nömrəli rəsmi rəyindən görünür ki, ekspertiza tərəfindən aparılmış obyektiv müayinə zamanı Şikayət verən şəxs – alt dodağın, sol əlin, sağ baldırın sıyrıqları və sağ budun qançırı aşkar edilmişdir. Rəyin nəticə hissəsində qəti olaraq təsbit edilmişdir ki, bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, hadisə tarixi ilə tam uyğunluq təşkil edirlər, lakin sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün cinayət hüququ mənasında dərəcələri təyin edilmir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən verilmiş Bel-oma və Döş fəqərələri üzrə MRT müayinə hesabatlarından (Protokol № **********) görünür ki, müayinə hesabatının tərtib edilmə tarixi ## ######## *0*4-cü il saat 1*:0* radələrdir. Radioloq həkimlərin rəyinə əsasən, xəstə Şikayət verən şəxs osteoporoz, L4-L5 fəqərəarası diskin arxa median protruziyası (3,0mm), dural kisənin sıxılması və L5-S1 fəqərəarası diskin arxa sağ paramedian sağ lateralforaminal yırtığı (4,0mm), habelə döş fəqərələrində (Th7-Th8, Th8-Th9, Th11-Th1*) *,0mmlik protruziyalar təsbit edilmişdir. Şikayətə baxmış birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami RPİ-nin *4-cü PŞ-dən daxil olmuş materiallara əsasən Şikayət verən şəxs etdiyi xırda xuliqanlıq əməlinə görə Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ##.##.*0*6-cı il tarixdə, MN №******* rəsmi protokol tərtib edilməklə 50 manat məbləğində cərimə edilmişdir. Hüququn fundamental prinsiplərindən olan qanunilik çərçivəsində, qüvvədə olan və qanuni qaydada təkzib olunmamış rəsmi inzibati qərar qarşısında polisin şəxsi şöbəyə gətirməsi və qanun daxilində saxlaması CM-nin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) və ya 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin tərkibini yaratmır. Burda "Mütənasiblik və Adekvatlıq" (Proportionality and Adequacy) doktrinası rəhbər tutulmalıdır. Bu doktrinaya əsasən, asayişi qoruyan məmurun müdaxiləsi vətəndaşın nümayiş etdirdiyi qanunsuz hərəkətin xarakterinə və yaratdığı təhlükəyə mütənasib olmalıdır. Şikayətçinin dövlət binasında (polis məntəqəsində) qanunsuz və icazəsiz olaraq gizli səs yazısı aparması, asayişi qoruyan məmurun daxili istintaq taktikası təhlükəsizliyini və xidməti konfidensiallığı pozma riski yaratmışdır. Polisin bu qanunsuz hərəkətin qarşısını almaq və telefonu masanın üzərinə qoymaq məqsədilə etdiyi fiziki müdaxilə cinayət niyyəti (qəsd) daşımamış, "Polis haqqında" Qanunun *6-cı maddəsinin hüquqi hüdudları daxilində qanunsuzluğu dəf etməyə yönəlmiş adekvat reaksiya xarakteri daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar yalnız cinayət hadisəsinin və ya cinayət əlamətlərinin olmaması açıq-aydın müəyyən edildikdə qəbul edilə bilər. Mövcud halda isə şikayətdə göstərilən bütün mühüm faktiki hallar araşdırılmadan və hüquqi qiymət verilmədən cinayət işinin başlanmasının rədd edilmişdir. Belə ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs həm birinci instansiya məhkəməsinə ünvanladığı şikayət ərizəsindən, həm də hazırki apellyasiya baxışı zamanı irəli sürdüyü dəlillərdən məlum olur ki, o, ##.##.*0*6-cı il tarixdə polis məntəqəsində olarkən polis tərəfindən təzyiqlərə məruz qaldığını, habelə barəsində verilmiş ekspert rəyinə əsasən onun bədənində məhz həmin tarixə aid xəsarətlərin aşkar olunduğunu, bununla da sözügedən xəsarətlərin polis tərəfindən döyülməsi nəticəsində baş verdiyini iddia etmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucov tərəfindən toplanmış ***C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### *0*6-cı il tarixli qərardan göründüyü kimi cinayət işinin başlanması rədd olunarkən aparılmış rəsmi üzləşmələr, şahid izahatları (Paşayev F.A.) əsasında polisin hərəkətlərində hər hansı cinayət qəsdinin olmadığı qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd etmişdir ki, şikayətçi bədənində yaranan fəsadların (MRT protokollarında əks olunan L4-L5 protruziyası və L5-S1 səviyyəsindəki 4 mm-lik sağ lateral yırtıqların) polisin itələməsi nəticəsində yarandığını iddia edir. Lakin tibb elminə və hüquqi determinasiya qaydalarına görə, fəqərəarası disklərin yırtıqları və degenerativ dəyişiklikləri onurğa sütununun uzun illər ərzində formalaşan xroniki-patoloji xəstəliyidir. Hadisə günü baş verən yüngül fiziki təmas (itələmə) və nəticədə yaranan səthi sıyrıqlar, tibbi olaraq onurğada 4 mm-lik struktur yırtığı əmələ gətirə bilməz. Hadisə ilə MRT tapıntıları arasında birbaşa prosessual səbəbli əlaqə (causal nexus) olmadığından, polisin hərəkətləri ilə bu ağır tibbi fəsadlar arasında cinayət-hüquqi məsuliyyət əlaqəsi qurula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) ambulator xəstənin tibb kartasından çıxarışa əsasən hadisə günü, yəni ##.##.*0*6-cı il tarixdə saat *1:53-də stasionar üzrə qeydiyyata daxil olmuş xəstə Şikayət verən şəxs Bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar, Qarın divarının əzilməsi" rəsmi diaqnozu qoyulmuş, habelə "Polis sahə müvəkkili tərəfindən döyülmə iddiası" rəsmi qeyd olunmuşdur. Digər tərəfdən hadisədən bir həftə sonraya, yəni ##.##.*0*6-cı il tarixə aid olan Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur ki, Şikayət verən şəxs – alt dodağın, sol əlin, sağ baldırın sıyrıqları və sağ budun qançırı aşkar edilmişdir. Rəyin nəticə hissəsində qəti olaraq təsbit edilmişdir ki, bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, hadisə tarixi ilə tam uyğunluq təşkil edirlər, lakin sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün cinayət hüququ mənasında dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. Belə ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### *0*6-cı il tarixli qərarda və birinci instansiya məhkəməsinin qərarında da Şikayət verən şəxs ##.##.*0*6-cı il tarixə aid xəsarətlərin aşkar olunması faktına münasibətdə hər hansı mövqe ifadə olunmamış, yalnız aparılmış rəsmi üzləşmələr və şahid izahatları ilə kifayətlənməklə polisin hərəkətlərində hər hansı cinayət qəsdinin olmadığı qənaətinə gəlinmişdir. Belə olan halda, Şikayət verən şəxs bədənində ##.##.*0*6-cı il tarixə aid xəsarətlərin aşkar olunması və həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin inkar olunması faktı mübahisəsiz olaraq öz təsdiqini tapdığı və Şikayət verən şəxs tərəfindən sözügedən xəsarətlərin məhz ##.##.*0*6-cı il tarixdə polis tərəfindən döyülməsi nəticəsində baş verməsi iddia olunduğu təqdirdə, məhkəmə kollegiyası həmin xüsusat üzrə ətraflı araşdırma aparılmadan cinayət hadisəsinin olmaması barədə gəlinən mövqe ilə razılaşmır və iş üzrə əlavə araşdırmanın aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icratının vəzifələridir. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun həmin maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 1*.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 46.*-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Həmin Məcəllənin 1**.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 1**.*-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin *1*.4.*-ci maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin *07, *09 və *10-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 449.*-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən isə hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Həmin Məcəllənin 451.1.*-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.*0*6-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ləğv edilməli, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucovun **-*-*-*/***-****-* nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## #### *0*6-cı il tarixli qərarı ləğv edilməli, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *07, *09 və *10-cu maddələrinin tələblərinin pozulmasına cəlb edilməklə, bu tələblərin yerinə yetirilməsi təmin edilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449-451, 45*-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.*0*6-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı ləğv edilsin. Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elşən Orucovun **-*-*-*/***- ****-* nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## #### *0*6cı il tarixli qərarı ləğv edilsin. Hazırkı qərar araşdırmanın davam etdirilməsi və icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar