Məhkəmə qərarları › İş №6(3-6)-547/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-547/2026

14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-547/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlandırdığı cinayət hadisəsi barədə ərizəsinə münasibətdə hərəkətsizliyin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə * saylı İstintaq Təcridxanasından AR CM-nin 295-ci maddəsi ilə fakt üzrə cinayət işi başlanmasına dair **-**-**** saylı, ## ###### 2025-ci il tarixli ərizə göndərmişdir. Cinayət haqqında ərizəsi Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarını bilə-bilə ədalətsiz qəbul edən hakimlərin, yəni X2, İbrahimov Zamin Vəliyəddin oğlu, X3 cinayət məsuliyyətinə cəlbi barədədir. Fakt üzrə cinayət işi başlanandan sonra cinayət haqqında ərizəyə qanunla bir ay ərzində yazılı, müvafiq prosessual qərarla cavab verilməlidir. Əks təqdirdə onun hərəkətsizliyi və ya qanunsuz hərəkəti ilə AR CPM-nin 449.3.1-ci maddəsi ilə cinayət haqqında ərizənin qəbulundan imtinadır. Hazırki vaxta qədər ərizəyə hər hansı cavab daxil olmamışdır. Odur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı cinayət haqqında ərizəsinin qəbulundan imtina edilməsinin, orqanın hərəkətsizliyinin və ya qanunsuz hərəkəti ilə hərəkət və qərarlarının qanunsuz hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı (hakim A.Sadıqova) qərarı ilə şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs Hüseyn oğlu apellyasiya şikayəti verərək həmin qərardan narazı olduğunu, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** saylı qərarı maddi-hüquq və prosessual-hüquq pozuntusu ilə qəbul edildiyindən qanunsuzdur. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, ərizəsinin icraata qəbul edilməsi ilə, ərizəsinin mahiyyəti üzrə baxılması məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun iştirakını təmin etməmişlər və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə şikayətə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 450.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycar Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; (122.2.1.) -ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; (122.2.2.) -bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; (122.2.3.) bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. (122.2.4.) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, Şikayət verən şəxs tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsinə dair ##.##.2025-ci il tarixli ərizənin surəti, eləcə də, sözügedən ərizənin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çatdırılmasına dair sənəd və ya bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmiş, məhkəmə nəzarəti qaydasında şikayətin surəti ilə məhkəməyə müraciət edilməklə kifayətlənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şikayət verən şəxs Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdir. Şikayətdə göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs Hüseyn oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi tərəfindən şikayətin təmin edilməməsi əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı Şikayət verən şəxs Hüseyn oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik еdən İbrahim İbrahimli Hаkimlər: Telman Hüseynov Aqil Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar