Məhkəmə qərarları › İş №6(3-6)-538/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-538/2026

11.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-538/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, şikayətçi Şikayət verən şəxs və müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şikayət verən şəxs “Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin nümayəndəsi tərəfindən onun üzərindən pasportunun götürülməsinə dair keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyinin və əsaslılığının yoxlanılması” haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs ərizə ilə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, # ###### 2023-cü ildə Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşlarının müşayiəti altında X4 X6 gətirilərkən polis əməkdaşlarından biri onun C******** nömrəli pasportunu Dövlət Sərhəd Xidmətinin əməkdaşına təqdim etmiş, daha sonra pasportunu götürüb onu Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirmişdir. Ancaq nə şübhəli şəxsin tutulması haqqında protokolda, nə axtarışda olan şəxsin tutulması haqqında protokolda, nə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair protokollarda pasportunun götürülməsi qeyd edilməmişdir. Pasportu ailəsinə qaytarılacağı halda geri qaytarılmamışdır. Həmin pasport 2027-ci ilə qədər etibarlıdır. Odur ki, C******** nömrəli pasportunun götürülməsinə dair keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyinin və əsaslılığının yoxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Tural Musayev) Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması, Şikayət verən şəxs məhkəmə nəzarətinin predmetinə aid olan konkret məsələlərlə bağlı qərarın təsviri hissəsində göstərilən halları təsdiq edən sənədləri əlavə etməklə dəqiq forma və məzmunda müraciət etmək tövsiyyə edilməsi qərara alınmışdır. Qərardan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və məhkəmə nəzarəti qaydasında şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri şikayət ərizəsi ilə eyni məzmunda olmuş və əlavə olaraq göstərilmişdir ki, ## ###### 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokolda yazılmışdır ki, ##.##.2023-cü il tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə axtarış elan edilmiş ##.##.1990-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Şikayət verən şəxs Türkiyə Respublikasından qayıdarkən ## ###### 2023-cü il tarixdə saat 17:25 radələrində X7 Hava Limanında saxlanılaraq tərəflərindən Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirilmişdir. Göündüyü kimi, onun məhkəmə nəzarəti qaydasında şikayəti abstrakt iddialar əsasında deyil, mötəbər sübutlar əsasında yazılmışdır. O, məhkəmə nəzarəti qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə pasportunun ailəsinə qaytarılması üçün müraciət etmişdir. ## #### 2026-cı il tarixdə isə müdafiəçisi X3 Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə sorğu göndərərək ona məxsus Co******* nömrəli ümumvətəndaş pasportunun səhifələrinin surətlərini xahiş etmişdir. Ancaq nə onun ərizəsinə, nə də müdafiəçisinin sorğusuna cavab verilməmişdir. Məhkəmə baxışı zamanı şikayətçi Şikayət verən şəxs və müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçılarını dinləyərək belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətinin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, ərizəçi müraciətində qeyd etmişdir ki, # ###### 2023-cü ildə DIN BMCMI-nin əməkdaşlarının müşayiəti altında X4 X6 gətirilərkən polis əməkdaşlarından biri onun C******** nömrəli pasportunu Dövlət Sərhəd Xidmətinin əməkdaşına təqdim etmiş, daha sonra pasportunu götürüb onu Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirmişdir. Ancaq nə şübhəli şəxsin tutulması haqqında protokolda, nə axtarışda olan şəxsin tutulması haqqında protokolda, nə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair protokollarda pasportunun götürülməsi qeyd edilməmiş, həmçinin pasportu ailəsinə qaytarılacağı halda geri qaytarılmamışdır. Lakin şikayətin məzmunundan onun pasportunun qaytarılması barədə BMCMI-yə konkret olaraq hansı tarixdə, hansı qaydada və hansı məzmunda müraciət etməsini, həmçinin müraciətin qeyd olunan orqan tərəfindən qəbul edilməsini, baxılmasını və ya pasportun qaytarılmasından imtina olunmasını təsdiq edən hər hansı rəsmi sənəd, məktub, qərar, cavab məktubu və ya digər mötəbər sübut şikayətə əlavə edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-cu maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında yalnız təhqiqatçının, müstəntiqin, prokurorun və ya əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın konkret prosessual hərəkəti, qərarı və ya hərəkətsizliyi mübahisələndirilə bilər. Bu baxımdan məhkəmə nəzarəti abstrakt xarakterli iddiaların, ehtimalların və ya ümumi narazılıqların deyil, konkret hüquqi nəticə doğuran prosessual davranışın qanuniliyinin yoxlanılması vasitəsidir. Hazırkı halda isə ərizəçi tərəfindən BMCMI-nin mübahisələndirilən məsələyə münasibətdə cavabdeh subyekt olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, onun hazırda hansı dövlət orqanının faktiki sərəncamında olması, pasportun taleyi ilə bağlı ayrıca prosessual qərarın qəbul olunub-olunmaması verilmiş şikayət və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, yalnız ehtimallara əsaslanan, konkret prosessual hərəkət və ya qərarı müəyyən etməyən belə bir müraciət məhkəmə nəzarəti qaydasında araşdırma predmeti hesab edilə bilməz. Çünki məhkəmə nəzarəti qaydasında şikayətə baxılması üçün ilk növbədə mübahisələndirilən hərəkətin və ya hərəkətsizliyin mövcudluğu, həmin hərəkətin konkret orqan və ya vəzifəli şəxs tərəfindən törədilməsi, eləcə də şəxsin hüquqlarına hansı formada müdaxilə etməsi müəyyən edilməlidir. Qanunvericiliyə əsasən şikayətdə hüquq pozuntusunun mahiyyəti, həmin pozuntuya səbəb olmuş qərar və ya hərəkət, eləcə də şikayətçinin tələbi konkret göstərilməli, məhkəmə nəzarəti qaydasında baxılmalı olan şikayət konkret prosessual predmetə malik olmalıdır. Əks halda məhkəmə tərəfindən həmin şikayətin mahiyyəti üzrə araşdırılması mümkün olmur. Hazırkı iş üzrə isə ərizəçi tərəfindən Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə müraciət edilməsini, həmin müraciətin baxılmasını, pasportun qaytarılmasından imtina olunmasını və ya həmin sənədin Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin sərəncamında olmasını, həmin idarənin konkret hərəkətsizliyini və ya qərarını təsdiq edən heç bir sübut şikayətə əlavə edilməmişdir. Belə olan halda məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan konkret prosessual qərar, hərəkət və ya hərəkətsizlik müəyyən edilmir. Şikayət isə yalnız ümumi ehtimallara və formal mülahizələrə əsaslandığından onun mahiyyəti üzrə baxılması üçün prosessual əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi göstərilən halları, hüquqi müəyyənlik prinsipinin tələblərini, müraciətin qeyri-müəyyən xarakter daşımasını, şikayətin minimal sübutlarla təsdiq olunmamasını və konkret prosessual predmetə malik olmamasını nəzərə alaraq hesab etmişdir ki, şikayət baxılmadan onu vermiş şəxsə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinsi instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsində isə konkret olaraq şikayət oluna bilən hərəkət və ya qərarlar göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələri). Göründüyü kimi, ərizəçi şikayətində Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə pasportunun ailəsinə qaytarılması üçün müraciət etdiyini bildirsə də, ərizəçi tərəfindən Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə müraciət edilməsini, həmin müraciətin baxılmasını, pasportun qaytarılmasından imtina olunmasını və ya həmin sənədin Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin sərəncamında olmasını, həmin idarənin konkret hərəkətsizliyini və ya qərarını təsdiq edən heç bir sübut şikayətə əlavə edilməmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən hərəkətin və ya hərəkətsizliyin mövcudluğu, həmin hərəkətin konkret orqan və ya vəzifəli şəxs tərəfindən törədilməsi, eləcə də şəxsin hüquqlarına hansı forma pozulmasına səbəb ola biləcək əsaslar göstərilməmişdir ki, bu halda birinci instasiya məhkəməsinin qənaəti əsaslı və qanunidir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayət verən şəxs “Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin nümayəndəsi tərəfindən onun üzərindən pasportunun götürülməsinə dair keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyinin və əsaslılığının yoxlanılması” haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar