Məhkəmə qərarları › İş №6(3-6)-534/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-534/2026

10.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-534/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 iştirakı ilə, Şikayət verən şəxs Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs məhkəməyə müraciət edərək Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv olunması və toplanmış material üzrə əlavə araşdırma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, göstərilmiş stomatoloji xidmət nəticəsində sağlamlığıma vurulmuş zərərlə bağlı Hərəkətindən (qərarından) şikayət verilən orqan müraciət etmişdir. Araşdırma zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və daha sonra Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, araşdırma tam, hərtərəfli və obyektiv aparılmadığından qərar qanuni və əsaslı hesab edilə bilməz. Komisyon məhkəmə-tibbi ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, aparılmış stomatoloji xidmət qəbul edilmiş klinik standartlara uyğun olmamışdır, müalicədən əvvəl lazımi klinik müayinə və rentgenoqrafiya aparılmamışdır, dayaq dişlərinin biomekanik vəziyyəti qiymətləndirilməmişdir, dayaq dişləri qoyulandan sonra təzədən diş çəkilmişdir,vaxtında heç bir rentgen müayinəsi aparılmamışdır, kök kanalları tam doldurulmamışdır, davam edən ağrıların əsas səbəbi natamam endodontik müalicə olmuşdur, göstərilmiş tibbi xidmət nəticəsində məndə davamlı, ağrı və protezin funksional qeyri-sabitliyi yaranmışdır, Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatlarının tələbləri pozulmuş, buna məsul şəxs stomatoloq hesab edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılmış inzibati araşdırmanın nəticəsində həmin stomatoloq barəsində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu da göstərir ki, göstərilən tibbi xidmətdə qanun pozuntuları dövlət orqanı tərəfindən də müəyyən edilmişdir. Lakin hesab edir ki, məhkəmə-tibbi ekspertizası da tam və obyektiv aparılmamışdır. Ekspertiza zamanı ona əvvəlcədən stomatoloq tərəfindən rentgen müayinəsi aparılacağı bildirilsə də, faktiki olaraq yeni rentgen və ya CBCT (3D) müayinəsi aparılmamışdır. Stomatoloq yalnız onun apardığıəvvəlki rentgen şəklinə (adi şəklə) baxaraq rəy hazırlamışdır. O, yeni rentgen çəkilməsini xahiş etdikdə bunun ödənişli olduğunu bildirmiş, nəticədə klinik vəziyyəti tam araşdırılmadan ekspertiza rəyi tərtib edilmişdir. Hal-hazırda dişlərində və damaqlarında güclü ağrılar, iltihab əlamətləri, çeynəmə zamanı ağrı və protezin qeyri- sabitliyi davam edir. Yeni müraciət etdiyi stomatoloq tərəfindən də ona yenidən geniş həcmli və təcili müalicənin zəruri olduğu bildirilmişdir. O, hüquqlarının qorunması və sübutların itirilməməsi məqsədilə indiyədək həmin müalicəyə başlamamışdır. Hesab edir ki, yalnız mövcud rentgen şəklinə baxılmaqla aparılmış ekspertiza onu faktiki vəziyyətini tam əks etdirməmiş və buna görə də prokurorluğun qəbul etdiyi qərar natamam araşdırmaya əsaslanmışdır. Odur ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilməsi, material əlavə araşdırma aparılması üçün yenidən prokurorluğa qaytarılması, iş üzrə təkrar, komissiya qaydasında, tam və obyektiv məhkəmətibbi (stomatoloji) ekspertizası təyin edilməsinin təmin edilməsi, təkrar ekspertiza zamanı klinik müayinə, CBCT (3D), panoramik rentgen və digər zəruri diaqnostik müayinələr aparılmaqla bütün stomatoloji problemlərim tam qiymətləndirilməsi, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra qanuni qərar qəbul edilməsi xahiş edilmirşdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının və Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini, ***-c-** nömrəli materialın əlavə araşdırma aparılması üçün aidiyyəti üzrə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında açıq şəkildə göstərilir ki, araşdırma zamanı ona göstərilmiş stomatoloji xidmətin stomatologiyada qəbul edilmiş klinik standartlara uyğun olmadığı müəyyən edilmişdir. Qərarda həmçinin göstərilir ki, endodontik və ortopedik müalicələr klinik standartlara uyğun olmamış, kök kanalları tam doldurulmamış, stomatoloq tərəfindən vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi müəyyən edilmişdir. X3 cərrahi fəaliyyətlə məşğul olmaq üçün müvafiq sertifikasiyası olmamış, buna baxmayaraq diş onun tərəfindən çəkilib. İsgəndərov Yaşar Nurəddin oğlunun da müvafiq sertifikasiya şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Həmin faktlarla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Göstərilmiş stomatoloji xidmətin qüsurlu olması ilə bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərilib. Komisyon məhkəmə-tibbi ekspertiza rəyində ona göstərilmiş stomatoloji xidmətin klinik standartlara uyğun olmadığı müəyyən edilmişdir. Rəydə müalicədən əvvəl lazımi klinik müayinə və rentgenoloji qiymətləndirmə barədə məlumatın olmadığı, dayaq dişlərinin biomekanik vəziyyətinin lazımi səviyyədə qiymətləndirilmədiyi, kanal müalicəsinin düzgün icra edilmədiyi və kök kanallarının tam doldurulmadığı göstərilmişdir. Həmçinin davam edən ağrıların natamam endodontik müalicə ilə, protezin funksional qeyri-sabitliyinin isə aparılmış müalicə ilə əlaqəli olduğu göstərilmişdir. Bu nəticələr material üzrə əhəmiyyətli sübutlardır. Lakin həmin nəticələrin onun sağlamlığına real təsiri və müalicənin qüsurlu aparılması ilə sonrakı tibbi problemlər arasındakı səbəbli əlaqə lazımi səviyyədə araşdırılmadan material üzrə yekun nəticəyə gəlinmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında aparılmış sonrakı müayinə və müalicə zamanı bir neçə dişim üzrə "xroniki apikal periodontit" diaqnozu qoyulmuş, kök kanalları açılaraq təmizlənmiş və müvəqqəti dərmanla doldurulmuşdur. Bu sənədlər əvvəlki müalicədən sonra tibbi problemin davam etdiyini və yeni endodontik müdaxiləyə ehtiyac yarandığını göstərən mühüm sübutlardır. Həmin tibbi sənədlərin əvvəlki ekspertiza rəyi ilə birlikdə qiymətləndirilməsi və zərurət olduqda ekspert qarşısında əlavə suallar qoyulması vacibdir. Məhkəmə iclasında bildirmişdir ki, ekspertiza zamanı faktiki klinik vəziyyətinin tam qiymətləndirilməsi üçün yeni rentgen və ya CBCT (3D) müayinəsi aparılmayıb və əvvəlki rentgen görüntüsünə əsaslanılıb. Bu məsələ xüsusilə əhəmiyyətlidir, çünki müalicənin hazırkı nəticələrinin, kök kanallarının vəziyyətinin və iltihabi proseslərin qiymətləndirilməsi üçün müasir diaqnostik müayinələr zəruri ola bilər. Birinci instansiya məhkəməsi bu iradları formal şəkildə kənara qoymaq əvəzinə ekspertizanın tamlığını və obyektivliyini qiymətləndirməli, zərurət olduqda əiavə və ya təkrar ekspertizanın keçirilməsini təmin etməli idi. İş materiallarından görünür ki, o, X3 dişlərinin müalicəsini, o cümlədən kanal müalicəsini həyata keçirdiyini bildirmişdir. İş üzrə mövcud ziddiyyətlər və sonrakı tibbi məlumatlar nəzərə alınaraq əlavə və ya təkrar, komisyon qaydada stomatoloji məhkəmə-tibbi ekspertizanın keçirilməsi zəruridir. Ekspertiza zamanı, xüsusilə aşağıdakı məsələlər müəyyən edilməlidir. Əvvəlki stomatoloji müalicənin klinik standartlara uyğun olub-olmaması; Kök kanallarının hansı dişlərdə və hansı səviyyədə müalicə edilməsi; Kanal obturasiyasının tam və keyfiyyətli olub-olmaması; Natamam kanal müalicəsinin ağrı və iltihabi proseslərlə əlaqəsinin olub-olmaması; Sonrakı müalicə zamanı qoyulmuş "xroniki apikal periodontit" diaqnozlarının əvvəlki müalicə ilə əlaqəsinin olub- olmaması; protezin funksional qeyri-sabitliyinin səbəbləri; əvvəlki tibbi müdaxilələrlə hazırkı sağlamlıq vəziyyətim arasında səbəbli əlaqənin olub-olmaması; əvvəlki müalicənin nəticələrinin aradan qaldırılması üçün əlavə tibbi müdaxilənin zəruri olub-olmaması. Apellyasiya baxışı zamanı iştirak edən Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs Şikayət verən şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayət vermiş şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şikayət verən şəxs Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun həmin maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən isə sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərə həyata keçirilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 450 və 451-ci maddələrində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması müəyyən edilmişdir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Prosessual qanunverciliyin mənasına və tələblərinə görə, hazırki halda cinayət işinin başlanılması üçün əsaslar kifayət qədər olmalı, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqdim olunmuş hər bir dəlilin hərtərəfli və obyektiv yoxlanılmasını təmin etməli və dəlillərin və ilkin ehtimalların cinayət işinin başlanılması üçün yetərli olması və mötəbərliyi qiymətləndirilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, toplanmış material üzrə zəruri araşdırma aparılaraq izahatlar alınmış, tibbi sənədlər əsasında məhkəmə komisyon-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Aparılmış araşdırma zamanı Şikayət verən şəxs stomatoloji xidmət göstərmiş stomatoloq X3 tərəfindən həmin xidmət zamanı “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi") bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Lakin Şikayət verən şəxs göstərilmiş tibbi xidmət zamanı travmatik xəsarət və ya xəsarət izi almadığından X3 barəsinə cinayət təqibinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə, yəni Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla rədd edilmişdir. Həmçinin aparılmış araşdırma zamanı X3 ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi olsa da cərrahi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyasının olmadığı, İsgəndərov Yaşar Nurəddin oğlunun da praktik tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsinin olmadığı müəyyən edilmiş, həmin faktla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Bundan əlavə Şikayət verən şəxs mütəxəssis müayinəsinə əsasən, aparılmış stomatoloji xidmətin, yəni endodontik və ortopedik müalicələrin stomatologiyada qəbul edilmiş klinik standartlarına uyğun olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdimat göndərilmiş, Şikayət verən şəxs sağlamlığına vurulmuş zərərin ödənilməsilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi, Şikayət verən şəxs müraciəti əsasında Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 tərəfindən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, düzgün olaraq toplanmış həmin material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən xüsusatlar üzrə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada ibtidai araşdırma orqanı tərəfindən ətraflı və qanuna uyğun araşdırma aparılmış, həmin araşdırma zamanı mümkün olan zəruri hərəkətlər icra olunmuş, lakin toplanmış materiallarla X3 barəsində cinayət təqibinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə, yəni Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla rədd edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün əsas yoxdur, qəbul edilmiş həmin qərar qanuni və əsaslıdır. Şikayətin dəlillərində qərarın ləğv edilməsinə əsaslı olacaq hər hansı mötəbər sübut mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və həmin qərardan şikayətə baxan birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin olunmasın. Şikayət verən şəxs Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar