Məhkəmə qərarları › İş №6(3-6)-540/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-540/2026

14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qərar Bakı̆şəhəri İş̆№̆6(3-6)-540/2026 14.09.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3̆və̆X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi Şikayət verən şəxs müdafiəçisi ** saylı vəkil Bürosunun vəkili Müdafiəçi, Suraxanı Rayon Prokurorunun köməkçisi X1 iştirakları ilə, Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarından təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə̆iclasındăbaxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarından təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi ** saylı vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasındăşikayətlə̆Bakı̆ŞəhərĭSuraxanı̆Rayon̆Məhkəməsinə̆müraciət̆etmişdir. Şikayətdə, şikayətin təmin edilməsi, Suraxanı rayon prokurorunun köməkçisi X.Seyidovun ##.##.2026-cı il tarixli, Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, cinayət prosesini həyata keçirən orqan qarşısında yol verilmiş pozuntuların aradan qaldırılması, o cümlədən götürülmüş cihazlar barəsində məhkəmə-kriminalistik (texniki) ekspertizanın təyin edilməsi və müdafiə tərəfinin ekspert qarşısında sual qoymaq hüququnun təmin edilməsi məsələsinin qaldırılması barədə qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarından təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi ** saylı vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini, Suraxanı rayon prokurorunun köməkçisi X.Seyidovun ##.##.2026cı il tarixli, Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarının qanunsuz hesab edilərək̆ləğv̆edilməsĭbarədə̆qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Məhkəmə nəzarəti qaydasında çıxarılan qərar əsaslandırılmalı, məhkəmənin gəldiyi nəticə konkret hüquqi və faktiki dəlillərlə izah edilməlidir. Şikayətdə səkkiz müstəqil hüquqi arqument irəli sürülmüşdü. Qərardadda həmin arqumentlərin heç biri təhlil edilməmiş, onların hər biri üzrə ayrıca nəticə çıxarılmamışdır. Şikayətin əsassız sayılması barədə ümumi ifadə əsaslandırma deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə görə (Ruiz Torija v. İspaniya, Hiro Balani v. İspaniya) məhkəmə tərəfin işin nəticəsinə həlledici təsir göstərə bilən arqumentinə cavab verməyə borcludur. Bu tələbin pozulması Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınmış ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır və qərardadın ləğvi üçün müstəqil əsasdır. CM-in 302.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin predmeti xüsusi kateqoriyaya aid əşyadır — gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinə görə bunlar informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış və təkmilləşdirilmiş avadanlıq və cihazlardır. İş üzrə götürülmüş əşyalar isə "HainoTeko", "Smart Berry" və "Nodizz" markalı, markalanma göstəricisi olan, seriyalı istehsal məhsulu sayılan ağıllı qol saatlarıdır. Cihazda kameranın olması özlüyündə onu gizli informasiya toplama vasitəsinə çevirmir. Əşyanın həmin kateqoriyaya aid olub-olmaması hüquqi deyil, texniki məsələdir və xüsusi biliklər tələb edir. İş üzrə bu günədək heç bir ekspertiza təyin edilməmiş, ekspert rəyi alınmamışdır. Beləliklə, ittiham nəyin satıldığı hüquqi olaraq müəyyən edilmədən elan edilmişdir. Birinci instansiya məhkəməsi bu həlledici məsələyə qərardadda ümumiyyətlə toxunmamışdır. İttihamın bütün konstruksiyası DTX-nin ##.##.2026-cı il tarixli məktubuna əsaslanır. Həmin sənəddə tədqiqatı aparmış şəxsin adı, vəzifəsi, ixtisası və iş stajı, istifadə edilmiş metodika, cihazların hansı konkret texniki meyara görə təsnif edilməsi göstərilmir. Nəticədə müdafiə tərəfi ekspertizanın təyin edilməsi qaydasında ona verilən hüquqlardan — ekspert qarşısında sual qoymaq, tədqiqatı aparan şəxsə etiraz etmək, onun ixtisasını yoxlamaq və nəticəni mübahisələndirmək imkanından — tamamilə məhrum edilmişdir. Xüsusi biliklər tələb edən məsələnin idarələrarası yazışma yolu ilə həll edilməsi tərəflərin bərabərliyi prinsipinə ziddir və belə materialın sübut kimi yolverilənliyini şübhə altına alır. Məhkəmə qərardadda idarə məktubunun hansı prosessual əsasla ekspert rəyi səviyyəsində qəbul edildiyini izah etməmişdir. Cinayət işinin başlanması haqqında ##.##.2026-cı il tarixli qərarda 21 ədəd qol saatı barədə yazılır ki, onlar öz təyinatına və konstruktiv xüsusiyyətlərinə görə gizli qaydada informasiya əldə edilməsi üçün istifadə oluna bilən texniki vasitələrə aiddir. Halbuki həm CMin 302.3-cü maddəsi, həm də istinad edilən Siyahı nəzərdə tutulmuş, yəni xüsusi olaraq bu məqsədlə yaradılmış vasitələrdən bəhs edir. Bunlar hüquqi baxımdan eyni deyildir. "İstifadə oluna bilən" meyarı qəbul edilərsə, kamerası olan istənilən mobil telefon, videoqeydedici, planşet və ya foto aparat eyni maddənin predmetinə çevrilər. Cinayət qanununun bu qədər geniş şərh edilməsi cinayət hüququnun müəyyənlik tələbinə (Konvensiyanın 7-ci maddəsi) ziddir və yolverilməzdir. Bundan başqa, cinayət işinin başlanması haqqında qərarda pozulmuş norma kimi "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinin XI hissəsi, cəlb etmə haqqında qərarda isə həmin maddənin VIII və IX hissələri göstərilmişdir. Beləliklə, ittihamın normativ əsası vahid müəyyən edilməmişdir — bu, təqsirləndirilən şəxsin özünü nədən müdafiə etməli olduğunu bilmək hüququnu birbaşa pozur. Cəlb etmə haqqında qərarın öz mətnində göstərilir ki, cihazlar X8 gətirilərək müvafiq gömrük prosedurlarından keçirilmişdir. Dövlətin səlahiyyətli orqanı malı rəsmi gömrük rəsmiləşdirilməsindən keçirərək sərbəst dövriyyəyə buraxıbsa, eyni malın sonradan "qanunsuz əldə edilmiş" sayılması ittihamın daxili ziddiyyətidir. Məhkəmə bu ziddiyyəti aradan qaldırmamışdır. Qərar niyyəti yalnız müdafiə etdiyim şəxsin cihazların texniki xüsusiyyətlərini bilməsi ilə əsaslandırır. Lakin məhsulun texniki xarakteristikasını bilmək ilə həmin əşyanın mülki dövriyyəsinin məhdudlaşdırıldığını və xüsusi icazə tələb etdiyini bilmək eyni şey deyildir. İttiham blanket dispozisiyalıdır və Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ***-* nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya söykənir. Həmin Siyahının mətni iş materiallarına əlavə edilməmişdir; onun ümumi əlçatanlığı müəyyən edilmədən ticarətlə məşğul olan şəxsin hansı malın qadağan dairəsinə düşdüyünü əvvəlcədən bilə bilməsi qənaətinə gəlmək mümkün deyildir. Əməldə gizlətmə əlaməti də yoxdur: mallar açıq fəaliyyət göstərən ticarət obyektində, markalanma göstəriciləri ilə, 80–100 manat pərakəndə qiymətlə satılmış, çatdırılma adi kuryer vasitəsilə həyata keçirilmişdir. Cəlb etmə haqqında qərarda əvvəlki satışlar "istintaqla dəqiq müəyyən edilməyən müddət ərzində ayrıayrı̆şəxslərə"̆ifadəsĭilə̆təsvir̆olunur.̆Heç̆bir̆tarix,̆alıcı,̆məbləğ̆və̆yăkonkret̆epizod göstərilmir. Faktiki olaraq işdə yalnız bir epizod mövcuddur — o da ##.##.2026-cı il tarixdə şərti alıcının sifarişi əsasında, əməliyyat-axtarış tədbiri çərçivəsində formalaşdırılmış epizoddur. Müəyyən edilməmiş epizodlar üzərində "vahid niyyət" qurulması sübutetmə tələblərinə̆cavab̆vermir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Suraxanı Rayon Prokurorunun köməkçisi X1 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən daxil olmuş materialları araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli,̆birincĭinstansiyăməhkəməsinin̆qərarı̆dəyişdirilmədən̆saxlanılmalıdır. Məhkəmə tərəfindən material öyrənilərkən məlum olmuşdur ki, cinayət işinin başlanmasına dair qərara əsasən cinayət işi ##.##.2026-cı il tarixdə Suraxanı rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, R Ziyafət Quliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin̆302.3-cü̆maddəsĭilə̆başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Şikayət verən şəxs (FİN: *******) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 37C ünvanında yerləşən “Əlibaba Smart” mağazasında gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədilə əldə edərək satması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ##.##.2026-cı il tarixdə onun tərəfindən 3 ədəd “Smart Berry C99 Plus” markalı kameralı smart saatın hər biri 80 manat olmaqla satılması məqsədilə kuryer X2 verilərək Suraxanı rayonu, Hövsan qəsəbəsinə göndərilməsinin müəyyən edilməsi, həmin saatların əməliyyat əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi, habelə mağazaya keçirilmiş baxış zamanı satış məqsədilə saxlanılan digər kameralı smart saatların aşkar edilərək götürülməsi nəticəsində cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin müəyyən edilməsĭolmuşdur. Həmin qərara əsasən araşdırma materiallarından müəyyən edilmişdir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə malik smart saatların satışının həyata keçirilməsi ilə bağlı daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində bu növ texniki vasitələrin satış məqsədilə saxlanılması və dövriyyəyə buraxılması faktları müəyyən edilmiş, əməliyyat tədbirlərinin davamı olaraq müxtəlif markalı kameralı smart̆saatlar̆aşkar̆edilərək̆götürülmüşdür.̆ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, götürülmüş “Haino Teko - FG-3”, FG-7, FG-10, FG-11, “Smart Berry C99 Plus” və “Nodiz N59” markalanma göstəricili ağıllı saatlar texniki xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ***-* nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin Siyahısı”na əsasən gizli qaydadăinformasiyăalınması̆üçün̆nəzərdə̆tutulmuş̆xüsusĭtexnikĭvasitələrə̆aid̆edilmişdir. Cinayət işin başlanmasına dair qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubda göstərilən məlumata əsasən aşkar edilmiş texniki vasitələrdən 21 ədəd qeyd edilən qol saatı öz təyinatına və konstruktiv xüsusiyyətlərinə görə gizli qaydada informasiya əldə edilməsi üçün istifadə oluna bilən texniki vasitələrə aiddir. Həmin vasitələrin qanunvericiliklə müəyyən edilmiş qaydadan kənar satış məqsədilə göndərilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu bəndinin XI bəndinin tələblərinin pozulması ilə müşayiət olunmuşdur. Bununla da, Şikayət verən şəxs qeyd olunan hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulmuş, yəni əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmaqla gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin satışına yönəlmiş əməlin əlamətləri mövcud olduğundan qeyd edilən maddə ilə̆cinayət̆işĭbaşlanması̆qərarăalınmışdır.̆ ##.##.2026-cı il tarixdə Şikayət verən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqăyerə̆getməmək̆haqqındăiltizam̆seçilmişdir. Cinayət işin materiallarına əsasən təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərara əsasən Şikayət verən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 37C ünvanında yerləşən və faktiki olaraq onun tərəfindən idarə edilən ticarət obyektində bütün satışlara bilavasitə cavabdeh olmaqla, 2025-ci ilin sentyabr-dekabr aylarında X8 Azərbaycan Respublikasına gətirilərək müvafiq gömrük prosedurlarından keçirilmiş “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1999-cu il ## ####### tarixli ***-IQ nömrəli Qanununun 10-cu maddəsinin VIII hissəsinə əsasən müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunmasının qadağan olunması, həmin Qanunun 10-cu maddəsinin IX hissəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aid olması, əməliyyataxtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilinməsi, bununla bağlı xüsusi icazənin alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il ## #### tarixli ***-VQ nömrəli Qanununun 18.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il ## ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”-nın 2.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”-nin 13cü hissəsində müəyyən edilmiş sənədlərin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilməsinin zəruri olmasına baxmayaraq, qeyd edilən qaydada xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin qanunsuz olaraq vahid niyyətlə satışını həyata keçirib gəlir əldə etmək məqsədilə 180 dərəcə fırlana bilən kiçik ölçülü kamera ilə təchiz edilmiş “HainoTeko FG-3” və “Smart Berry C99 Plus”, habelə yan hissəsində ekran sönülü vəziyyətdə çəkiliş apara bilən kiçik ölçülü kamera ilə təchiz edilmiş “Nodizz N59” markalanma göstəricili və digər bu tip ağıllı saatların satış məqsədilə həmin ticarət obyektinə daxil olmasından sonra onların texniki xüsusiyyətlərini, o cümlədən kiçik ölçülü kamera vasitəsilə ətraf mühitdən görüntünün əldə edilməsi, foto və videoçəkilişin aparılması, ayrı-ayrı modellərdə kameranın fırladılması və çəkiliş aparılması imkanlarını bildiyi halda, gəlir əldə etmək məqsədilə həmin cihazları satış üçün öz faktiki sərəncamına qəbul edib saxlamış, istintaqla dəqiq müəyyən edilməyən müddət ərzində ayrıayrı şəxslərə əsasən nağd hesablaşma yolu ilə hər birini təxminən 80100 manat məbləğində satmış, eyni vahid niyyətin davamı olaraq, ## #### 2026-cı il tarixdə alıcı tərəfindən 3 ədəd “Smart Berry C99 Plus” markalı smart saatın alınması barədə verilmiş sifarişi qəbul etmiş, hər birinin satış qiymətini 80 manat olmaqla ümumilikdə 240 manat müəyyən etmiş, həmin 3 ədəd kameralı smart saatı alıcıya çatdırılması məqsədilə cinayətdən xəbərsiz kuryer kimi fəaliyyət göstərən X2 təqdim etməklə Hövsan qəsəbəsinə göndərilməsinə nail olmuş və keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin 3 ədəd “Smart Berry C99 Plus” markalı smart saat Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi ərazisində şərti alıcıya təhvil verilərkən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri zamanı götürülmüş, daha sonra Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 37C ünvanında yerləşən ticarət obyektində satış məqsədilə saxlanılan digər (ümumilikdə 21 ədəd) kameralı smart saatlar müəyyən edilərək müvafiq qaydada götürülmüş, bununla da o, bu əməlləri ilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq vahid niyyətlə satış məqsədilə əldə etmiş və satmışdır. Şikayət verən şəxs qanunvericiliklə müəyyən edilmiş xüsusi icazə olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri gəlir əldə etmək məqsədilə vahid niyyətlə satış məqsədilə əldə edib satmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində̆nəzərdə̆tutulmuş̆cinayət̆əməlinĭtörətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi ** saylı vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayət ərizəsində Şikayət verən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərarın qanunsuz hesab edilməsi ilə əlaqədar dəlilləri əsaslı olmadığından, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cəlb edilməsi üçün ətraflı araşdırma aparıldığından (əşyalara baxışın keçirilməsi, əşyaların dövriyyəsinin müəyyən edilməsi üçün sorğunun göndərilməsi, şahidlərin dindirilməsi) və toplanmış ilkin sübutlar əsasında qərarı qanunauyğun qəbul etdiyindən̆şikayət̆təmin̆edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, araşdırma zamanı zəruri prosessual hərəkətlər həyata keçirilmiş, toplanmış material əsasında haqlı olaraq Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “təqsirləndirilən şəxs qismində̆cəlb̆etmə”̆haqqındăqərar̆qəbul̆edilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətində qeyd etmiş olduğu hallar özünü müdafiə xarakterĭdaşımaqlăəsassızdır. Bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qanuni və əsaslı olduğundan̆şikayət̆təmin̆edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə̆və̆yăqərarlarınădair̆şikayətlərə̆baxır.̆ Azərbaycan Respublikası CPM-in 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları̆pozulan̆digər̆şəxslər̆şikayət̆vermək̆hüququnămalikdirlər.̆ Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, əməliyyataxtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən̆və̆yăqərarlarından̆məhkəməyə̆şikayət̆vermək̆hüququnămalikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə kifayət qədər araşdırma aparılmış, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlara düzgün qiymət verilmişdir. Barəsində şikayət verilən Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərar qanunidir, qərarın ləğvi üçün əsas yoxdur, ibtidai araşdırma orqanının iş üzrə qərarının ləğvinə səbəb olacaq pozuntusu müəyyən edilmir və bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyĭnəticə̆ilə̆razılaşır̆və̆onŭəsaslı̆hesab̆edir. Şərh edilənlərdən aydın olur ki, Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarının qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsi barədə təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı qanuni və əsaslıdır, apelyasiya şikayətinin təmin olunması üçün qanunvericiliklə nəzərdə̆tutulan̆əsaslar̆mövcud̆deyil. Azərbaycan Respublikası CPM-in 451.1.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunĭhesab̆edilməsĭbarədə̆qərar̆çıxarmaq̆hüququnămalikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 451-453-cü maddələrini rəhbər̆tutaraq̆məhkəmə̆kollegiyası QƏRARA ALDI: Apellyasiyăşikayətĭtəmin̆edilməsin. Suraxanı rayon prokurorunun köməkçisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026cı il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarının qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsi barədə təqsirləndirlən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar̆qətidir,̆ondan̆kassasiyăşikayətĭvə̆yăkassasiyăprotestĭverilə̆bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar