Məhkəmə qərarları › İş №6(3-6)-535/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-535/2026

11.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-535/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməklə geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı İnzibati Məhkəməsinin məsul şəxslərinin hərəkətsizliyinə dair məhkum Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında iki ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə, saat 17:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə müəssisəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakim Xalidə Əlisoy tərəfindən keçirilən video görüntülü iclas zamanı müəssisənin əməkdaşı həmin iclas zamanı iclas keçirilən otağa daxil olaraq işin gedişinə maneçilik törətmiş və məhkəməyə hörmətsizlik etmişdir. Qeyd olunanları nəzərə alaraq, izahatının icraata qəbul edilməsini, məhkəmə baxışı təyin edilərək halların mahiyyətinin araşdırılmasını, ##.##.2025-ci il tarixli məhkəmə iclasının videoyazısını öz iştirakı ilə izləməyi, məhkəməyə hörmətsizlik göstərən ** saylı CÇM-in əməkdaşının məhkəmə iclasına dəvət edilməsini, qanunvericiliyin müvafiq qaydada tətbiq edilməsini və bütün yuxarıda qeyd olunanların təmin edilməsini xahiş etmişdir. İkinci şikayət ərizəsində qeyd etmişdir ki, ## ### 2026-cı il tarixdə 3 (üç) ərizə, ## ### 2026-cı il tarixdə 2 (iki) ərizə, ## ### 2026-cı il tarixdə 2 (iki) ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Müraciətlərində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 və ** saylı cəzaçəkmə müəssisələrində barəsində tətbiq edilmiş 7 (yeddi) tənbeh tədbiri qərarının qanunsuz hesab edilərək, ləğv edilməsini xahiş etmişdir. Ancaq bu günə qədər həmin ərizələr üzrə müvafiq baxış keçirilməmiş və işə dair hər hansı bir cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, izahatının icraata qəbul edilməsini, halların və vəziyyətin mahiyyətinin araşdırılmasını, hərtərəfli, tam və obyektiv araşdırma aparılaraq qanunvericilik üzrə qərar qəbul edilməsini və bütün məhkəmə iclaslarında iştirakının təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarı ilə Şikayət verən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşının hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı İnzibati Məhkəməsinin məsul şəxslərinin hərəkətsizliyinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməklə geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi apellyasiya qaydasında şikayət vermişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi şikayət verdiyi qərarın ona ##.##.2026cı il tarixdə verildiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə müəssisəsinə məlumat verilmiş, lazımi qaydada məlumatlandırılmış müəssisənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası verilmiş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası CPM-nin 452-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası CPM-nin 203-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün toplanmış materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayət verən şəxsə ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452.1-ci maddəsinə əsasən həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsinə qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində yol verilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayəti Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsinin ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 202.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından qanunla müəyyən edilmiş 3 gün müddətinə apellyasiya şikayəti verilməli olduğu halda, həmin şikayət mübahisələndirilən qərar elan olunandan qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, iş üzrə material birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayətçiyə ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.2, 452-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməklə geri qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən, material həmin məhkəməyə qaytarılsın. Şikayətçi Şikayət verən şəxs ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan kassasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar