Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-546/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Şikayətçinin nümayəndəsi və vəkili Nümayəndə İsa oğlunun iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs nümayəndəsinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu məhkəmə nəzarəti qaydasında müraciət edərək, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı Elnur Əsədov tərəfindən qəbul edilmiş “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi və materialın Binəqədi RPİ-nin İstintaq Şöbəsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Şikayət verən şəxs müraciəti əsasında, X5 xarakterli dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin əlamətlərini ehtiva edən qanunsuz əməllərinə hüquqi qiymət verilməsi məqsədilə ## ##### 2026-cı il tarixində Binəqədi Rayon Polis İdarəsinə rəsmi şikayət ərizəsi təqdim edilmişdir. Müraciətin təqdim olunduğu tarixdən 3 (üç) aydan artıq vaxt keçməsinə baxmayaraq, işin mahiyyəti üzrə yekun hüquqi qərarın qəbul olunması təmin edilməmiş, ibtidai araşdırma zamanı açıq-aydın əsassız prosessual gecikmələrə və süründürməçiliyə yol verilmişdir. Yol verilən bu qanunsuz gecikmələrlə və süründürməçiliklə əlaqədar aidiyyəti qurumlara ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində rəsmi ərizələrlə müraciət edilərək ciddi nəzarət tələb olunmasına baxmayaraq, hər hansı müsbət nəticə əldə edilməmişdir. Araşdırma materialları Binəqədi RPİ-nin 5-ci X4 RPİ-yə göndərilmiş və ## #### 2026-cı il tarixində İdarənin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı X1 icraatına verilmişdir. Baş müstəntiq E.Əsədov ## #### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs ## #### 2026-cı il tarixli şifahi izahatında göstərilən-2026-cı ilin mart ayının ortalarında 500 (beş yüz) AZN məbləğində pulun Nərimanov rayonu ərazisində verilməsi epizodunu hüquqazidd əməlin sonuncu epizodu hesab etmişdir. Müstəntiq Azərbaycan Respublikası CPM-nin 74.2.2 və 216.1 -ci maddələrinə istinad edərək HK-*/*** nömrəli materialın ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilməsi haqqında qərar qəbul etmiş və həmin material ## #### 2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli müşayiət məktubu ilə adıçəkilən orqana ünvanlanmışdır. Hesab edirlər ki, baş müstəntiq E.Əsədovun ## #### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız olmaqla yanaşı, zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpasına maneçilik törədir və müstəntiqin mahiyyəti üzrə cinayət işinin başlanmasından aşkar yayınması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Binəqədi RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı E.Əsədovun HK*/*** nömrəli materialın ərazi aidiyyəti üzrə Nərimanov RPİ-yə göndərilməsi haqqında ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və HK-*/*** nömrəli material üzrə ibtidai araşdırmanın tam, obyektiv və hərtərəfli aparılması üçün materialın Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən verilmiş Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis R Rı Elnur Əsədovun “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və HK-*/*** nömrəli materialın Binəqədi RPİ-nin İstintaq Şöbəsinə qaytarılmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin ## #### 2026-cı il tarixli Qərarında açıq göstərilən "hüquqi mahiyyət və səbəb olduğu hüquqi nəticə" meyarını tamamilə gözardı etmişdir. Ərazi aidiyyəti bəhanəsi ilə materialın başqa rayona göndərilməsi zərərçəkmiş şəxsin Binəqədi rayonunda ədalət mühakiməsinə olan əlçatanlığını faktiki olaraq bloklamışdır. İş matetiallarında olan ##.##.2026-cı il tarixli "xxxx" ASC-nin çıxarışında pul köçürməsinin sonuncu epizodunun Binəqədi rayonunda reallaşdığı sübut olunduğu halda, məhkəmə bu faktiki halı yoxlamaqdan yayınmış və şikayətçinin məhkəmə müdafiəsi imkanını qanunsuz məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi qərardadında müstəntiqin qərarının Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilən qərarlar sırasına aid olmadığını göstərmişdir. Lakin məhkəmə bu qənaətini heç bir hüquqi əsaslandırma ilə dəstəkləməmiş, həmin qərarın şikayətçinin Konstitusiya ilə təmin edilmiş hüquq və azadlıqlarına zərər vurmadığını və ya onun məhkəməyə əlçatanlıq hüququnu məhdudlaşdırmadığını əsaslandıra bilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarında formalaşdırılmış məcburi hüquqi mövqeyə əsasən, prosessual aktın yalnız formal adına istinad etməklə onun məhkəmə nəzarəti qaydasında şikayət oluna bilmədiyi nəticəsinə gəlmək yolverilməzdir. Belə hallarda məhkəmə həmin aktın hüquqi mahiyyətini, doğurduğu hüquqi nəticələri, habelə onun şəxsin konstitusion hüquq və azadlıqlarına zərər vurub-vurmadığını və məhkəməyə əlçatanlıq hüququnu məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdırmağa borcludur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd olunan məcburi hüquqi mövqeyin tələblərinə əməl etməmiş, mübahisələndirilən qərarın hüquqi mahiyyətini və faktiki nəticələrini araşdırmadan, yalnız onun formal adına istinad etməklə şikayətin icraata qəbulundan imtina etmişdir. İş materiallarında olan mövcud sənədlər (##.##.2026-cı il tarixli vəkil orderi, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi E.Əsədovun ##.##.2026-cı il tarixli qərarı, "xxxx" ASC-nin ##.##.2026 tarixli kart hesabından çıxarışı) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarı apellyasiya şikayətinin təmin olunması üçün tam və təkzibedilməz əsas yaradır. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmiş, məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən daxil olmuş materialı araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə aşağıdakı qərarlardan birini çıxarır. Göründüyü kimi, qanunvericilik konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi mümkünlüyünü müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa oğlu tərəfindən verilmiş Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Əsədovun “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və HK-*/*** nömrəli materialın Binəqədi RPİ-nin İstintaq Şöbəsinə qaytarılmasına dair məhkəmə nəzarəti qaydasında şikayət icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 449-451, 452-454cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Şikayət verən şəxs nümayəndəsinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-546/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-546/2026
14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver