Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-537/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Şikayət verən şəxs “Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsinin baş müstəntiqi X1 tərəfindən ********* saylı cinayət işi üzrə tərtib edilmiş şahid X2 dindirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokolun, həmin şahidin iştirakı olan bütün üzləşmə protokollarının tərtibi və təsdiqi, dindirmə və üzləşdirmə istintaq hərəkətləri (hərəkətsizliyi) barədə qərarların qanunsuz hesab edilərək ləğv olunması” barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsinin baş müstəntiqi X1 tərəfindən tərtib edilmiş ********* saylı cinayət işi üzrə tərtib edilmiş şahid X2 dindirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokolun, həmin şahidin iştirakı olan bütün üzləşmə protokollarının tərtibi və təsdiqi, dindirmə və üzləşdirmə istintaq hərəkətləri (hərəkətsizliyi) barədə qərarların qanunsuz hesab edilərək ləğv olunmasına dair ərizə ilə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ********* saylı cinayət işi üzrə şahid X2 bu iş üzrə zərərçəkən X4 təsiri altındadır, şərikidir, pul qoyandır, işçisidir. ## ### 2026-cı ildə 1(101)- 817nömrəli cinayət işi üzrə digər şahid X3 ifadə verərək bildirmişdir ki, dindirilərkən X2, zərərçəkən və digər şahidlərlə bir otaqda dindirilmişlər. Sübutlar cinayət işi sənədləri və məhkəmənin audio-videosu, iclas protokoludur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsinin baş müstəntiqi X1 tərəfindən tərtib edilmiş ********* saylı cinayət işi üzrə tərtib edilmiş şahid X2 dindirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokolun, həmin şahidin iştirakı olan bütün üzləşmə protokollarının tərtibi və təsdiqi, dindirmə və üzləşdirmə istintaq hərəkətləri (hərəkətsizliyi) barədə qərarların qanunsuz hesab edilərək ləğv olunması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. Qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi, prosessual –hüquq normaları pozuntusu ilə qəbul edilmişdir. Qərar onun konstitusion hüquqlarının əleyhinədir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi və müdafiəçisi, prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarətinin predmetini - insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Şikayət verən şəxs “Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsinin baş müstəntiqi X1 tərəfindən ********* saylı cinayət işi üzrə tərtib edilmiş şahid X2 dindirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokolun, həmin şahidin iştirakı olan bütün üzləşmə protokollarının tərtibi və təsdiqi, dindirmə və üzləşdirmə istintaq hərəkətləri (hərəkətsizliyi) barədə qərarların qanunsuz hesab edilərək ləğv olunması” barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs “Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsinin baş müstəntiqi X1 tərəfindən ********* saylı cinayət işi üzrə tərtib edilmiş şahid X2 dindirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokolun, həmin şahidin iştirakı olan bütün üzləşmə protokollarının tərtibi və təsdiqi, dindirmə və üzləşdirmə istintaq hərəkətləri (hərəkətsizliyi) barədə qərarların qanunsuz hesab edilərək ləğv olunması” barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №6(3-6)-537/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-537/2026
14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver