Məhkəmə qərarları › İş №6(3-6)-533/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-533/2026

10.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-533/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Şikayətçi – Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs “Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs Şikayət verən şəxs ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə X5 tərəfindən döyülməsi ilə bağlı müraciət etmiş və xəsarətlərinin dərəcəsinin müəyyən olunması qüçün ekspertizadan keçirilməsini xahiş etmiş, lakin onun xəsarətləri ilə bağlı ekspertiza keçirilməmişdir. Onun hüquqları pozulmuşdur. Bununla bağlı Qaradağ Rayon Prokurorluğuna müraciət etməsinə baxmayaraq ona cavab verilməmişdir. Göstərilənlərə əsasən, şikayətinin araşdırılmasını, xəsarətinin dərəcəsinin müəyyən olunması üçün çıxarılmayan ekspert rəyi ilə bağlı Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hərəkətlərinin qanunsuz hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Emin Fətəliyev) ## ######## 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi geri qaytarılmışdır. Şikayət verən şəxs məhkəmənin həmin qərarından şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə icraatı zamanı şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Həmin Məcəllənin 141.1.3-cü maddəsinə əsasən, məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3. Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ###### 2020-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi Şikayət verən şəxs tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşlarının, o cümlədən onun müraciətinin araşdırılması zamanı yol verilmiş hərəkət və hərəkətsizliklərin qanunsuz hesab edilməsinə dair eyni mahiyyətli şikayətə əvvəllər məhkəmə nəzarəti qaydasında baxılmışdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə həmin məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarı qətidir, həmin qərardan kassasiya şikayəti və ya protesti verilə bilməz. Həmçinin müəyyən edilmişdir ki, Şikayət verən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cəzasının əvvəli ## ####### 2025-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən Şikayət verən şəxs və onun müdafiəçisi X2 tərəfindən apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavə verilmiş, məhkum edilmiş Şikayət verən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdə və qərarda Şikayət verən şəxs zərərçəkmiş şəxs X5 tərəfindən döyüldüyünü bildirməsi faktı öz təsdiqini tapmamış, əksinə Şikayət verən şəxs özünə məxsus alman cinsli iti silah qismində istifadə edərək, ağızlıq hissəsini açıb zərərçəkmiş şəxs X5 üzərinə qəsdən salmaqla, həmçinin əlində olan itin boyunluq hissəsinə taxılan ipi silah qismində istifadə edərək, sonuncunu baş nahiyəsindən qəsdən vurub, zor tətbiq etməklə Şəmsi Məhərrəmova başın ənsə nahiyəsinin qançır-şişkinliyi, sol bazu nahiyəsinin əzilmiş yarası, sol bazu nahiyəsinin cərrahi tikişlərə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ said və sağ bud nqahiyələrinin, sağ əlin IV barmağının səthi yaraları, sağ said, qarın nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, hazırkı halda ərizəçinin irəli sürdüyü tələblər və əsaslandığı faktiki hallar əvvəlki məhkəmə araşdırmasının predmetini təşkil etmiş, həmin hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları qəbul edilmişdir. Ərizədə həmin qərarların preyudisial qüvvəsini aradan qaldıracaq, yaxud əvvəlki məhkəmə araşdırmasının predmetindən kənara çıxan hər hansı yeni hal və ya hüquqi əsas göstərilməmişdir. Belə olan halda, eyni predmet və eyni əsaslar üzrə şikayətə yenidən baxılması Cinayət-Prosessual Məcəlləsinin 65.1, 141.1.3, 453.10 və 454-cü maddələrinin tələblərinə, habelə hüquqi müəyyənlik, prosessual qənaət və preyudisiya prinsiplərinə zidd olduğundan, ərizənin icraata qəbul edilməsi üçün prosessual əsaslar mövcud deyildir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı düzgün, qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar