Məhkəmə qərarları › İş №6(3-6)-536/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-536/2026

10.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-536/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunu katibliyi, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş məhkum Şikayət verən şəxs iştirakı ilə, Məhkum Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisədə saxlanılan məhkum Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin onun barəsində qəbul edilmiş qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mübahisələndirilən qərarı ##.##.2026-cı il tarixdə elan edilmiş, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə onun saxlanıldığı cəzaçəkmə müəssisəsi tərəfindən ##.##.2026-cı il tarixdə imzalanmaqla birinci instansiya məhkəməsinə göndərilmişdir. Bununla da Şikayət verən şəxs birinci instansiya məhkəməsinin qərarı elan olunduğu vaxtdan 3 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda, həmin şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verən şəxsə buraxılmış prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 452-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Şikayət verən şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar