Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-541/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Nuriyev Elnur Aləm oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, Müəyyən etdi: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 tərəfindən istintaqı aparılan cinayət iş üzrə şahid qismində ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə tərəfindən qəbul edilmiş qərarların icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz sayılması, müstəntiq barədə xüsusi qərar çıxarılması və qərarın icrasının Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (hakim X5) Şikayət verən şəxs şikayəti təmin edilmiş, Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 qərarın təsviri hissəsində qeyd olunmuş məhkəmə qərarlarını icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmiş və Şikayət verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülmüş, qərar icra edilməsi üçün Bakı Şəhəri Səbail Rayon Polis Idarəsinə göndərilmişdir. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək şikayətinin təmin edilməyən hissəsinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024 tarixli, *(***)-**/**** saylı, ##.##.2025 tarixli, *(***)-**/**** saylı və ##.##.2025 tarixli, *(***)-***/**** saylı və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-**/**** saylı, ##.##.2025 tarixli, *(***)-***-**** saylı və ##.##.2025 tarixli, *(***)-***/**** saylı məhkəmə qərarlarının icrasının Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 tərəfindən qərəzli olaraq təmin etməməsinə görə barəsində cinayət xarakterli tədbirlər görülməsi barədə xüsusi qərar qəbul edilməsi, xüsusi qərarın icrasının Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzarəti qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, icraatında ********* nömrəli cinayət işi olan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024 tarixli, *(***)-**/**** saylı, ##.##.2025 tarixli, *(***)-**/**** saylı və ##.##.2025 tarixli, *(***)-***/**** saylı və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-**/**** saylı, ##.##.2025 tarixli, *(***)-***- **** saylı və ##.##.2025 tarixli, *(***)-***/**** saylı məhkəmə qərarlarının qərəzli olaraq icra etməməsində ibarət hərəkətsizliyinin qanunsuz hesab olunmasını, onun qanunsuzluqları və məhkəmə qərarlarını icra etməməyə görə Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 barəsində cinayət xarakterli tədbirlər görülməsi üçün xüsusi qərar qəbul edilməsini və xüsusi qərarın icrası Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi məhkəmə nəzarəti qaydasında verilmiş şikayətini qismət təmin etmişdir. Yəni birinci hissəsi – icraatında ********* nömrəli cinayət işi olan Daxili Işlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024 tarixli, *(***)-**/**** saylı, ##.##.2025 tarixli, *(***)-**/**** saylı və ##.##.2025 tarixli, *(***)-***/**** saylı və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-**/**** saylı, ##.##.2025 tarixli, *(***)-***-**** saylı və ##.##.2025 tarixli, *(***)-***/**** saylı məhkəmə qərarlarını qərəzli olaraq icra etməməsində ibarət hərəkətsizliyinin qanunsuz hesab olunmasına dair qərar qəbul edilməsi xahişini təmin etmişdir. Lakin, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin ikinci hissəsi məhkəmə tərəfindən təmin edilməmiş, yəni – Daxili Işlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 qanunsuzluqları və məhkəmə qərarlarını icra etməməyə görə müstəntiq Z.Mustafayev barəsində cinayət xarakterli tədbirlər görülməsi barədə xüsusi qərar qəbul etməsini və xüsusi qərarın icrası Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə xahişi təmin edilməmişdir. Baxmayaraq ki, təmin edilməyən hissəsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının məhkəmə sistemində formalaşmış presedent hüquqlar və bir çox qanuni əsaslar var. Aşağıda qeyd etdiyi qanunlara və Azərbaycan Respublikasının məhkəmələrində formalaşmış presedent hüquqa yəni formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı məhkəmə qərarı məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti qanunun tələblərinə uyğun olaraq tam təmin edilməli və Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 məhkəmə qərarlarını icra etməməyə görə barəsində cinayət xarakterli tədbirlər görülməsi üçün xüsusi qərar qəbul edilməli idi. Belə ki, X1 barəsində aparılan ********* nömrəli cinayət işi çərçivəsində Sumqayıt Şəhər Polis Idarəsində və Bakı şəhəri Səbail Rayon Polis Idarəsində yalnız şahid qismində dindirilmişdir. ## ### 2024-cü ildə ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. ********* nömrəli cinayət işi üzrə Sumqayıt ŞPI-nin Istintaq Şöbəsinə telefon zəngi ilə dəvət edilmiş və prosesual tələblərə uyğun olaraq istintaqa ifadəsini vermişdir. ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Səbail RPI-nin Istintaq Şöbəsinə rəsmi və ya qeyri-rəsmi dəvət edilmədən prosesual tələblərə uyğun olaraq istintaqa dəvət edilməmiş, şahid qismində ifadəsini verib və məhkəmə qərarı olmadan da ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmuşdur. ## #### 2024-cü ildə ölkədən çıxmağa cəhd edərkən X7 Hava Limanında saxlanılmış, Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinə aparılmış və təxminən 19 saat yuxudan, yemək və içkidən məhrum etməklə ayaqüstə saxlanılmışdır. Bu müddətdə vəkilinin iştirakını tələb etsə də, vəkilinin iştirakı təmin edilməyib, ona qarşı qeyri-insani və ləyaqətimi alçaldan rəftarlar ilə üzləşib, təhdid, təhqir və hədələməklə qardaşımın əleyhinə ifadə verməyə məcbur edilib və yalnız şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdır. Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsində məruz qaldığı qeyri-insani və ləyaqətini alçaldan rəftarla bağlı DIN “102” xidmətinə, Bakı şəhər Baş Polis Idarəsinə, X2, Baş Prokurora və Prezident Administrasiyasına müraciətlər etsə də, həmin müraciətləri araşdırılmayıb. Həmin məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna, Respublika Baş Prokuroru cənab Kamran Əliyevə, Səbail Rayon Prokurorluğuna, Azərbaycan Respublikası cənab Prezidentinin köməkçisi, X13 mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, X2 Vilayət Eyvazova çoxsaylı müraciətlər etmişdir. Bakı şəhər Səbail Rayon Polis Idarəsinin rəisi ##.##.2024, ##.##.2024-cü tarixli və digər məktublarında bildirmişdir ki, “müraciətinizdə qeyd etdiyiniz xüsusatlar üzrə aparılan araşdırma zamanı polis əməkdaş tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi halları təsdiqlənməmişdir”. Sonra, o vəkili ilə birlikdə ölkədən çıxışına (sərhədkeçmə) qoyulmuş məhdudiyyətin götürülməsi barədə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etdib və qəbullara getmişdir. Səbail Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin əməkdaşının bu cür kobud davranışı və təhdidləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə keçirilən məhkəmə prosesində audiovideo müşahidə kameraları qarşısında və hakimin, məhkəmə katibinin, vəkilinin, Səbail rayon prokurorunun köməkçisinin gözü qarşısında oldu və bununla bağlı müraciət edərək audio-video görüntülərin təqdim edilməsini istəyir. Lakin, Məhkəmədən və Məhkəmə-Hüquq Şurasından ona rəsmi məktubla bildirilib ki, “audio-video müşahidə kameraları həmin məhkəmə prosesində qoşulu olmadığı üçün işləməyib və Şura tərəfindən hakimə bununla bağlı xəbərdarlıq edilib”. Iki ildən artıq müddətdə müxtəlif tarixlərdə Məhkəmə-Hüquq Şurasının üzvlərinin və aparat rəhbərliyinin çoxsaylı qəbullarında olmuş, Daxili Işlər Nazirliyinə, Baş Prokurorluğa, Prezident Administrasiyasına, Ombudsmana, Milli Məclisə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Birinci vitse-prezidentin Katibliyinə və digər dövlət orqanlarına çoxsaylı yazılı müraciətlər etmiş və qəbullarda iştirak etmişdir. Lakin, bu müraciətlər məhkəmə qərarlarının icrasının təmin edilməsinə gətirib çıxarmamışdır. ## #### 2025-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsi Daxili Işlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis Idarəsinə ünvanladığı məktubunda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-**/**** saylı qərarının icra vəziyyəti məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, cavablandırılmamışdır. ## #### 2025-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikasının Səbail rayon Prokurorluğuna ünvanladığı məktubda qeyd olunanları nəzərə alaraq bildirmişdir ki, vətəndaş Şikayət verən şəxs barəsində qəbul edilmiş məhkəmə qərarının icrasının təmin olunması məqsədilə ən qısa müddətdə müvafiq tədbirlərin görülməsi xahiş olunur. Lakin, cavablandırılmamışdır. ## ###### 2025-ci, ## ###### 2026-cı və ## ###### 2026-cı illərdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi qərarının icrasının təmin olunması üçün Daxili Işlər Nazirliyinə, Baş Prokurorluğa, Səbail Rayon Prokurorluğuna məktublar ünvanlamışdır. Lakin, cavablandırılmamışdır. # ######## 2025-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri Baş Prokurorluğa sözügedən məsələ ilə əlaqədar məktubu olmuşdur. Lakin, cavablandırılmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindənmütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Daxili Işlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi X4 tərəfindən məhkəmə qərarlarının icralarının bilərəkdən və qərəzli olaraq təmin etməməsi və qərarı vermiş məhkəmələrin onun barəsində cinayət xarakterli tədbirlər görülməsi üçün xüsusi qərar qəbul edilməsini təmin etməməsi həm Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və II bəndləri və 71-ci maddəsinin X bəndi, həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin kobud pozuntusudur və həmçinin, onun Azərbaycan Respublikasının Konstitusiyasının 12, 24, 25, 28 və 71.1-ci maddələrində və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (AIHM) əlavə * saylı Protokolun 2-ci maddəsində (Sərbəst hərəkət etmək və ölkəni tərk etmək hüququ), Avropa Insan Hüquqları Konvensiyasının (AIHM) 6.1-ci maddəsində və Konvensiyasının 13-cü maddəsində həmçinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində (Azadlıq və sərbəst hərəkət etmək hüququ) nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə iclasında şikayət vermiş şəxs apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər edilmiş Azərbaycan Respublikası Səbail Rayon Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Səbail Rayon Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: 442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; 442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə; 442.2.3. cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə vəsatət və təqdimatlara. Təsvir olunan normaların tələblərini apellyasiya müraciətlərinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş qərarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Iş materiallarından aydındır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsi ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə şikayətçinin ölkədən çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək məhdudiyyətin götürülməsi qərara alınmış, həmin qərarın icrası təmin edilmədiyindən vəzifəli şəxsin hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Hazırda şikayətçinin tələbi, məhkəmənin hərəkətsizliyi qanunsuz hesab etməklə yanaşı vəzifəli şəxs barədə xüsusi qərarın çıxarılmaması olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçinin əvvəlki məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar həmin qərarın icrasına cavabdeh olan şəxslər barəsində məhkəmə tərəfindən xüsusi qərar çıxarılması barədə tələbi əsaslı görünmür. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmə nəzarətinin mahiyyəti cinayət prosesini həyata keçirən orqanların məhkəməyədək icraat mərhələsində qəbul etdikləri prosessual qərarların, habelə həyata keçirdikləri hərəkət və hərəkətsizliklərin qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasından və hüquq və azadlıqların məhkəmə müdafiəsinin təmin edilməsindən ibarətdir. CPM-in 449-cu maddəsi məhkəmə nəzarətinin predmetini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2026-cı il tarixli qərarında da qeyd edilmişdir ki, məhkəmə nəzarəti qaydasında şikayətin mümkünlüyü müəyyən edilərkən prosessual hərəkət və ya qərarın yalnız formal adına deyil, onun hüquqi mahiyyətinə, səbəb olduğu hüquqi nəticələrə və CPM-in 449.3-cü maddəsində göstərilən hərəkət və qərarlarla əlaqəsinə baxılmalıdır. Bununla yanaşı, məhkəmə nəzarəti icraatının predmetinə işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətinə aid olan məsələlər daxil edilə bilməz. Hazırkı halda şikayətçinin tələbi əvvəlki məhkəmə qərarının icra edilməməsinə görə konkret şəxslər barəsində xüsusi qərar qəbul edilməsinə yönəlmişdir. Lakin məhkəmə nəzarəti icraatı çərçivəsində məhkəmənin vəzifəsi həmin şəxslərin hüquqi məsuliyyətini müəyyən etmək və ya onların hərəkətlərində hər hansı cinayət tərkibinin mövcudluğu barədə yekun nəticəyə gəlmək deyil. Belə məsələ məhkəmə nəzarətinin predmetindən kənara çıxmaqla, ayrıca prosessual qaydada həll edilməlidir. Məhkəmə qərarının qərəzli olaraq icra edilməməsi qanunvericilikdə müəyyən edilmiş hallarda cinayət məsuliyyəti məsələsinin yaranmasına səbəb ola bilər. Lakin məhkəmə nəzarəti icraatında belə halın mövcudluğu barədə ehtimalın irəli sürülməsi özü-özlüyündə həmin şəxslər barəsində xüsusi qərarın qəbul edilməsini zəruri etmir. Cinayət əlamətlərinin olub-olmamasının müəyyən edilməsi, müvafiq halların araşdırılması və təqsir məsələsinin həlli ayrıca cinayətprosessual qaydada həyata keçirilməlidir. Digər tərəfdən, xüsusi qərarın çıxarılması məhkəmənin hər bir müəyyən edilmiş qanun pozuntusuna münasibətdə məcburi şəkildə tətbiq etməli olduğu prosessual nəticə deyildir. Xüsusi qərar konkret iş üzrə müəyyən edilmiş hallardan irəli gələn və qanunla nəzərdə tutulmuş prosessual məqsədə xidmət edən hüquqi vasitədir. Bu institutdan istifadə etməklə məhkəmə nəzarəti icraatının hüdudları genişləndirilə və həmin icraat çərçivəsində ayrıca məsuliyyət məsələsi həll edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki məhkəmə qərarının icra edilməməsi barədə ərizəçinin irəli sürdüyü hallar hüquqi əhəmiyyətsiz hesab edilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsinin effektivliyinin mühüm elementidir. Bu səbəbdən həmin qərarın icra edilməməsi ilə bağlı məlumatlar, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda, səlahiyyətli orqan tərəfindən ayrıca hüquqi qiymətləndirmənin predmeti ola bilər. Beləliklə, məhkəmə nəzarəti icraatının hüquqi mahiyyəti, onun predmetinin qanunla müəyyən edilmiş hüdudları və məhkəmənin bu icraat çərçivəsində səlahiyyətləri nəzərə alınaraq, şikayətçinin əvvəlki məhkəmə qərarının icra edilməməsində təqsirli hesab etdiyi şəxslər barəsində xüsusi qərar çıxarılması barədə tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, ərizəçinin irəli sürdüyü məsələnin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatına verilməsi üçün də hüquqi əsas mövcud deyildir. Belə ki, konstitusiya məhkəmə icraatının məqsədi konkret iş üzrə prosessual qərarın düzgünlüyünün və ya məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halların yenidən qiymətləndirilməsi deyil, qanunvericilik normasının Konstitusiyaya uyğunluğunun yoxlanılması və Konstitusiyanın aliliyinin təmin edilməsidir. Hazırkı halda isə ərizəçinin tələbi mahiyyət etibarilə məhkəmə nəzarəti icraatında xüsusi qərarın çıxarılıb-çıxarılmaması, habelə əvvəlki məhkəmə qərarının icra edilməməsi ilə bağlı konkret şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi məsələsinə yönəlmişdir. Bu məsələlərin həlli üçün tətbiq edilməli qanun normasının Konstitusiyaya zidd olması barədə əsaslandırılmış hüquqi əsas müəyyən edilmir. Şikayətçinin narazılığı, mahiyyət etibarilə, prosessual normanın konstitusionluğundan deyil, həmin normanın konkret hüquqi münasibətə tətbiqindən və məhkəmənin prosessual səlahiyyətlərinin həcmindən irəli gəlir. Halbuki qanunun tətbiqi və təfsiri ilə bağlı fikir ayrılığı, öz-özlüyündə, Konstitusiya Məhkəməsinə müraciət edilməsi üçün kifayət edən əsas deyildir. Odur ki, hazırkı məsələ qanunun konstitusionluğunun yoxlanılması məsələsi deyil, məhkəmə nəzarəti icraatının qanunla müəyyən edilmiş hüdudlarında konkret prosessual məsələnin həllindən ibarət olduğundan, onun Konstitusiya Məhkəməsinə müraciət edilməsi üçün əsas yaratmadığı qənaətinə gəlinir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-541/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-541/2026
14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver